İqtisadiyyat (1-01-2007, 10:26)
“Azərbaycan manatının devalvasiyası üçün heç bir təhlükə yoxdur“
“Son günlər bəzi KİV-lərdə Azərbaycanın milli valyutası olan manatının kəskin ucuzlaşacağına dair fikirlərin heç bir əsası yoxdur və onların yaratmaq istədiyi ajiotaj təxribat xarakteri daşıyır”
"Mediatv.az" bildirir ki, bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, neftin ucuzlaşması neft ixrac edən ölkələrin valyutalarını devalyasiyaya uğradıb. Son hadisələr Asiya və MDB region ölkələrinin valyuta bazarlarına da təsir edib ki, bu da sirr deyil: “Hazırda dünyada baş verən qlobal iqtisadi proseslər və dünya valyuta bazarlarındakı son tendensiyalar bir çox ölkələrin milli valyutalarının dəyərdən düşməsinə səbəb olmaqdadır. Neftin ucuzlaşması bəzi hasilatçı ölkələrin, xüsusilə də, Rusiyanın milli valyutasının devalvasiyaya uğramasını dərinləşdirib. Dünya iqtisadiyyatının əsas güc mərkəzlərindən olan Avropa ölkələrini vahid pul vahidi olan avronun uçuzlaşamsı qlobal səviyyədə valyuta bazarında mənfi tendensiyaların baş verdiyini göstərir. Son aylarda avronun məzənnəsinin beynəlxalq valyuta birjalarında 6 faizdən çox ucuzlaşması müşahidə edilir ki, bu da Avropa iqtisadiyyatında böhranın hələ də aradan qalxmadığını təsdiqləyir. Son proseslər Asiya və MDB region ölkələrinin valyuta bazarlarına da təsir edib. Bu region ölkələrinin əksəriyyəti artıq pul siyasətinə yenidən baxmağa məcbur olub və hətta bəzi dövlətlərin yeni pul islahatları həyata keçirmək niyyətləri də gizli deyil.
Aydın Hüseynov qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatının tərkib hissəsi olaraq dünyada baş verən hadisələrdən kənarda qala bilməz. Ölkəmizdə də valyuta ilə bağlı müəyyən islahatlar aparılır. Bu zaman kiçik ölçüdə devalyasiyaya uğrayacaq manatın kursu ciddi dəyişikliklərə gətirib çıxarmayacaq: “Azərbaycan hökumətinin sərt pul-kredit siyasətindən tədricən yumşaq pul siyasətinə keçməsi dünyada baş verən qlobal proseslərə. avronun ucuzlaşması və digər makroproseslərə uyğun pul siyasətinə keçidi labüd etmişdir. Məlumdur ki, Azərbaycan dünya birliyinin tərkib hissəsidir və qlobal maliyyə-fiskal proseslərdən kənarda qala bilməz, ona görə də, beynəlxalq miqyasda müşahidə edilən iqtisadi proseslər ölkəmizdə adekvat və yeni pul siyasətinin həyata keçirilməsini zəruri edib. Manatın məzənnəsinn bivalyuta səbəti vasitəsilə müəyyən edilməsi milli valyutanın bir qədər ucuzlaşmasına səbəb ola bilər, bu bir qəpik əmsal da deyil. Manat dollar ekvibvalentliyi 79, 80 qəpik civarında olsa belə, bu, milli valyutamızın möhkəmliyi üçün heç bir ciddi təsir göztərəcək hal sayıla bilməz. Bu proseslər valyuta bazarı üçün xarakterik əlamətlərdir və "məzənnə çevikliyi" ölkəmizin makroiqtisadi sabitliyinin güclülüyü fonunda maliyyə-valyuta bazarına mənfi fəsadlar yarada bilməz. Əksinə, yeni məzənnə siyasəti - bivalyuta səbəti vasittəsilə valyuta proseslərinin tənzimlənməsi iqtisadi artımı stimullaşdırmaq və ölkədən ixracı həvəsləndirmək üçün əlavə imkanlar da aça bilər.
YAP rəsmisi vurğulayıb ki, Azərbaycan iqtisadi baxımdan rezervini çoxdan müəyyən edib. Yəni hazırda neft ixrac edən və digər ölkələrdə gedən valyuta proseslərindən Azərbaycan siğortalanıb: “Reallıq bundan ibarətdir ki, Azərbaycanın güclü iqtisadi potensiala və ümumi daxili məhsulun təxminən 70 faizi həcmində maliyyə ehtiyatlarına malikdir. Bu gün 75 milyard dolar həcmində ümumi daxili məhsula və 52 milyard dollar məbləğində strateji valyuta ehtiyatına, yəni “təhlükəsizlik yastığına” malik olan Azərbaycan hökuməti qlobal risklər fonunda milli valyutanın dayanıqlılığını təmin etməyə qadirdir. Manat güclü və möhkəm valyutadır və arxasında Azərbaycan dövlətinin gücü-qüdrəti dayanır. Azərbaycanın maliyyə bazarı sağlam və dözümlüdür. Hazırda Azərbaycan manatın devalvasiyası üçün heç bir təhlükə ciddi rol oynayacaq fiskal əsas yoxdur. Yaxın qonşu ölkələrin öz milli valyutalarını devalvasiya etməsinə baxmayaraq Azərbaycan dövləti bunu düşünmür”.
Azərbaycan manatını digər MDB ölkələri ilə müqayisə edən Aydın Hüseynov bildirdi ki, manat milli valyutalar sırasında mövqeyini qoruyub saxlayıb. Düşünülmüş iqtisadi strategiya manatı ciddi təsirlərdən qoruyacaq: “Hazırda Azərbaycan manatı bölgədə ən dəyərli və sabit valyutadır. Manat dünyanın ən dəyərli 11 valyutası sırasındadır. Azərbaycan manatı MDB məkanında ən sabit milli valyutalar sırasında birinci yerdə mövqeyini qoruyub saxlayır. Azərbaycan hökumətinin həyata keçirdiyi monetar siyasət təsdiqləyir ki, respublikamızda güclü iqtisadiyyat və düşünülmüş iqtisadi strategiya manatın məzənnəsinin qorunub saxlanmasına imkan verəcək, Respublikamızın maliyyə sisteminin sağlam və dözümlülüyü fonunda milli valyutamız dəyərini qoruyub saxlayacaq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024