Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-06-2015, 10:28)
Qazax: nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar uğurla yerinə yetirilir

Qazax: nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar uğurla yerinə yetirilir

 

 

Hörmətli Ayaz Əsgərovun rəhbərlik etdiyi Qazax rayon sakinləri Avropa Oyunları məşəlinin Qazax şəhərinə gətirilməsindən qürur duyduqları sevinci hələ də bir-biriylə bölüşməkdədirlər. Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi qazaxlıları da sevindirir. Bu sevinci onlara bəxş etdiyinə görə əllərinə düşən hər fürsəti dəyərləndirib prezidentimizə dərin minnətdarlıqlarını bildirən qazaxlılar arzu edirlər ki, bu gün Azərbaycanın Qərb Qapısı olan Qazaxda yandırılan alov tezliklə Qarabağımızda – Xankəndində, Şuşada, Ağdamda və digər işğal olunmuş şəhərlərimizdə yandırılsın. Xatırladaq ki. Mayın 18-də baş tutan mərasim rayon sakinlərinə və tədbir iştirakçılarına xoş ovqat bəxş etmiş, heç vaxt unudulmayan anlar yaşatmış və atəşfəşanlıqla başa çatmışdı.

 

Qazax rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər yaxşılaşır

Yeri gəlmişkən qeyd edək ki, qazaxlıların bayram və əlamətdar günləri,eləcə də möhtəşəm idman və başqa kütləvi tədbirləri yüksək səviyyədə keçirməyə haqları çatır. Azərbaycanın hər bir bölgəsi kimi, Qazax rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur.

Qazax rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi , sənaye məhsullarının , kənd təsərrüfatı məhsullarının , tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.

Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı  cənab Ayaz Əsgərov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali  ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.

 

Qazaxın yaxın illərdə gəlirlərinin dahada artacağı proqnoz edilir


Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri,maliyyə mütəxəssisi Novruz Abdullayev nikbinliklə proqnoz edir ki, yaxın illərdə Qazax rayonunun inkişafı o səviyyəyə çatacaq ki,  yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.

 

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır

 

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Təcrübəli mütəxəssis Laçın Qurbanovun rəhbərlik etdiyi

Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Qazax rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Qazax rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

ƏSMM işini günün tələbləri səviyyəsində qurur.

 

 

Ötən 2014 ci il ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Yasin müəllimin  rəhbərlik etdiyi Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur

 

 Kənd təsərrüfatında müsbət nəticələr əldə olunmuşdur

2015-ci ilin ötən dövrü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli  32 nömrəli və sonrakı Qərarlarının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsi vəsaiti hesabına 3833 hektar buğda əkini üçün 153324  manat yardım hesablanaraq  istehsalçılara verilmişdir.

Kənd təsərrüfatı bitkilərinin normal suvarma suyu ilə təmin etmək məqsədi ilə  Qazax Suvarma Sistemləri İdarəsi Və Melioserviz İdarəsi tərəfindən   birinci rübdə plana uyğun  olaraq  arxlarda 175 m3 min lildən təmizləmə işləri aparılmışdır. Hidrotexniki qurğuların və suölçən hidropostların təmiri başa çatdırılmışdır. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 16, Nazirlər Kabinetinin Sərəncamına əsasən 2 ədəd, cəmi 18 ədəd subartezian quyuları yaxın vaxtlarda  əhalinin istifadəsinə veriləcəkdir. Bundan əlavə, Respublika Prezidentinin Sərəncamına  uyğun olaraq 2015-ci ildə qazılacaq 9 ədəd subartezian quyularının əraziləri  müəyyənləşdirilmiş, hazırda layihələndirmə işləri aparılır.

 

Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.  Məktəblərdə  təlim-tərbiyə  günün  tələbləri   səviyyəsində  qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan  tarixi  və Azərbaycan  coğrafiyasını  dərindən  öyrənmələrinə  diqqət  gücləndirilmişdir.  Bu  məqsədlə  yazılı  sorğular,  test  yoxlamaları, müxtəlif  müsabiqə, o cümlədən  inşa  müsabiqəsi və  olimpiadalar, bilik  yarışları  bilavasitə  şagirdlərin  iştirakı  ilə  aktual  sayılan  mövzulardan praktik  konfranslar, ekskursiyalar  təşkil  olunmuşdur. Fənlərin  tədrisini  gücləndirmək  məqsədilə  müxtəlif  səpgili  tədbirlər  keçirilmişdir. 2014-cü ilin  sentyabrından   rayon  ümumtəhsil  məktəblərinin VIII sinif  şagirdlərinə  Qarabağın  tarixi  fənni  tədris  olunmağa  başlamışdır.  Yetişməkdə olan  gənc nəsilin vətənpərvərlik, dövlətçilik  ruhunda  tərbiyə olunması Təhsil Şöbəsi  və  ümümtəhsil  məktəblərinin,  eləcə də  Gənclər və  Idman Idarəsinin  ümdə  vəzifələridir və bu istiqamətdə işlər  aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı  inşalar yazılır, gənclər və  yeniyetmə arasında idman yarışları və intellektual  müsabiqələr  keçirilir. Qaliblər  fəxri  fərmanlar  və  qiymətli hədiyyələrlə  təltif olunurlar.  Şagirdlərin  hərbi - vətənpərvərlik   tərbiyəsini  gücləndirmək  məqsədilə  məktəblilərin  hərbi hissələrdə  hərbçilərlə  görüşləri  təşkil  olunmuşdur.

Ümidvarıq ki,Zakir Nəsibovun rəhbərlik etdiyi Qazax  rayon Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc qazaxlılar nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır

 

Səhiyyənin səviyyəsini xarakterizə edən göstəricilər yaxşılaşmaqdadır

              Arzu Novruzovun rəhbərlik etdiyi  Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2014-cü il ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq  rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.

                Gigiyena  Epidemiologiya Mərkəzi ilə birlikdə rayon səhiyyə obyektləri yolxucu xəstəliklərə qarşı mütəmadi olaraq proflaktik tədbirlər həyata keçirmiş, qrafikə uyğun olaraq vaxtlı – vaxtında peyvənd işləri aparılmış , əhali arasında tibbi müayinələr keçirilmiş , qeydiyyata götürülməli xəstələr qeydiyyata götürülmüş,  tibb müəssisələrində və qəsəbələrdə sanitar- gigienik və əks epidemik tədbirlər həyata keçirilmiş, hər həftənin müəyyən günləri bütün səhiyyə obyektlərində iməciliklər təşkil olunmuş, ağacəkmə kompaniyası davam etdirilmiş, sanitar təmiziliyi və abadlaşdırma işləri aparılmış, həyətyanı sahələrin tullantılardan təmizlənməsi, şumlanması və s. işlər görülmüşdür.  Ulu öndər H.Əliyev və görkəmli alim – oftalmoloq Zərifə xanım Əliyevanın 91 illik yubleyləri münasibətilə bütün səhiyyə obyektlərində stendlər təşkil olunmuşdur.

                Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir. İmtiyazlı xəstələrə, onkoloji xəstələrə, nevroloji xəstələrə, ürək-qan dövranı sistemi xəstələrinə, tənəffüs sistemi xəstələrinə və s. imkan daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.

                Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir.

                Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış (işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qazax rayonunda əhalinin tibbi müayinəsinin mütəşəkkil qaydada keçirilmişdir. Bu məqsədilə Qazax Rayon İcra Hakimiyyəti Başçısının  müvafiq sərəncamları ilə həm keçən il, həm də bu il tərkibi müəyyənləşdirilmiş komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyəti Başçısının nəzarəti və komissiya üzvlərinin fəallığı nəticəsində tibbi müayinədən keçən vətəndaşlardan bir qismi stasionar müalicəyə, bir çoxu ambulator müalicəyə cəlb olunmuş, bir qismi də müayinə və müalicə üçün Gəncə və Bakı şəhərlərində yerləşən tibb müəsisələrinə göndərilmişdir. Tibbi müayinəni yüksək səviyyədə təşkilində fərqlənən tibb işçiləri Qazax Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

 

Qabaqcıl mədəniyyət işçilərinin fəaliyyəti stimullaşdırılır

              Valeh Vəliyevin rəhbərlik etdiyi  Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə ölkə Prezidentinin  Fərman və Sərəncamlarına uyğun Mədəniyyət və Turizm Nazirliyinin qərar və tapşırıqları, eləcə də, rayonun bütün tədbirləri imkan  daxilində həyata keçirilib. Bütün tədbirlər şöbənin xüsusi VEB saytında yerləşdirilib və arayış formasında rayon İH-nin aidiyyatı şöbəsinə təqdim olunub. Onu da qeyd edək ki, Qazaxda qabaqcıl mədəniyyət içilərinin əməyinin stimullaşdırılması, xidmətlərinin dəyərləndirilməsi ənənəsi davam etdirilir.  29 may 2015 – ci il tarixdə Qazax rayon mədəniyyət işçilərinin seminar müşavirəsində Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev, Şöbənin məsləhətçiləri, Nailə Əliyeva, Pəri Məmmədova Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri İskəndər Qurbanov, MKS – nin direktoru Solmaz Babanlı, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova iştrak etdi. Müzakirə zamanı fəaliyyəti müzakirə olunan müəssisələrə müvafiq tövsiyyə və tapşırıqlar verildi.. Əməkdar Mədəniyyət işçisi Abdıyev Hacı Məmmədkərim oğluna Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin imzası ilə verilmiş  Fəxri Fərmanla təltif olundular. Əməkdar Mədəniyyət İşçisi Aşıq-Abdıyev Hacı Məmmədkərim oğluna və işğal altında olan Aşağı Əskipara kənd mədəniyyət evinin müdiri Vəliyeva  Gülnaz Binnət qızına  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyə verildi. Sonra Qazax rayonunda İlk Avropa Oyunları Məşəlinin yandırılma mərasimində yüksək fəallıq  gösrərdiklərinə görə bir qrup mədəniyyət işçiləri də Mədəniyyət və Turizm şöbəsi tərəfindən  Fəxri Fərmanlarla  təltif edildilər.

 

 ***

Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Ayaz Əsgərovun rəhbərlik etdiyi Qazax rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Qazax rayonunun  sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025