Region (10-03-2016, 18:13)
Neft bahalaşır, bəs manat niyə ucuzlaşır?
Mediatv.az xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədovun Amerikanın Səsinə müsahibəsini təqdim edirik:
-Dünya bazarında neftin qiyməti qalxır amma, Azərbaycanda manat ucuzlaşmaqda davam edir. Azərbaycanın valyuta bazarının dünyadakı bu tendensiyaya reaksiyaya verməməsinin səbəbi nədir?
-Birincisi Azəbaycanın milli valyutası hələlik özünü bazar qiymətini almayıb. Ona görə də Mərkəzi Bank məcburdur ki, manatı qoruyub saxlamaq üçün müəyyən qədər valyuta bazarına müdaxilə etsin.Yəni əlavə vəsait maliyyə bazarına buraxsın ki, manatı müəyyən qədər qoruyub saxlasın. Hal-hazırda neftin qiyməti müəyyən qədər artım hiss olunur. Hardasa 40 dolları artıq keçib.Amma hələlik Mərkəzi Bankın ehtiyatı çox yüksək olmadığı üçün ona görə də manatın məzənnəsinə çox ciddi təsir göstərmirlər. İstəyirlər ki həqiqətən də müəyyən müddətdən sonra manat özünün həqiqi bazar qiymətini alsın. Yəqin bu uzun müddət davam edəcək. Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyəcək manatın məzənnəsinin qoruyub saxlanılması üçün. Fikir verirsinizsə manatın məzənnəsində artmalar var. Yəni manatın dəyəri ucuzlaşır.1.55 idi, bu günə olan məzənnə isə 1.63-dü.
Mən belə hesab edirəm ki, bu düzgün siyasətdi.Çünki gec-tez manat özünün bazar dəyərini almalıdır ki, bilək ki manatın dəyəri nə qədərdi.
-Yaxın zamanda dollar-manat məzənnəsini necə proqnozlaşdırmaq olar? Üzən məzənnə siyasətinə bazar niyə reaksiya vermir? Sərt devalvasiya potensialı gündəmdə qalırmı, yoxsa hökumət daha buna getməyə risk etməz?
-Mən inanmıram ki, Azərbaycanda sərt devalvasiya yenidən Azərbaycanda həyata keçirilsin. Üzən məzənnə siyasətinə reaksiya verməmədə, bayaq mən qeyd etdiyim kimi, Azərbaycanın Mərkəzi Bankı ola bilər azərbaycan hökuməti ilə razılaşsın.Deməli elə qərara gəlirlər ki, manat bazar qiymətini gəlib almalıdır gec-tez. Ona da əlavə vəsait xərcləmək istəmirlər. Ona görə də mənhesab edirəm ki, neftin qiyməti artdıqca manat müəyyən qədər ucuzlaşsa da bazar qiymətinə gəlib çıxacaq. Ona görə də mən sərt devalvasiyaya ehtiyac görmürəm.
-İqtisadiyyatın kəskin dollarlaşmasının fəsadları nə ola bilər və bu proses nə vaxt və hansı tədbirlərlə dayandlırıla bilər?
– Mən sizə deyim də bu yaxşı amil deyil. Çünki Azərbaycanın milli valyutasını etibarlığı biz təmin etməliyik. Əgər Azərbaycanın milli valyutasına etibarlığı təmin edə bilməsək, dollarlaşma prosesi gedərsə bu həm Azərbaycanın milli valyutası üçün , həm də maliyyə bazarı üçün çox böyük risk gətirib çıxarar.
Ona görə də, bildiyiniz kimi cənab prezidentin fərmanına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Müəyyən qədər bu Mərkəzi Bankla Palata arasında funksiyalar dəqiqləşdirilib. Artıq qərarlar, qanunlar, fərmanlar bununla əlaqədar verilib. Ümumiyyətlə manatın qorunub saxlanması üçün, əhalinin manata etibarlılığının artırılması üçün biz bir qanun da qəbul elədik.Əmanətlərin tam sığortalanması haqqında. Buna müəyyən vaxt lazımdır ki, necə deyərlər əhalinin banklara etibarlığı artsın ki, insanlar daha çox depazit yatıra bilsinlər.
- Çox təbiidir ki, böhran z amanı maliyyə, iqtisadiyyat nazirlikləri və Mərkəzi Bank arasında bir sağlam qarşıdurma yaşanır. Mlaiyyə nazirliyi büdcəni qoruyur, iqtisadiyyat naziri iqtisadi artıma məqsəd qoyur, Mərkəzi Bank isə infltyasiyanın qarşısını almağa çalışır. Azərbaycanda bu rəqabət mühiti necə nizamlanır?
-Ümumiyyətlə fikir verirsizinsə son vaxtlar müəyyən qədər dünya iqtisadiyyatında. Azərbaycan iqtisadiyyatında ciddi problemlər olsa da bu üç qrum arasında müəyyən razılaşmalar əldə olunub. Misal üçün infliasiyanın həddi 2015-ci ildə 4 % səviyyəsində qorunub saxlanıldı. Dövlət büdcəsinə müəyyən ciddi problemlər yaranmadı. İqtisadiyyat Nazirliyində müəyyən artım misal üçün Ümum Daxili Məhsulda artım hardasa 1% -də olsa müəyyən artım oldu. Sənaye məhsulu artımı 8% yaxın oldu.Yəni müəyyən qədər uzlaşma prosesi gedir. Əlbəttə hal-hazırda bu Maliyyə Bazarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar ola bilər Mərkəzi Bankla ola bilər Palata ilə müəyyən fikir ayrılıqları olsun. Amma buna da müəyyən qədər vaxt lazımdır ki, real həyatı nəzərə alaraq ciddi problemlər yaranmasın.