Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (11-12-2015, 14:49)
Dəriyə qulluq sirləri

Dəriyə qulluq sirləri

 

Türkiyəli model və gözəllik məsləhətçisi Tülin Şahin dəriyə qulluq qaydalarından danışıb.

 

Mediatv.az Tülin Şahinin üç fərqli dəri tipi üçün verdiyi məsləhətləri təqdim edir:

 

Quru dəri:

 

Tülin Şahinin sözlərinə görə, quru dəri daha tez qocalır.

 

“Odur ki, belə dərini vaxtında nəmləndirmək vacibdir. Tərkibində təbii yağlar olan nəmləndirici kremlərə üstünlük verin. Hər gün çoxlu su için, yeməklərdə zeytun yağından istifadə edin”.

 

Yağlı dəri:

 

Ən problemli dəri tipi hesab edilsə də, Tülin Şahin yağlı dərinin daha gec yaşlandığını vurğulayır:

 

“Yağlı dəridə qırışlar daha gec əmələ gəlir. Yağlı dəriyə sahib olan bir çox qadın tərkibində spirt olan tonik və losyonlardan, makiyaj təmizləmə vasitələrindən istifadə edir. Bu tamamilə yanlışdır. Əsla belə məhsullardan istifadə etməyin. Bu məhsullar dərinin daha çox yağlanmasına və sızanaqların çoxalmasına səbəb ola bilər. Üz təmizləmə gellərindən və ya köpüklərdən istifadə edin. Tərkibində spirt olan heç nəyi üzünüzə vurmayın. Yağlı və ədviyyatlı qidaları menyunuzdan çıxarın”.

 

Qarışıq dəri tipi:

 

Tülin Şahinin sözlərinə görə, belə dəriyə qulluq etmək nisbətən çətindir.

 

“Çünki T nahiyəsi yağlı olduğu halda, yanaqlarda quruluq hiss edilir. Kreminizi, tonikinizi, losyonunuzu ev şəraitində hazırlayın. T nahiyəsinə yağlılığı azaldan krem çəkdiyiniz halda, yanaqlara nəm balansını qoruya biləcək kremlər çəkin”.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024