Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (6-03-2018, 13:58)
Ağcabədi rayonu:İqtisadi artım,dimamik inkişaf

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Regionlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının  inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildikdən sonra rayon rəhbərliyinin bu sahəyə ayırdığı diqqət daha da artmışdır.Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.Verilən məlimatlara əsasən cənab Şahin Məmmədovun rəhbərlik etdiyi Ağcabədi rayonunda 2014-2018-ci illər ərzində sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramı çərçivəsində Ağcabədi rayonunda ötən 2017-ci il ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.2017-ci ildə rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər keçirilmişdir.Ağcabədi rayonunda  2018-cı ildə bütün sahələr üzrə artım daha da yüksək olacağı, bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcəyi.  sosial-iqtisadi sahələrdə qazanılacağı nəzərdə tutulub.Ötən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 481.111,5 min manat olub. Bu, əvvəlki illə müqayisədə 1,7 dəfə çoxdur. Bu dövrdə 29.368,7 min manatlıq sənaye, 166.126,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 212.010,9 min manat investisiya yönəldilib, 203.685,3 min manatlıq tikinti işləri görülüb. 2016-cı illə müqayisədə sənaye məhsulları istehsalı 1,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 9,7 faiz, əsas kapitala yönəldilən investisiyalar 5 dəfə, tikinti işləri 5,2 dəfə artıb. İl ərzində 3302-si daimi olmaqla, 5244 yeni iş yeri açılıb.

 

Kənd təsərrüfatı inkişaf edir

  Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağcabədi rayonunun aqrar bölməsi 2017-ci ili uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən edilmişdir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, ixracyönümlü məhsulların inkişaf etdirilməsi,rayon kənd təsərrüfatı idarəsi qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 2017-ci ildə Ağcabədi rayonunda kənd təsərrüfatı məhsullarının əkininin genişləndirilməsi ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən kənd təsərrüfatı məhsullarının təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuşdur.Sərmayələr  əsasən  səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir.Ötən il rayonda 59 min 126 ton buğda, 10 min 308 ton arpa, 58 min 50 ton şəkər çuğunduru, 4308,4 ton soya, 12 min 296,8 ton tərəvəz, 14 min 287 ton bostan məhsulları, 19 min 156,8 ton dən qarğıdalı, 7 ton günəbaxan, 2246 ton kartof, 12 ton qarabaşaq istehsal edilib. 2017-ci ildə pambıqçılıq və baramaçılığın inkişafında da uğurlar qazanılıb. 9550 hektarda pambıq becərilib, 20 min 497 ton məhsul, həmçinin 16 min 779 kiloqram yaş barama istehsal olunub. İpəkqurdunun yem bazasının təmin edilməsi məqsədilə 142 min tut tingi əkilib.

 

Suvarmada müasir metodlar tətbiq olunur

Ağcabədi rayonunun torpaq sahibləri əkin sahələrinin suvarılmasında Malik Mirzəyevin rəhbərlik etdiyi Suvarma Sistemləri və Əli Əliyevin rəhbərlik etdiyi Subartezian Quyularının İstismarı idarələrinin xidmətindən istifadə edirlər.  Bu idarələr fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir, meliorasiya fondlarının qorunmasını və istismarını təmin edirlər. Cari ilin ötən ayları ərzində tələb olunan qədər suvarma kanalları,  kollektor –dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında kollektor-drenlərdə  hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində yerlərdə suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır. Adı çəkilən idarələrin həyata keçirdiyi tədbirlər rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır.Ağcabədi rayonundakı drenlər hal-hazırda çox yaxşı vəziyyətdədir. Son 3 ildə rayon ərazisində vətəndaşların əkdiyi torpaq sahələrində məhsuldarlıq bir neçə dəfə artmışdır. Bu da əhali tərəfindən çox müsbət qarşılanmışdır. Subartezian Quyularının İstismarı İdarəsinin balansında 802 subartezian quyusu vardır. Bu quyulardan 90-ı içməli suya, 712-si isə 27 min 735 hektar əkin sahəsinin suvarma suyuna ehtiyacını təmin etmək məqsədi ilə qazılmışdır.SSİ su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi; mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanması; onların istismarının yaxşılaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsi; sel və daşqın sularının zərərli təsirinin qarşısının alınması; su ehtiyatlarından səmərəli istifadə edilməsi və suya qənaətedici texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini günün tələbləri səviyyəsində qurur.

 

Rayonun turizm imkanların daima yüksəldilməsi hədəfə alınıb

 Ağcabədi qədim yaşayış məntəqələrinin aşkarlandığı məskən kimi həm də qədim mədəniyyətin izlərini qorumaqdadır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid çoxlu eksponat vardır.Ağcabədi Regional Mədəniyyət vəTurizm İdarəsi  mədəniyyət müəssisələrinin göstərdikləri xidmətin səviyyəsinin yaxşılaşması üçün bütün potensial imkanlardan istifadə edir.Respublikanın bütün regionlarında olduğu kimi Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinə aid olan rayonlarında ötən 2017-ci ildə mütamadi olaraq Azərbaycanda istehsal olunmuş bədii,sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçirilmişdir.Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində pullu xidmətlərin yaradılması və icra vəziyyəti daima diqqətdə saxlanılmışdır.Rayonlararası mədəni mübadilənin aparılması, təcrübələrin bölüşdürülməsi və mədəni fəaliyyətin səmərəliliyinin daha da artırılması məqsədilə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə bölgədə müxtəlif layihələr həyata keçrilir. Layihəyə əsasən regiona daxil olan bir rayonun mədəniyyətini əks etdirən nümunələrin digər qonşu rayonda nümayiş etdirilməsi nəzərdə tutulub. Əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı idarə və onun şöbələri hazırladıqları iş planlarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirirlər. Tədbirlərin daha baxımlı olması üçün vətəndaşların səy və təklifləri hər dəfə nəzərə alınır, tədbirin təbliğatına, bədii tərtibatına, tamaşaya dair sərgilərin; fotostendlərin və bəzi məlumatların hazırlanmasına ciddi fikir verilir. Keçirilən tədbirlərdə texniki vasitələrdən geniş istifadə olunur. Hər bir tədbirdə vətənpərvərlik tərbiyəsi və adət-ənənələrimizin təbliği, milli dəyərlərimizin inkişafı və qorunub saxlanılması əsas məqsəd kimi qarşıya qoyulur.Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət edən metodik vəsait idarə tərəfindən hazırlanıb və icra üçün bütün mədəniyyət müəssisələrinə paylanıb. Eyni zamanda «N» saylı hərbi hissənin əsgər və zabitlərinin asudə vaxtlarının səmərəli keçməsi üçün özfəaliyyət kollektivləri istirahət günləri və bayramlarda hərbiçilərin qarşısında geniş konsert proqramı ilə çıxış edirlər.

 

 Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Ağcabədi rayon məktəblərində təlim-tərbiyə  günün  tələbləri   səviyyəsində  qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan  tarixi  və Azərbaycan  coğrafiyasını  dərindən  öyrənmələrinə  diqqət  gücləndirilmişdir.  Bu  məqsədlə  yazılı  sorğular,  test  yoxlamaları, müxtəlif  müsabiqə, o cümlədən  inşa  müsabiqəsi və  olimpiadalar, bilik  yarışları  bilavasitə  şagirdlərin  iştirakı  ilə  aktual  sayılan  mövzulardan praktik  konfranslar, ekskursiyalar  təşkil  olunmuşdur. Fənlərin  tədrisini  gücləndirmək  məqsədilə  müxtəlif  səpgili  tədbirlər  keçirilmişdir.   Yetişməkdə olan  gənc nəsilin vətənpərvərlik, dövlətçilik  ruhunda  tərbiyə olunması Təhsil Şöbəsi  və  ümümtəhsil  məktəblərinin ümdə  vəzifələridir və bu istiqamətdə işlər  aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı  inşalar yazılır, gənclər və  yeniyetmə arasında idman yarışları və intellektual  müsabiqələr  keçirilir. Qaliblər  fəxri  fərmanlar  və  qiymətli hədiyyələrlə  təltif olunurlar.  Şagirdlərin  hərbi - vətənpərvərlik   tərbiyəsini  gücləndirmək  məqsədilə  məktəblilərin  hərbi hissələrdə  hərbçilərlə  görüşləri  təşkil  olunmuşdur.Ümidvarıq kii Ağcabədi  rayon Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc ağcabədililər nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır

Səhiyyənin səviyyəsini xarakterizə edən göstəricilər yaxşılaşmaqdadır

 Ağcəbədi Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2017-cı il ərzində ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq  rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara  dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir. İmtiyazlı xəstələrə, onkoloji xəstələrə, nevroloji xəstələrə, ürək-qan dövranı sistemi xəstələrinə, tənəffüs sistemi xəstələrinə və s. imkan daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir.Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, fevralın ayından  etibarən ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi dispanserizasiyası uğurla həyata keçirilir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəhbər Əzizov  bildirib ki, tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Qrafikə əsasən, ilk olaraq idarə və müəssisələrin kollektivləri müayinədən keçirilir.

Yaxın günlərdə yüksəkixtisaslı mütəxəssislərdən ibarət 8 həkim briqadası tərəfindən rayonun qəsəbə və kəndlərində də əhalinin tibbi müayinəsinə başlanılacaqdır.

 Şəhər icra nümayəndəliyi vətandaşların probleminə diqqətlə yanaşır

Ağcəbədi Rayon İcra Hakimiyyətinin Ağcəbədi şəhər ərazi inzibati vahidi üzrə nümayəndəliyi Aqil  Əliyevin rəhbərliyi altında öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur.Ötən 2017 -ci il ərzində nümayəndəlik tərəfindən, ilk növbədə ev təsərrüfatlarının uçotu aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanmışdır. Bundan əlavə, şəhər ərazisindəki idarə, müəssisə və təşkilatlarla tanışlıq işləri aparılmış, müxtəlif tədbirlər keçirilmişdir. Arxada qalan «2014-2017-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda rayon üzrə, o cümlədən Ağcəbədi şəhəri üzrə müəyyən olunmuş tədbirlər uğurla reallaşdırılmış, bu məqsədlə ayrılan vəsaitdən təyinatı üzrə və səmərəli istifadə olunmuşdur.Aqil Əliyev bildirdiyinə görə ötən il Ağcabədi şəhərində geniş tikinti-quruculuq və abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, infrastrukturun yaxşılaşdırılması, əhalinin problemlərinin həlli, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Ağcabədi şəhər inzibati ərazi dairəsində tikinti və abadlıq işləri uğurla davam etdirilmişdir.Ötən 2017-ci ilin müzakirəsi zamanı problemlərdən də danışılmış, onların aradan qaldırılması yolları göstərilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur. Bildirilmişdir ki, 2018-ci ildə Ağcabədi şəhərində tikinti-quruculuq işləri davam etdiriləcək, yaşayış binaları əsaslı təmir olunacaq, prospekt və küçələrdə yenidənqurma və abadlıq işləri aparılacaq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış işlər uğurla davam etdiriləcək.

 

Maliyyə göstəriciləri yaxşılaşır

 

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Təcrübəli maliyyə mütəxəssisi Racı Səfərovun rəhbərlik etdiyi Ağcəbədi rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır.

Azərbatcan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu müsbət tendensiya Ağcabədi sakinlərinin sosial rifahında da özünü göstərir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.

Ağcabədililər vətənin müdafiəsinə hazırdırlar                                                  

 Ağcabədi rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti başçısı aparatı ötən 2017-ci il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır.Gənclərin hərbi xidmətə yola salınması həmişə təntənəli mərasimlə keçirilir. Əvvəlcə dövlət himni səsləndirilir. Tədbirdə çıxış edən ziyalılar, müharibə veteranları və valideynlər Vətənə sədaqət borcunu ödəməyə gedən gəncləri təbrik edir, onlara xoş istək və arzularını çatdırır, Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. SHXÇDX Ağcabədi rayon Şöbənin rəisi  bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir.Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.

 

 ***

Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Şahin Məmmədovun rəhbərlik etdiyi Ağcabədi rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Ağcabədi rayonunun da sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024