Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (13-05-2015, 14:41)
Cildinizin gözəl olması üçün... - Kosmetoloqdan özəl maska

Yaz mövsümündə hər qadının dərisi ilə bağlı müəyyən şikayətləri olur. Bu aylarda dərimiz günəş şüalarına daha çox məruz qaldığından cildimizdə müəyyən problemlər yaranır. Bəs o cür xoşagəlməz halların qarşısını almaq almaq üçün yazda dəriyə necə qulluq etmək lazımdır?

 

Aile.lent.az yazda dəriyə qulluq qaydaları ilə bağlı həkim kosmetoloq Xariqə Quliyevanın fikirlərini öyrənib. X..Quliyeva  qadınların bu aylarda daha çox yağlı dəridən, yağ ifrazatının aktivliyindən, bu səbəbdən dolayı üzdəki ləkələrin artmasından şikayət etdiyini bildirib. O, yazda günəşli havada gəzərkən günəş kremindən istifadənin vacibliyini vurğulayıb: “Günəş şüalarına məruz qalan dəridə ləkələrin rənginin daha da tündləşməsi, hiperpiqmentasiya baş verir. Yaz fəslində dəri daha çox qulluğa ehtiyac duyur. Xanımlar çalışmalıdır ki, bayıra çıxmadan əvvəl mütləq günəşdən qoruyan SPF faktorlu krem istifadə etsinlər. Amma günəş kremini səhər vurub axşam evə qayıtmaq düzgün deyil. Heç olmasa saat yarımdan, iki saatdan bir krem təzələnməlidir. Eyni zamanda istifadə edilən tonal kremin SPF faktorlu olması daha məsləhətlidir.

SPF faktorlu günəş kremləri allergik təsiri çox aşağı olan kremlər sırasındadır. Ancaq çox həssas dərili xanımlar istifadədən əvvəl azca boğaz altına vurub 7-8 dəqiqə gözləsinlər. Allergik əlamətlər görməsələr, üzlərinə vura bilərlər”.

 

 

Yaz aylarında dərinin daha çox quruduğunu qeyd edən kosmetoloq xanımlara hər axşam  nəmləndirici krem vurmağı tövsiyə edir.

 

 

Xariqə Quliyeva Aile.lent.az-ın xanım oxucuları üçün bir neçə maska resepti də təqdim edib. Bu maskaları ev şəraitində rahatlıqla hazırlaya bilərsiz. Faydasını görəcəksiniz.

 

 

Maska 1.

 

Sürtgəcdən keçirilmiş bir ədəd xiyarın üzərinə 1 xörək qaşığı un ( kəpək unu daha yaxşı olar) əlavə edib qarışdırın. Üzünüzə çəkib 7-8 dəqiqədən sonra ilıq su ilə yuyun.

 

 

Maska 2.

 

Çox yağlı dəriniz varsa, alergik reaksiyası yoxdursa, pomidoru sürtgəcdən keçirib üzünüzə masajla edərək yedirin.

 

 

Maska 3.

 

Çiyələyi əzib üzərinə 1 xörək qaşığı yoqurt qatıb maska kimi istifadə edə bilərsiz.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024