Region (28-04-2016, 15:38)
Səfir: “Ermənistan Azərbaycan torpaqlarını işğal edib”
Mediatv.az İndoneziyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Vanani Modern.az-a müsahibəsini təqdim edir:
- Cənab səfir, diplomatik işə təyin olmağınız çox qısa vaxtdır. Bilmək istərdik, bu müddət ərzində Azərbaycan və İndoneziya arasında hansı sahədə oxşarlıq, hansı sahəfə fərq gördünüz?
- Əlbəttə, müəyyən fərqliliklər var. Belə ki, İndoneziya adalar qrupundan ibarət olan ölkədir. İndoneziya 17500 adadadn ibarətdir. Azərbaycan isə bundan bir qədər fərqlənir.
- Azərbaycana gələndə ilk dəfə diqqətinizi çəkən nə oldu?
- Azərbaycan elə ölkədir ki, 4 mövsümün 4-ü də burda var. Mən gələndə havalar bir qədər soyuq idi. Azərbaycanın çox zəngin tarixi var.
- Gəlməzdən əvvəl Azərbaycan haqqında geniş məlumatınız var idi?
- Əlbəttə var idi. Kitablardan, internetdən və bir çox mənbələrdən Azərbaycan haqqında məlumat toplamışdım. Azərbaycan neftlə zəngin olan ölkədir.
- Belə görünür ki, cənab səfir Azərbaycanı daha çox neftlə tanıyır.
- Azərbaycan həm neft ölkəsidir, həm də müsəlman ölkəsidir. Burada da əhali əsasən müsəlmanlardır. Azərbaycan İslam hakimiyyəti haqqında geniş tarixə malikdir.
- Cənab səfir, bildirdiniz ki, Azərbaycan haqqında geniş məlumata maliksiniz.Ölkəmiz Sovet İmperiyasından ayrılmış müstəqil bir dövlətdir, bunun fərqinə varırsınızmı?
- Mən bilirəm ki,Azərbaycan Sovet İmperiyasının tərkibində olub. 1991-ci ildən müstəqillik əldə edib.
- Azərbaycan hələ Sovetlər Birliyindən ayrılmazdan öncə Qarabağ problemi ilə qarşı-qarşıya gəldi, bununla bağlı sizin mövqeyiniz nədir?
- Əlbəttə, Qarabağ məsələsi barədə məlumatım var. Ermənistan Xocalı soyqırımı törədib. Hazırda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları var. Bu məsələ ilə bağlı tamamilə geniş və dəqiq məlumata malikəm. İndoneziya Konstitusiyasında ədalət və azadlıq haqqında bir maddə var. İndoneziya Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bilir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
- Qısa müddətdə Azərbaycan əhalisini nəcə tanıdınız?
- Çox yaxşı. Bəlli dostlarım var və bunun üçün çox xoşbəxtəm.