Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (10-05-2016, 10:15)
"Aşıqlar Birliyinin üzvlərinin yarısı çıxarılacaq"

 

Mediatv.az Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının Kulis-ə verdiyi müsahibəni təqdim edir:

 

- Aşıqlar Birliyinin nə qədər işçisi var?

- Çox deyil. On nəfər olar, ya olmaz. Amma üzvlərimizin sayı üç yüzə yaxındır.

- Üzvlüyün şərtləri necədir?

- Nizamnamədə hər şey yazılıb. Neçə hava bilməlisən, necə ifa etməlisən və s. 

- Özünüz saz çala bilirsiniz?

- Yox, ona çalmaq demək olmaz, mən tədqiqatçıyam, mənim işim sazın elmi dəyərini verməkdir. Təvazökarlıqdan uzaq olmasın, saz sənəti üçün xeyli iş görmüşəm. Yeganə tədqiqatçıyam ki, Azərbaycandakı bütün saz mühitlərini öyrənmişəm və yazmışam. Təbriz, Urmiya da daxil...


- Belə çıxır ki, üzvlərinizin arasında aşıq olmayanlar da var.

- Var, əlbəttə. Aşıq yaradıcılığını araşdıran mütəxəssislər də bizə üzv ola bilər. Bizdən əvvəlkilər lap demokratik addım atıblar, bura hətta tibb bacısı da üzv ediblər (gülür). Soruşursan, burda nə gəzirsən, deyir, saz sənətini çox sevirəm. İndi biz attestasiya keçiririk, layiq olmayan üzvlərin hamısı çıxarılacaq. Üç yüz nəfərin hardasa yüz əllisi azad ediləcək.

- Aşıq Ədalət çəkilişdə söyüş söydü, niyə çıxarmadınız?

- Ədalət, dediyim kimi, bizim birliyin simvoludu, onu çıxartmaq olmaz. Amma ustad da gərək bir az ölçülü davransın. O, sazı urvatdan salan bəzi yaramazlara hirslənmişdi. Haqlı hirslənmişdi, amma o cür ifadə etməyi doğru deyildi. Demişdisə də gərək yaymayaydılar. Yayanlar da səhv eləmişdi. 

- Efirdə, internetdə sazla meymunluq edənlərə siz necə baxırsınız?

- Olmaz. İçində sənət sevgisi və istedad olan adam belə iş görməz.

- Məsələ budur ki, bəzilərinin yaxşı barmağı var, amma sənət göstərmək əvəzinə belə edirlər.

- Görünür, istedadlarında naqislik var. Nəsə çatmır. Saz müqəddəsdir, milli heysiyyətdir, onu aşağılamaq xalqı, milləti aşağılamaqdır.

- Onlar da deyir, xalq buna maraq göstərir. Tələb-təklif məsələsi... 

- Yalan deyirlər. Mən dövlət televiziyasındakı verilişimə bir dəfə də olsun yüngül aşıq buraxmamışam, amma reytinq cədvəlində ən çox baxılan verilişlərdəndi. Hər yandan, hətta daha çox muğama qulaq asan Bakı kəndlərindən də maraqlı reaksiyalar gəlib.

- Amma camaat Əli Quliyevdən çox Əli Tapdıqoğlunu tanıyır.

- Hər sənətkarın öz yeri var. Bütün hallarda sənətin ilkinliyini qorumalıyıq, o biri yandan da inkişafına, daha geniş auditoriyaya çıxmasına şərait yaratmalıyıq. Məsələn, 70-80-ci illərdə elektron gitara sazı toyxanadan itələyib çıxarmışdı. İndi artıq saz mikrofona qoşularaq geri qayıdır və gitaranı sıxışdırır. Elə musiqiçi dəstəsi yoxdur ki, orda saz olmasın. 

- Aşıq Ədalət Rəmişə qalib gəldi?

- Obrazlı belə demək olar, hə (gülür).

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024