Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (29-02-2016, 16:12)
`Kəndçi öz kəndinə qayıtmalıdır...` - Deputat

 

“Bakıda bütün bazarları ləğv etmək lazımdır”

 

Mediatv.az:  Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, millət vəkili Eldar Quliyevin azvision.az-a müsahibəsi:

- Neftin kəskin ucuzlaşmasından sonra diqqət qeyri-neft sektorunun inkişafına yönəlib. Ölkə başçısı keçirdiyi son müşavirələr də kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı ciddi tapşırıqlar verib. Bilmək istərdik, hazırda ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?

- Bildiyimiz kimi, ölkə başçısının sərəncamı ilə 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunmuşdu. Ötən il bu sahədə xeyli işlər görüldü. Lakin biz bu gün deyə bilmərik ki, bütün məsələləri həll etmişik. 2016-cı ildə cənab prezident keçirdiyi görüşlərin hər birində kənd təsərrüfatından söz açdı, bu sahənin inkişaf etdirilməsi üçün tapşırıqlar verdi. Prezident çıxışlarında bu sahənin əhəmiyyətini xüsusi vurğulayır. 

Qeyd etmək istərdim ki, bu günədək ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı 60-dan çox qanun qəbul etmişik. Dəfələrlə Milli Məclisdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürmüşük. 



- Eldar müəllim, Azərbaycanda kənd təsərrüfatının inkişafına nə mane olur?

- Hesab edirəm ki, biz önvə ayır-ayrı sahələri inkişaf etdirməliyik. Cənab prezident çıxışı zamanı da qeyd etdi ki, ölkədə pambıqçılğı inkişaf etdirmək lazımdır. 80-ci illərdə Azərbaycan 1 milyon tona yaxın pambıq istehsal edirdi. Pambıq da dünyada gəlirli sahələrdən hesab olunur. Bu sahənin inkişafı ölkəmizə gəlir gətirə bilər. Həmçinin yeni iş yerlərinin də açılması insanların yaşayışına müsbət təsir göstərər.

Hazırda dünyada iqtisadi böhranın hökm sürdüyü vaxtda daxili istehsada təlabat daha çox artır. Bu baxımdan düşünürəm ki, biz özümüzü kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilərik. 

Bu gün çayçılıq inkişaf etdir. Bu sahəni genişləndirəm lazımdır. İstehsal edilən çayı xarici ölkələrə də sata bilərik. Həmçinin belə sahələrdən biri də tütünçülükdür. Bizdə xarici istehsal olduğundan siqaretin qiymətləri getdikcə qalxır. Siqaret ö ölkəmizdə istehsal olunsaydı, qiymətlər o qədər qalxmazdı.

Manatın ikinci devalvasiyasından sonra çörəyin və unun qiyməti qalxdı. Sonrada ölkə başçısının tapşırığı ilə qiymətlər tənzimləndi. Bunun da əsas səbəbi unun hələ də ölkəmizə başqa dövlətlərdən gətirilməsidir. 

- Ölkəmizdə taxılçılığın inkişafı üçün hər bir şərait olsa da, niyə biz özümü taxılla tam təmin edə bilmirik?

-Taxıl hər zaman Azərbaycanın ənənəvi məhsullarından biri olub. Sovet dönəmində taxıl Rusiyadan, Qazaxıstandan alındığından bu sahəyə ötəri münasibət var idi.

Azərbaycan bu sahəni inkişaf etdirmək niyyətindədir. Dövlət bununla bağlı proqram qəbul edib. Birinci, yeni torpaqlar istifadəyə verilməlidir. Bundan əlavə bizə yaxşı toxum lazımdır. Bundan əlavə hesab edirəm ki, kənd təsərrüfatını inkişaf etdirmək üçün əsas meyarlardan biri də məhsuldarlığın artırılmasıdır. Məsələn, Almaniyada bir inək ildə 10-12 min litr süd verir, ABŞ-da isə bu 30 min litrə bərabərdir. Bizdə isə ən yaxşı halda 4-5 min litrdir. Biz daha çox məhsuldarlığın artırılması üçün çalışmalıyıq. Məhsul nə qədər çox olarsa, bazarda qiymətlər aşağı düşər.

Bunun üçün elə etmək lazımdır ki, məhsul kəndlinin əlində qalmasın. Kəndli məhsulunu sata bilmirsə, o növbəti dəfə bunu əkmir. Kənd təsərrüfatı sahəsində inhisarçılıq tam olaraq aradan qaldırılmalıdır. “Sən filan məhsulu əkə bilməzsən” kimi qadağalar aradan qaldırılmalıdır. 

Hesab edirəm ki, tədarükçü qurumu yaratmaq lazımdır. Kəndli istehsal etdiyi məhsulu rahatlıqla satmalıdır. 



- Azərbaycanda kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün hansı ölkələrin təcrübəsindən istifadə etmək olar?

-Avopada ən yüksək keyfiyyətli məhsullar Almaniyada, Avstriya, Hollandiya, Fransa yetişdirilir. Bu ölkələrdə kənd təsərrüfatı çox yüksək səviyyədədir. Hesab edirəm ki, bu ölkələrin təcrübəsi bizim üçün faydalı ola bilər.

- Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yarmarkalar keçirilir. Sakinlərin qiymətlərin baha olmasından, fermerlər isə onlara yaradılan maneələrdən şikayətlənirlər. Bunu aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

-Bu çox önəmli məsələdir. Hesab edirəm ki, Bakıda “Təzə bazar”ı şərq üslubuna uyğun olaraq yenidən qurub saxlamaqla qalan bazarları ləğv etmək lazımdır. Onların yerində marketlər tikilməlidir. Xaricdə supermarektlərin birinci mərtəbəsində kənd təsərrüfatı məhsulları satırlar. Həmin yer daha təmiz olur, bütün avadanlıqlarla təmin olunur və məhsul da təzə qalır. 

- Siz Avropa ölkələrini nümunə çəkdiniz. Bizdə tendensiya tam fərqlidir. Nədənsə, kəndlilər daha çox şəhər həyatına meyl edir. Bu isə kənd təsərrüfatının inkişafına öz təsirini göstərir. 



- Doğrudur, bizim ən böyük problemlərimizdən biri də budur. Hesab edirəm ki, kəndlidə kənd həyatına maraq oyatmaq lazımdır ki, o, şəhərə qaçmasın. Burada həm maddi, həm də mənəvi maraqdan söhbət gedir. İnsanlar Bakıda işləmək, pul qazanmaq üçün gəlirlər. Təbii ki, dövlət səviyyəsində bunun qarşısını almaq lazımdır. 

1969-cu ildə Heydər Əliyevin hakimyyətə gəlişindən sonra kənd təsərrüfatı inkişaf etməyə başladı. İnsanlarda kənd həyatına maraq yarandı, rayonların siması dəyişdi. Gənclərin çoxu şəhərdən öz rayonlarına qayıtdılar. Rayonlarda yeni iş yerləri açılsa, bu axının qarşısını almaq olar. Gənclər ailə qurmaq, pul qazanmaq istəyirlər. Bunun üçün onları işlə təmin etmək lazımdır. Biz şərait yaratmalıyıq ki, insanlar Bakıdan kəndlərinə qayıtsınlar.

- Eldar müəllim, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin yaz sessiyasında yenidən müzakirəyə çıxarılcağı gözlənilir. Hətta bəzi deputat həmkarlarının bu qanunun gecikdiyini bildirirlər. 

-Bunun gecikməsinin səbəbi bizdən asılı deyil. Aprel ayında bu qanun layihəsinin müzakirəsini nəzərdə tutmuşuq. Düşünürəm ki, aprel ayında qanun layihəsi II və III oxunuşda qəbul olunacaq. 

“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin üstünlükləri çoxdur. Burada torpaq sahələrinin birləşdirilməsindən söhbət gedir. 3-4 təsərrüfat birləşib yaxşı iş qursa, digərləri də onlara baxıb bu işə qoşulacaq. ABŞ-da 500-dən çox böyük kooperativ var ki, kənd təsərrüfatı məhsulunun 80 faizini onlar verirlər. Bu çox böyük rəqəmdir. Bizdə bununla bağlı pilot layihələr var. 

-Ölkədə kənd təsərrüfatının inkişafı üçün vətəndaşlara hansı güzəştlər etmək lazımdır?

-Bizdə məhsulun maya dəyəri baha başa gəlir. Bunu azaltmağa çalışmalıyıq. Kimsə kənd təsərrüfatı məhsulu əkirsə, dövlət ona işıq, qaz pulunda müəyyən qədər güzəşt etməlidir. Bu güzəştlər edilsə məhsulun maya dəyəri ucuz başa gələr. Sahibkar məhsul əkir ki, onu satıb pul qazansın. Ortada qazanc olmayandan sonra sahibkarın işə maraqı qalmır. Biz onlarda maraq yaratmalıyıq. 

- Nədənsə, biz daha çox xarici məhsul almağa can atırıq. İnsanlarda elə fikir formalaşıb ki, xarici məhsullar daha keyfiyyətli olur, nəinki yerli məhsullar. Təklif olunur ki, xaricdən gətirilən məhsulların vergisi artırılsın.

- “İstehlakçıların hüquqlarının qorunması haqqında” qanunda bu məsələ öz əksini tapıb. Belə ki, ölkəmizdə istehsalçı məhsul istehsal edirsə, xaricdən gələn həmin məhsula vergini artıq qoymaq lazımdır. Amma elə məhsullar var ki, biz onu əkmirik onun vergisini qaldırmağa ehtiyac yoxdur. Ölkəmizdə istehsal olunan məhsuldan xaricdən də gətirilirsə, ona bir qədər vergini artırmaq olar. 



-Məsələn ,xaricdən gətirilən kartif yerli kartofun qiymətindən ucuz olur...

-Bu, məhsulun maya dəyərindən asılıdır. Qiymət məhsula çəkilən xərcə görə dəyişir. Ola bilsin ki, kəndli çox xərc çəkir, ona görə də baha satır. Qeyd edim ki, kənd təsərrüfatı az gəlirli sahədir, amma daimidir. Şərait yaratmaq lazımdır ki, insan torpağa bağlı olsun. Gəliri az olsa da, daimi olsun. 

-Eldar müəllim, necə düşünürsüz yaxın bir neçə il ərzində ölkəmizi kənd təsərrüfatı məhsulları ilə tam təmin edə biləcəyikmi?

-Hesab edirəm ki, yaxın 10 il ərzində kənd təsərrüfatı məhsullarının əksəriyyəti ilə özümüzü təmin edə və məhsuldarlığı artıra bilərik. İdxaldan ixraca keçməklə ölkəyə valyuta gətirilməsinə nail ola bilərik. Qarşıya qoyulan planlara uyğun olaraq buna nail olmaq olar. İqtisadiyyat Nazirliyi və Sahibkarlığa Kömək Milli Fondu qarşılıqlı olaraq bu istiqamətdə işləməlidir. Sahibkarlarda maraq yaratmaq lazımdır və elə etmək lazımdır ki, insanlar istehsal etdikləri məhsuldan gəlir əldə edə bilsinlər. Bu çox vacib məsələdir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024