Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (1-04-2016, 22:16)
"ABŞ sülhün təmin olunmasında bizə dəstək verməlidir" - Asim Mollazadə

 

"ABŞ sülhün təmin olunmasında bizə dəstək verməlidir" -

 

Vaşinqtonda keçirilən nüvə sammitində iştirak etmək üçün ABŞ-da səfərdə olan prezident İlham Əliyev martın 30-da Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb.
Mediatv.az xəbər verir ki, görüş əsnasında onlar bəyanatla çıxış ediblər.
"Mən Prezident Əliyevi Dövlət Departamentində qarşılamaqdan məmnunam", - deyə Kerri bildirib: "Bizim ölkələrimiz arasında ortaq maraqlar var. Biz Azərbaycana Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfələrə görə minnətdarıq".
Azərbaycanın mürəkkəb regionda yerləşdyini önə çəkən Kerri, prezident İlham Əliyevə Cənub Qaz Dəhlizi layihəsində sərgilədiyi liderliyə görə təşəkkür edib. ABŞ rəsmisi bu dəhlizin Avropanın enerji təchizatında önəmli rol oynadığını bildirib.
İlham ƏIliyev isə ölkələr arasında yaxın və mehriban münasibətlər olduğunu vurğulayıb: "Bizim aramızdakı iqtisadi əməkdaşlıq inkişaf edir. ABŞ şirkətləri Azərbaycana 10 milyard dollardan çox investisisya qoyub".
Daha sonra İ. Əliyev ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun zamandan bəri davam edən münaqişənin həllində göstərdiyi səylərə görə öz minnətdarlığını bildirib: "Biz hesab edirik ki, bu konflikt erməni qüvvələrininin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir".
Prezidentin ABŞ səfəri ilə bağlı "Sputnik"in suallarını Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə cavablandırıb.
- Prezident İlham Əliyevin 4 illik aradan sonra ABŞ-a səfərinin siyasi əhəmiyyətini necə dəyərləndirmək olar?
- Mənə elə gəlir ki, bu, çox zəruri səfərdir. Prezidentin amerikalı həmkarının dəvəti ilə belə bir mühüm beynəlxalq sammitdə iştirakı Azərbaycanın önəmini xüsusi vurğulayan bir amildir. Prezidentin ABŞ dövlət katibi ilə görüşü zamanı, Amerika-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, eyni zamanda tarixi Amerika-Azərbaycan əməkdaşlığı və ortaq maraqları olduğu vurğulandı. Mənə elə gəlir ki, bu da özlüyündə Azərbaycan-ABŞ münasibətlərinə və münasibətlərin daha da genişlənib inkişaf etməsinə xidmət edir. Bu kimi görüşlər davam edəcək. Təbii ki, bu görüşlər ABŞ qanunvericilik orqanını, tanınmış araşdırma mərkəzlərini də əhatə edəcək. Zənnimcə, bu səfər ikitərəfli münasibətlər və eyni zamanda Azərbaycanın geniş maraqlarını əhatə edən sahələrə də yeni bir təkan verəcək.
- Bu səfərdən sonra ABŞ-ın Cənubi Qafqazda rolunu Azərbaycanla münasibətləri kontekstindən necə şərh etmək olar? Amerika Azərbaycana və regiona hansı mesajları vermək istəyir?
- Əslində biz istəyirik ki, ABŞ və dünyanın bütün nüfuzlu qüvvələrinin iştirakı ilə Cənubi Qafqazda - geniş bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq yaradılsın. Azərbaycanın həyata keçirdiyi siyasət də buna xidmət edir. Bizim həyata keçirdiyimiz bütün strateji layihələr də əməkdaşlıq, xalqların rifahı və qarşılıqlı maraqlara aiddir. Bizim ən əsas ehtiyacımız olan məsələ məhz stabillik, sülh və təhlükəsizlik məsələləridir. Bu istiqamətdə də biz ABŞ-ın fəallığını gözləyirik. ABŞ bölgəmizdə sülhün, əmin-amanlığın yaradılmasında bizə dəstək verməlidir. Biz regionumuzda hansısa qüvvələrin qarşıdurmasını deyil, bütün qüvvələrin əməkdaşlığına yönəlmiş siyasətin formalaşmasını istəyirik.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024