Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (13-04-2015, 16:28)
Aşıq Ədalət söyüş qalmaqalından danışdı

Bu günlərdə Aşıq Ədalətin efirdə söyüş söyməsi ölkə mətbuatında ciddi rezonas doğurdu

 

Bu barədə yayılan videodan da məlum olur ki, ustad sənətkar ATV-də yayımlanan “Səbəbkar” verilişində rəqqasə Aytənin və həmkarı Namiqin ünvanına söyüş xarakterli ifadələr işlədib. 
Lakin sonradan yayılan məlumatlara görə, Aşıq Ədalət söyüşlə bağlı olan videonun yalan olduğunu, adıçəkilən rəqqasəni isə ümumiyyətlə, tanımadığını bildirib. Hətta yayılan videonun montaj edildiyi barədə də iddialar ortaya çıxdı. 
Məsələ ilə bağlı Aşıq Ədalət musavat.com-a maraqlı açıqlamalar verib. 
Belə ki, o, efirdə söyüş söydüyünü təsdiqləyib və bu hərkətinə görə özünü bağışlamadığını deyib: “Ay başınıza dönüm, ay vətən övladlarım, bu işin necə baş verdiyini hələ də anlaya bilmirəm. Olayla bağlı videoya baxıram, başa düşə bilmirəm ki, o an mənə nə olmuşdu ki, efirdəcə söyüş söydüm. Hər videoya baxanda dəhşətə gəlirəm. Etdiyim bu hərəkət doğru deyildi. Bu, heç cür mənim şəxsiyyətimə, adıma yaraşmır. Bir daha deyirəm, söyüş söydüyümə görə özümə bağışlaya bilmirəm. Onda mənə nə olmuşdu, bax, bunu da dərk etmirəm. Kim nə deyirsə desin, bu hərəkətim qəbuledilməzdir. Efir ictimai bir yerdir, tənqidi də gərək qaydasında deyəydim”.
Aşıq Ədalət efirdəki qalmaqala görə artıq yaşamaq istəmədiyini də dilə gətirib: “Efirdəki olaydan sonra el-oba, xalq arasına çıxmaq istəmirəm. Utandığımdan mənə gələn zənglərə də cavab vermirəm. Ümumiyyətlə, yaşamaq istəmirəm. İstəyirəm ki, həyatıma son qoyum. Bundan sonra el arasında mən necə gəzəcəm? İndi elə bir vəziyyətdəyəm ki, özümün özümdən zəhləm gedir..”
Ustad sənətkar kimi söydüyünü belə xatırlmadığını deyib: “İş burasındadır ki, heç xatırlamıram ki, mən kimi və niyə söymüşəm. Mən o rəqqasəni də tanımıram. And olsun Allaha ki, mən Namiqi də söyməmişəm, heç vaxt onu təhqir etmək fikrində də olmamışam. Söyüşü Namiq niyə öz üstünə görtürüb. Bunu da anlamıram. Dünən Namiq yanıma gəldi. Mənə hədiyyə də gətirmişdi. Olanları başa saldım. Mənim heç kimlə ədavətim yoxdur. Bu sənət mənim üçün müqəddəsdir və bu günəcən də yalnız öz sənətimlə məşğul olmuşam”.
Xalq arasında Dədə Ədalət kimi tanınan aşıq saz sənətini bayağılaşdıran gənc aşıqlardan da danışıb: “Bu saz Dədə Qorquddan bizə yadigardı. Sazı dünyaya tanıdana kimi içi mən qarışıq, nə qədər aşıqlarımız xeyli əziyyət çəkiblər. Gözlərimizdən qan gəlib, kipriklərimizlə od götümüşük, baş qoymuşuq bu sənətdə, onu kifayət qədər təkmilləşdrimişik. Bu gün isə hər yerindən duran əlinə saz alıb, çayxana, restoranlarda, məclislərdə oxuyur, sağa-sola meydan sulayır. Sazı əllərində elə tuturlar ki, sanki yun çırpırlar, onun başına hər oyun açırlar. Soruşanda ki, “ay bala, bu sənəti niyə bu günə qoyursan?”, cavabında üzünə qayıdıb deyirlər ki, “aşıq, mən həvəskar aşığam, elə-belə toylarda çalıb-oxuyuram”, qalırsan lap mat–məəttəl... Belələri ancaq onu fikirləşir ki, “nə edim-etməyim 5-10 manat pul qazanım”, vəssalam... Unudurlar ki, bu yolla sazımızı gözdən salırlar”.
Aşıq Ədalət toylarda “Yanıq Kərəmi” havasına oyanayanları da qınayıb: “Yüz dəfə demişəm ki, “Yanıq Kərəmi”nə oynamaq olmaz! Amma di gəl ki, toylarda onu lap “Tərəkəmə” kimi çalıb, oynayırlar. Gedin oxuyun, yazıq Kərəminin faciəsini, görün onun başına nələr gətirilib. Bizim aşıqlar isə onu elə ifa edirlər ki, adam lap yanıb tökülür”.
Ustad sənətkar bu barədə Mədəniyyət və Turizm Nazirliyinə də səslənib. Onun sözlərinə görə, aidiyyatı orqanlar saz sənətini ucuzlaşdıranlara qarşı vaxtında ciddi tədbir görməlidir: “Demək olar ki, mütəmadi olaraq mənə İrandan, Türkiyədən zənglər, iradlar gəlir. İnsanlar mənə deyirlər ki, “aşıq, niyə icazə verirsiz ki, bu sənət ucuzlaşsın, niyə öz münasibətinizi, tənqidinizi bildirmirsiz?” Bu sənəti yaşatmaq, onun bayağılaşmasına qarşı gəlmək təkcə mənim və yaxud bir neçə qocaman aşığın üzərinə düşmür. Bu məsələyə aidiyyatı orqanlar, o cümlədən, Mədəniyyət və Turizm Nazirliyi də qarışmalıdır. Yoxsa, bu sənət getdikcə itib–batır, bayağılaşır. Xalqı ayıltmaq lazımdır ki, sənəti olmayan aşıqlara meydan verilməsin”. 
Qeyd edək ki, sözügedən video mətbuatda, sosial şəbəklərdə yayımlanandan sonra rəqqasə Aytən onun ünvanına söyüş işlətdiyi üçün Aşıq Ədaləti məhkəməyə verdiyini bildirmişdi. Rəqqasə həmçinin “Səbəbkar” verlişinin aparıcısı İradə İsakı, eləcə də onun təhqir edilməsini gülüşlə qarşılayan və verilişdə qonaq qismində iştirak edən digər sənətçiləri də qınayaraq, tənqid etmişdi. 
Qalmaqala səbəb olan verilişin aparıcısı İradə İsak isə efirdəki söyüş məsələsinə münasibət bildirərək, olayı “ustad şapalağı” adlandırmışdı. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024