Siyasət (2-06-2014, 19:08)
Prezidentlər mətbuata bəyanatla çıxış ediblər
İyunun 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Görüşdə qonaqları salamlayan Prezident İlham Əliyev bildirib ki, bu səfər çox mühüm əhəmiyyət kəsb edir: "Bu, çox uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrimizi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Əminəm ki, qarşıdakı illərdə ikitərəfli əlaqələrimiz daha da güclənəcəkdir. Çünki əlaqələrimizi inkişaf etdirmək üçün güclü siyasi iradə vardır. Bizim tərəfdaşlığımızın mahiyyəti həqiqətən artır, bir çox sahələri - siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir".
Dövlət başçısı buna görə əminliyini qeyd edib ki, qarşıdakı illərdə son bir neçə ildə sürətlə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələri davam etdiriləcək: "Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik. Siz həm də ölkəmizə ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki, Sizin regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət meyillərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcəkdir. Bir daha xoş gəlmişsiniz. Ümidvarıq ki, səfəriniz xoş keçəcəkdir".
İsveçrə Prezidenti Didye Burkhalter isə çox xoş və səmimi qəbula görə minnətdarlığını bildiririb və deyib ki, bu qəbul, sözün hər mənasında, səmimidir, həm ölkə, həm də cazibədar landşaft baxımından: "Çox təşəkkür edirəm. Bu, mənim ölkənizə ilk səfərimdir. Ölkənizlə hərtərəfli tanış olmaq üçün çox vaxtım olmayıb. Bu, ətraflı tanışlıq səfəri olmayacaqdır. Əminəm ki, biz bir daha səfər edəcəyik və regionunuzu, ölkənizi, dünən axşam gələndə və bu gün səhər də gördüyüm kimi, bizdə dərin təəssürat yaradan Bakı şəhərini daha yaxından öyrənmək üçün daha çox vaxtımız olacaqdır. Qəbulunuza görə təşəkkür edirəm. Bu, bizim iki ölkə üçün xüsusi bir vaxtdır".
İsveçrə Prezidenti vurğulayıb ki, iki ölkənin çox yaxşı dostluq əlaqələri var və onlar intensivləşdirilə bilər: "Əminəm ki, özəl investisiya sahəsində geniş potensialımız vardır. İsveçrə şirkətləri Sizin ölkənizə investisiya yatırmaqda maraqlıdır".
Azərbaycan prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter mətbuata bəyanatlarla çıxış ediblər.
Prezidentlərin mətbuat konfransı geniş tərkibdə görüş başa çatdıqdan sonra keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin təkbətək görüşü olub.
Rəsmi qarşılanma mərasimindən sonra baş tutan görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin iyunun 2-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalteri qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İsveçrə Prezidentinə raport verib.
İsveçrənin və Azərbaycanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçib.
İsveçrə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri İsveçrə Prezidenti Didye Burkhalterə, İsveçrə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdirdilər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024