Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (29-10-2015, 15:09)
“Təhlükəsizlik ən vacib məsələlərdən biridir” - İlham Əliyev

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Misir Ərəb Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.
Mediatv.az xəbər verir ki, səfir Suzanne Mohamed Gamil fəxri qarovul dəstəsinin qarşısından keçib. Suzanne Mohamed Gamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev iki ölkə arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin son vaxtlar daha fəal şəkildə həyata keçirilməsinin önəmini qeyd edərək bu təmasların əməkdaşlığımızın çox müsbət göstəricisi olduğunu deyib. İi ölkə arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev bu əlaqələri irəli aparmaq üçün prioritetlərin dəqiq müəyyənləşdirilməsinin vacibliyini qeyd edib, iki ölkə arasında qarşılıqlı ticarətin səviyyəsinin artırılacağına ümidvar olduğunu bildirib.

Azərbaycanın Misir ilə əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən dövlət başçısı enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün də yaxşı potensialın olduğunu qeyd edib. İki ölkənin yerləşdiyi regionlardakı vəziyyətə toxunan Prezident İlham Əliyev hazırda təhlükəsizliyin bütün dünyada gündəlikdə duran ən vacib məsələlərdən biri olduğunu vurğulayıb. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışan dövlət başçısı Azərbaycan ilə Misirin daim bir-birini dəstəkləməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirə ölkədəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Suzanne Mohamed Gamil Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlət başçısına çatdırıb.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Suzanne Mohamed Gamil Azərbaycan ilə Misir arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu deyib, ölkəsini beynəlxalq təşkilatlarda daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi böyük insan və əsl lider kimi ehtiramla xatırlayan səfir Suzanne Mohamed Gamil Ulu Öndərin qısa zaman ərzində dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyinin daim şahidi olduğunu deyib. Səfir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini vurğulayıb.

Dövlət başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Misir Ərəb Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024