Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (2-12-2015, 22:21)
Tərtər rayonunda inkişaf meyilləri gücləndirilir

Dünya iqtisadiyyatında gedən mənfi tendensiyalara baxmayaraq, Azərbaycan Respublikası bu ilin ötən ayları ərzində  sürətli inkişaf tempini qoruyub saxlaya bilmişdir. Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir. Hörmətli  Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar.

Tərtər rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər yaxşılaşır

 Azərbaycanın hər bir bölgəsi kimi, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur.

Tərtər rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi , sənaye məhsullarının , kənd təsərrüfatı məhsullarının , tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.

Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı  cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali  ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Müstəqim Məmmədov  yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.

Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Müstəqim Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər.Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur.

Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.

 Rayonun təhsil, mədəniyyət, səhiyyə sahələrində xeyli işlər görülmüş, müəssisələrin fəaliyyətində irəliləyişlərə nail olunmuşdur. 

Müstəqim müəllim hakimiyyət, təsərrüfat, sosial və mədəni həyat strukturlarında çalışan bütün pillə kadrları ilə obyektiv, qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyir.Müstəqim müəllim xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Hər insan özünü vəzifələrdə təsdiq edə bilmir. Hansı  vəzifəni daşıdısa,Müstəqim müəllim sahib olduğu mərtəbədən ucada dayanmışdır, şərəfli adını və bütövlüyünü qoruyub saxlamış, heç kim üçün - nə adi insanlar, nə də uşaqlıq və gənclik yoldaşları üçün əlçatmaz olmadı. Əksinə, daha sadə, daha başa düşülən, qəbul edilən rəhbər işçi oldu. Buna görə də bütün tərtərlilər onunla fəxr edib, qürur duyurlar.Müstəqim müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir tərtərli  zərər çəkməyib, çətinliyə düşməyib.Çünki o hər bir vətəndaşın probleminə diqqətlə yanaşıb,hər bir vətəndaşın problemini öz problemi hesab edib.

Suvarmada müasir metodlar tətbiq olunur

 Bütün bunlarla yanaşı, təcrübəli mütəxəssis Zahid İbrahimovun rəhbərlik etdiyi Tərtər rayon Suvarma Sistemləri İdarəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir, meliorasiya fondlarının qorunmasını və istismarını təmin edir. Cari ilin ötən ayları ərzində tələb olunan qədər suvarma kanalları,  kollektor –dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında kollektor-drenlərdə  hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.

Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində yerlərdə suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır. Suvarma Sistemləri İdarəsinin həyata keçirdiyi tədbirlər rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır.

SSİ su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi; mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanması; onların istismarının yaxşılaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsi; sel və daşqın sularının zərərli təsirinin qarşısının alınması; su ehtiyatlarından səmərəli istifadə edilməsi və suya qənaətedici texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini günün tələbləri səviyyəsində qurur.

Maliyyə göstəriciləri yaxşılaşır

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Təcrübəli Maliyyə mütəxəssisi Zahid Təhməzovun rəhbərlik etdiyi Tərtər  rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, Dövlət Satınalmaları haqqında Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilir

Təcrübəli mütəxəssis Elxan Bağırovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur, sosial müdafiəyə ehtiyacı olan Tərtər vətəndaşlarına yüksək səviyyədə xidmət göstərir. Bu qəbildən olan insanlar şöbənin xidmətindən razılıqlarını bildirirlər. 

DSMF Tərtər rayon şöbəsində öz hesablarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masaları” fəaliyyət göstərir. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığorta olunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.

Səhiyyənin səviyyəsini xarakterizə edən göstəricilər yaxşılaşmaqdadır

              Tərtər  Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2015-ci ilin ötən ayları ərzində ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq  rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.

 Gigiyena  Epidemiologiya Mərkəzi ilə birlikdə rayon səhiyyə obyektləri yolxucu xəstəliklərə qarşı mütəmadi olaraq proflaktik tədbirlər həyata keçirmiş, qrafikə uyğun olaraq vaxtlı – vaxtında peyvənd işləri aparılmış , əhali arasında tibbi müayinələr keçirilmiş , qeydiyyata götürülməli xəstələr qeydiyyata götürülmüş,  tibb müəssisələrində və qəsəbələrdə sanitar- gigienik və əks epidemik tədbirlər həyata keçirilmiş, hər həftənin müəyyən günləri bütün səhiyyə obyektlərində iməciliklər təşkil olunmuş, ağacəkmə kompaniyası davam etdirilmiş, sanitar təmiziliyi və abadlaşdırma işləri aparılmış, həyətyanı sahələrin tullantılardan təmizlənməsi, şumlanması və s. işlər görülmüşdür. 

Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir. İmtiyazlı xəstələrə, onkoloji xəstələrə, nevroloji xəstələrə, ürək-qan dövranı sistemi xəstələrinə, tənəffüs sistemi xəstələrinə və s. imkan daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.

   Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir. Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış (işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Tərtər rayonunda əhalinin tibbi müayinəsinin mütəşəkkil qaydada keçirilmişdir. Bu məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısının  müvafiq sərəncamları ilə həm keçən il, həm də bu il tərkibi müəyyənləşdirilmiş komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyəti Başçısının nəzarəti və komissiya üzvlərinin fəallığı nəticəsində tibbi müayinədən keçən vətəndaşlardan bir qismi stasionar müalicəyə, bir çoxu ambulator müalicəyə cəlb olunmuş, bir qismi də müayinə və müalicə üçün  Bakı şəhərlərində yerləşən tibb müəsisələrinə göndərilmişdir. Tibbi müayinəni yüksək səviyyədə təşkilində fərqlənən tibb işçiləri Tərtər Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.    

Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.  Məktəblərdə  təlim-tərbiyə  günün  tələbləri   səviyyəsində  qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan  tarixi  və Azərbaycan  coğrafiyasını  dərindən  öyrənmələrinə  diqqət  gücləndirilmişdir.  Bu  məqsədlə  yazılı  sorğular,  test  yoxlamaları, müxtəlif  müsabiqə, o cümlədən  inşa  müsabiqəsi və  olimpiadalar, bilik  yarışları  bilavasitə  şagirdlərin  iştirakı  ilə  aktual  sayılan  mövzulardan praktik  konfranslar, ekskursiyalar  təşkil  olunmuşdur. Fənlərin  tədrisini  gücləndirmək  məqsədilə  müxtəlif  səpgili  tədbirlər  keçirilmişdir.   Yetişməkdə olan  gənc nəsilin vətənpərvərlik, dövlətçilik  ruhunda  tərbiyə olunması Təhsil Şöbəsi  və  ümümtəhsil  məktəblərinin,  eləcə də  Gənclər və  Idman Idarəsinin  ümdə  vəzifələridir və bu istiqamətdə işlər  aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı  inşalar yazılır, gənclər və  yeniyetmə arasında idman yarışları və intellektual  müsabiqələr  keçirilir. Qaliblər  fəxri  fərmanlar  və  qiymətli hədiyyələrlə  təltif olunurlar.  Şagirdlərin  hərbi - vətənpərvərlik   tərbiyəsini  gücləndirmək  məqsədilə  məktəblilərin  hərbi hissələrdə  hərbçilərlə  görüşləri  təşkil  olunmuşdur.

Ümidvarıq ki,təcrübəli pedaqoq Surxay Mirzəyevin rəhbərlik etdiyi Tərtər  rayon Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc tərtərlilər nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır

 

 ***

 Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Müstəqim Məmmədovun  rəhbərlik etdiyi Tərtər rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Tərtər rayonunun  sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025