Cəmiyyət (7-10-2016, 11:21)
Şirvan şəhərində inkişaf meyilləri gücləndirilir
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mərdan Camalovun apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir. Şəhər İcra Aparatının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı şəhərdə mütəmadi olaraq məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir. Şəhərdə fəaliyyət göstərən ictimai təşkilatlar və dini qurumlarla daim əlaqə saxlanılır, onlar tarixi və əlamətdar günlərdə, bayramlarda keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirlər.Mərdan müəllimin rəhbərlik etdiyi Şirvan şəhərdə “Dini etiqad azadlığı haqqında” qanunun tələbləri pozulmamış, dini durum nəzarətdə saxlanılmışdır. Dövlətçilik və müstəqillik mövqeyində dayanan şəhərin hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. ŞİH-nin başçısı cənab Mərdan Camalov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir. Mərdan Camalov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Şəhər rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır
Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır
Şəhər İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir. Sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, təqaüdün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur
Onu da qeyd edək ki, DSMF Şirvan şəhər Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.
DSMF Şirvan şəhər şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masası»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.
Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır
Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Məktəblərdə təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilmişdir. Bu məqsədlə yazılı sorğular, test yoxlamaları, müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar, bilik yarışları bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar, ekskursiyalar təşkil olunmuşdur. Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpgili tədbirlər keçirilmişdir. Yetişməkdə olan gənc nəsilin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyə olunması Təhsil Şöbəsi və ümümtəhsil məktəblərinin, eləcə də Gənclər və Idman Idarəsinin ümdə vəzifələridir və bu istiqamətdə işlər aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı inşalar yazılır, gənclər və yeniyetmə arasında idman yarışları və intellektual müsabiqələr keçirilir. Qaliblər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunurlar. Şagirdlərin hərbi - vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə məktəblilərin hərbi hissələrdə hərbçilərlə görüşləri təşkil olunmuşdur.
Ümidvarıq ki, Şirvan Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc şirvanlılar nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır
Mədəniyyət sferasında xidmətin səviyyəsinin davamlı yüksəldilməsi hədəfə alınıb
Şirvan şəhər Mədəniyyət və Turizm Şöbəsi Şirvan mədəniyyət müəssisələrinin göstərdikləri xidmətin səviyyəsinin yaxşılaşması üçün bütün potensial imkanlardan istifadə edir. Şirvan şəhər mədəniyyət işçiləri əllərinə düşən hər fürsətdən KİV-in tribunasından yararlanaraq, mədəniyyət və turizm sektorunun inkişafına göstərdiyi qayğıya görə ölkə prezidentinə dərin minnətdarlıqlarını bildirirlər. Dövlətimizin başçısının mədəniyyət sferasının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların aylıq vəzifə maaşlarının artırılmasına yönəlik sərəncamları, mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqda qərarları Şirvanda rayonunun mədəniyyət işçiləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır, böyük fərəh və iftixar hissi doğurur.Əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı şöbə və onun müəssisələri hazırladıqları iş planlarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirirlər. Tədbirlərin daha baxımlı olması üçün vətəndaşların səy və təklifləri hər dəfə nəzərə alınır, tədbirin təbliğatına, bədii tərtibatına, tamaşaya dair sərgilərin; fotostendlərin və bəzi məlumatların hazırlanmasına ciddi fikir verilir. Keçirilən tədbirlərdə texniki vasitələrdən geniş istifadə olunur, kinofilmlərdən, sənədli filmlərdən parçalar nümayiş etdirilir. Hər bir tədbirdə vətənpərvərlik tərbiyəsi və adət-ənənələrimizin təbliği, milli dəyərlərimizin inkişafı və qorunub saxlanılması əsas məqsəd kimi qarşıya qoyulur.
Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət edən metodik vəsait şöbə tərəfindən hazırlanıb və icra üçün bütün mədəniyyət müəssisələrinə paylanıb. Eyni zamanda «N» saylı hərbi hissənin əsgər və zabitlərinin asudə vaxtlarının səmərəli keçməsi üçün özfəaliyyət kollektivləri istirahət günləri və bayramlarda hərbiçilərin qarşısında geniş konsert proqramı ilə sçıxış edirlər.
Maliyyə göstəriciləri yaxşılaşır
Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Şirvan şəhər Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.
Səhiyyənin səviyyəsini xarakterizə edən göstəricilər yaxşılaşmaqdadır
Şirvan şəhər Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2016-cı ilin ötən ayları ərzində ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və şəhər səhiyyə şöbəsinin iş planına uyğun olaraq şəhər əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir. İmtiyazlı xəstələrə, onkoloji xəstələrə, nevroloji xəstələrə, ürək-qan dövranı sistemi xəstələrinə, tənəffüs sistemi xəstələrinə və s. imkan daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.
Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişd Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış (işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şirvan şəhərində əhalinin tibbi müayinəsinin mütəşəkkil qaydada keçirilmişdir. Bu məqsədilə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları ilə tərkibi müəyyənləşdirilmiş komissiya yaradılmışdır. Şəhər İcra Hakimiyyəti Başçısının nəzarəti və komissiya üzvlərinin fəallığı nəticəsində tibbi müayinədən keçən vətəndaşlardan bir qismi stasionar müalicəyə, bir çoxu ambulator müalicəyə cəlb olunmuş, bir qismi də müayinə və müalicə üçün Bakı şəhərlərində yerləşən tibb müəsisələrinə göndərilmişdir. Tibbi müayinəni yüksək səviyyədə təşkilində fərqlənən tibb işçiləri Şirvan şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
***
Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Mərdan Camalovun rəhbərlik etdiyi Şirvan şəhərində də uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Şirvan şəhərinin də sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.
