Cəmiyyət (18-04-2015, 11:46)
TV-nin “tərbiyəvi” söyüşləri
Könül Cəfərli yazır
Yazıq TV aparıcıları tamaşaçılar üçün əlindən gələni edir, yenə də camaat narazıdır də. Biri qaçan gəlinləri tapır, o biri studiyada ayaqyalın rəqs edir, kimi kabab bişirir... Bir sözlə, sizin üçün dəridən-qabıqdan çıxırlar.
O gün də verilişdə Aşıq Ədalət hirslənib, dilindən “tərbiyəvi” əhəmiyyətə malik söz çıxarıb, yenə aparıcını daşa basırsınız. Kişi nə deyib axı? Ağsaqqal bircə ağız söyüb. Deyib ki, .... var-yoxunu. Vəssalam! Aparıcı bu söyüşü montajda kəsib, qəbrə basdıra da bilərdi. O zaman heç tamaşaçının xəbəri da olmazdı. Sizlər də bilməzdiniz ki, Aşıq Ədalət necə söyür. Amma yox, müəllif aşıq sənətini və bu xalqı düşünərək, o söyüş olan hissəni kəsib, anonsa calaq edib. Beləcə, həm şəxsən mən və həm də mənim kimi çoxsaylı tamaşaçı Aşıq Ədalətin söyüşünü eşitdi. Həmçinin məhz bu söyüşü izləmək üçün o anonsa baxdıq. İstənilən halda qazanan verilişin reytinqi oldu. Məsələn, mən ilk dəfə idi ki, belə bir verilişin varlığından xəbər tutdum. Nəyin hesabına? Bu söyüşün.
Maraqlı burasıdır ki, qonşumuz Fatma xala da belə düşünür. Deyir ki, kişi söyər də. Guya heç söyüş-zad eşitməmişik? Ya qulağımızın dibində söydülər, ya televizorda. Nə fərqi var? O boyda kişiyə çılpaq qızı göstərəndə, bilmirdilər ki, hirslənib söyəcək? Hələ yaxşı ki, o rəqqasə studiyada olmayıb. Sazı çırpardı təpəsinə. Əcəb də edərdi. Böyüyümüzdür! Naəlac qalanda söymək də olar, döymək də.Təki camaat tərbiyələnsin.
Fatma xala tək deyil. Biri də yazmışdı ki, Aşıq Ədalət əsl kişi kimi reakisiya verib, əhsən ona! Bax belə, siz də yapışmısınız ki, müəllif niyə söyüşü efirə verib? Bir az da tərbiyəvi baxımdan məsələyə yanaşın. Elə bil heç təlim-tərbiyədən başınız çıxmır. Kim deyib ki, TV ancaq məlumatlandırır və maarifləndirir? Düz bilmirsiniz, həm də tərbiyə edir. Özü də yeni tərbiyə metodunun üzərində aparıcılar çalışır. İnsafınız olsun, tərbiyənizi də düşünürlər.
İnanıram ki, Aşıq Ədalət anidən dilindən qaçan bu tərbiyəsiz sözə görə fəxr etmir. Bəlkə ağsaqqal hətta xəcalət də çəkir. Hər halda bundan sonra daha diqqətli olar. Birdə ya sazla bağlı verilişlərə getməz, ya da aparıcını “Quran”a əl basdırar. And-aman edər ki, yaşlı adamam, hirslənib dilimdən bir söz çıxarsam, mədəniyyət xətrinə, tamaşaçılara hörmət üçün, lap elə sazın öz hörmətinə efirə vermə. Efirə versən də, heç olmasa, o söyüşü müdafiə etmə. Belə sən də, mən də lap biabır oluruq. Lap özünü düşünmürsənsə, mənə və saza rəhm et. Bizi reytinq deyilən o zada qurban vermə. (kulis)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024