Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-10-2016, 14:38)
Ağcabədi rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər yaxşılaşır

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Ağcəbədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir. Rayon İcra Aparatının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı rayonda mütəmadi olaraq məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir. Rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və dini  qurumlarla  daim əlaqə saxlanılır, onlar tarixi  və əlamətdar günlərdə, bayramlarda keçirilən  mədəni-kütləvi  tədbirlərdə yaxından iştirak edirlər.Sahin müəllimin rəhbərlik etdiyi  rayonunda “Dini etiqad azadlığı haqqında” qanunun tələbləri pozulmamış, dini  durum nəzarətdə saxlanılmışdır. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı  cənab Şahin Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali  ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir. Şahin Məmmədov  yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır. 

Suvarmada müasir metodlar tətbiq olunur

Ağcabədi rayonunun torpaq sahibləri əkin sahələrinin suvarılmasında Malik Mirzəyevin rəhbərlik etdiyi Suvarma Sistemləri və Əli Əliyevin rəhbərlik etdiyi Subartezian Quyularının İstismarı idarələrinin xidmətindən istifadə edirlər.  Bu idarələr fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir, meliorasiya fondlarının qorunmasını və istismarını təmin edirlər. Cari ilin ötən ayları ərzində tələb olunan qədər suvarma kanalları,  kollektor –dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında kollektor-drenlərdə  hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.

Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində yerlərdə suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır. Adı çəkilən idarələrin həyata keçirdiyi tədbirlər rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır.Ağcabədi rayonundakı drenlər hal-hazırda çox yaxşı vəziyyətdədir. Son 3 ildə rayon ərazisində vətəndaşların əkdiyi torpaq sahələrində məhsuldarlıq bir neçə dəfə artmışdır. Bu da əhali tərəfindən çox müsbət qarşılanmışdır. Subartezian Quyularının İstismarı İdarəsinin balansında 802 subartezian quyusu vardır. Bu quyulardan 90-ı içməli suya, 712-si isə 27 min 735 hektar əkin sahəsinin suvarma suyuna ehtiyacını təmin etmək məqsədi ilə qazılmışdır. 

SSİ su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi; mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanması; onların istismarının yaxşılaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsi; sel və daşqın sularının zərərli təsirinin qarşısının alınması; su ehtiyatlarından səmərəli istifadə edilməsi və suya qənaətedici texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini günün tələbləri səviyyəsində qurur.

Maliyyə göstəriciləri yaxşılaşır

 Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Təcrübəli maliyyə mütəxəssisi Racı Səfərovun rəhbərlik etdiyi Ağcəbədi rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

 Mədəniyyət sferasında xidmətin səviyyəsinin davamlı yüksəldilməsi hədəfə alınıb

Ağcəbədi qədim yaşayış məntəqələrinin aşkarlandığı məskən kimi həm də qədim mədəniyyətin izlərini qorumaqdadır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid çoxlu eksponat vardır. Ağcəbədi Rayon Mədəniyyət və Turizm Şöbəsi Ağcəbədidəki mədəniyyət müəssisələrinin göstərdikləri xidmətin səviyyəsinin yaxşılaşması üçün bütün potensial imkanlardan istifadə edir.Ağcəbədi  rayonunun mədəniyyət işçiləri əllərinə düşən hər fürsətdən KİV-in tribunasından yararlanaraq, mədəniyyət və turizm sektorunun inkişafına göstərdiyi qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirirlər. Dövlətimizin başçısının mədəniyyət sferasının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların aylıq vəzifə maaşlarının artırılmasına yönəlik sərəncamları, mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqda qərarları Ağcəbədidə  rayonunun mədəniyyət işçiləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır, böyük fərəh və iftixar hissi doğurur.Əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı şöbə və onun müəssisələri hazırladıqları iş planlarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirirlər. Tədbirlərin daha baxımlı olması üçün vətəndaşların səy və təklifləri hər dəfə nəzərə alınır, tədbirin təbliğatına, bədii tərtibatına, tamaşaya dair sərgilərin; fotostendlərin və bəzi məlumatların hazırlanmasına ciddi fikir verilir. Keçirilən tədbirlərdə texniki vasitələrdən geniş istifadə olunur, kinofilmlərdən, sənədli filmlərdən parçalar nümayiş etdirilir. Hər bir tədbirdə vətənpərvərlik tərbiyəsi və adət-ənənələrimizin təbliği, milli dəyərlərimizin inkişafı və qorunub saxlanılması əsas məqsəd kimi qarşıya qoyulur.Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət edən metodik vəsait şöbə tərəfindən hazırlanıb və icra üçün bütün mədəniyyət müəssisələrinə paylanıb. Eyni zamanda «N» saylı hərbi hissənin əsgər və zabitlərinin asudə vaxtlarının səmərəli keçməsi üçün özfəaliyyət kollektivləri istirahət günləri və bayramlarda hərbiçilərin qarşısında geniş konsert proqramı ilə sçıxış edirlər.

 Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Ağcabədi rayon məktəblərində təlim-tərbiyə  günün  tələbləri   səviyyəsində  qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan  tarixi  və Azərbaycan  coğrafiyasını  dərindən  öyrənmələrinə  diqqət  gücləndirilmişdir.  Bu  məqsədlə  yazılı  sorğular,  test  yoxlamaları, müxtəlif  müsabiqə, o cümlədən  inşa  müsabiqəsi və  olimpiadalar, bilik  yarışları  bilavasitə  şagirdlərin  iştirakı  ilə  aktual  sayılan  mövzulardan praktik  konfranslar, ekskursiyalar  təşkil  olunmuşdur. Fənlərin  tədrisini  gücləndirmək  məqsədilə  müxtəlif  səpgili  tədbirlər  keçirilmişdir.   Yetişməkdə olan  gənc nəsilin vətənpərvərlik, dövlətçilik  ruhunda  tərbiyə olunması Təhsil Şöbəsi  və  ümümtəhsil  məktəblərinin ümdə  vəzifələridir və bu istiqamətdə işlər  aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı  inşalar yazılır, gənclər və  yeniyetmə arasında idman yarışları və intellektual  müsabiqələr  keçirilir. Qaliblər  fəxri  fərmanlar  və  qiymətli hədiyyələrlə  təltif olunurlar.  Şagirdlərin  hərbi - vətənpərvərlik   tərbiyəsini  gücləndirmək  məqsədilə  məktəblilərin  hərbi hissələrdə  hərbçilərlə  görüşləri  təşkil  olunmuşdur.

Ümidvarıq kii Ağcabədi  rayon Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc ağcabədililər nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır

 Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır

 Rayon  İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcəbədi rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir. Sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, təqaüdün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdurOnu da qeyd edək ki, DSMF Ağcəbədi rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

 DSMF Ağcəbədi rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masası»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 VƏTƏNPƏRVƏR AĞCƏBƏDİLİLƏR  DÜŞMƏN ÜZƏRİNDƏ İLKİN QƏLƏBƏMİZİN DAVAMLI OLACAĞINA             İNANIRLAR  

Ağcəbədi  rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır.  Gənclərin hərbi xidmətə yola salınması həmişə  təntənəli mərasimlə keçirilir. Əvvəlcə dövlət himni səsləndirilir. Tədbirdə çıxış edən ziyalılar, müharibə veteranları və valideynlər Vətənə sədaqət borcunu ödəməyə gedən gəncləri təbrik edir, onlara xoş istək və arzularını çatdırır, Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. Sonra çağırışçılar Azərbaycan bayrağının altından keçərək ordu sıralarına yola düşürlər. SHXÇDX Ağcəbədi  rayon  şöbəsinin rəhbərliyi  bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordumuza qayğısının nəticəsidir. Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi:

 - Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.Şöbə rəisi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksələn qəhrəman silahdaşlarımızın həyat və döyüş yolunun bugünkü gənclərimiz üçün əsl örnək olduğunu bildirilir. "Xalqımızın ən böyük ən böyük arzusu tezliklə işğal olunmuş torpaqlarımızın Azərbaycan Ordusu tərəfindən azad edilməsi və Vətən yolunda canlarını qurban verən şəhid oğullarımızın intiqamının erməni cəlladlarından alınmasıdır və buna da nail olacağıq. Allah şəhidlərimizə rəhmət eləsin!"

 Səhiyyənin səviyyəsini xarakterizə edən göstəricilər yaxşılaşmaqdadır

  Ağcəbədi Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2016-cı ilin ötən ayları ərzində ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq  rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara  dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir. İmtiyazlı xəstələrə, onkoloji xəstələrə, nevroloji xəstələrə, ürək-qan dövranı sistemi xəstələrinə, tənəffüs sistemi xəstələrinə və s. imkan daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ağcəbədi rayonunda əhalinin tibbi müayinəsinin mütəşəkkil qaydada keçirilir. Bu məqsədilə Ağcəbədi Rayon İcra Hakimiyyəti Başçısının  müvafiq sərəncamları ilə həm keçən il, həm də bu il tərkibi müəyyənləşdirilmiş komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyəti Başçısının nəzarəti və komissiya üzvlərinin fəallığı nəticəsində tibbi müayinədən keçən vətəndaşlardan bir qismi stasionar müalicəyə, bir çoxu ambulator müalicəyə cəlb olunmuş, bir qismi də müayinə və müalicə üçün  Bakı şəhərlərində yerləşən tibb müəsisələrinə göndərilmişdir. Tibbi müayinəni yüksək səviyyədə təşkilində fərqlənən tibb işçiləri Ağcəbədi Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir

***

Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Şahin Məmmədovun rəhbərlik etdiyi Ağcəbədi rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Ağcəbədi rayonunun da sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024