Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (23-02-2016, 13:15)
"Bizdə siyasi məhbus yoxdur" - Rəşad Məcid

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiq edilib. Tərkibə “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcid də daxildir.

Mediatv.az xəbər verir ki, “Yeni Müsavat”a müsahibəsində R.Məcid yeni vəzifəsindən, burada görəcəyi işlərdən danışıb. 



- Rəşad bəy, son illər sözügedən qurumla bağlı cəmiyyətdə inamsızlıq var. 

- Mən Əfv Komissiyasına hər hansı inamsızlıq hiss etməmişəm. 

- Bunun daha çox formal qurum olması, əfv siyahısının isə birinci şəxsin iradəsi ilə hazırlanması barədə rəylər var...

- Mən bunun belə olduğunu düşünmürəm. Özüm 10 il boyunca Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunmuşam. İndi də mənə bu komissiyanı təklif ediblər. İclaslarında da iştirak etməmişəm, bilmirəm. Ona görə də geniş danışmaq imkanım yoxdur. 

Sadəcə, onu demək istəyirəm ki, cəmiyyətdə bu əfv məsələsinə həssaslıq, eləcə də ayrı-ayrı insanların gözləntiləri var. Xüsusən də ictimaiyyətdə tanınan adamların əfvi ilə bağlı. Mən hələ komissiyanın işində, iclaslarında iştirak etməmişəm. İndiki halda ancaq elə hesab edirəm ki, bu, böyük məsuliyyətdir, mənə göstərilən etimaddır. Mən onları doğrultmağa çalışacağam. 

- İndiki halda nəyi araşdırırsız? Komissiyanın yeni üzvü olaraq...

- Hələ ki heç nəyi. Sərəncamdan iki gün keçib. Yəqin ki, dəvət olacaq, iclasda iştirak edəcəyik. İndi bu istiqamətdə heç nə etmirəm. Bir neçə millət vəkili mənə yaxınlaşıb. Yarızarafat mənə deyiblər ki, bundan sonra bizə əfv məsələləri ilə bağlı ünvanlanan müraciətləri sənə yollayacağıq. Amma qərar yeni verilib. Mənim danışmağa hər hansı faktım, sözüm, fikrim yoxdur. 

- Rəşad bəy, ölkədəki siyasi məhbusların sayı ilə bağlı məlumatınız varmı? Onların niyə tutulması, cəza müddəti... Hər halda, baş redaktorsunuz və yəqin ki, bunlar diqqətinizdən qaçmayıb. 

- Mən hesab etmirəm ki, ölkədə siyasi məhbus var. Jurnalist, redaktor kimi ayrı-ayrı ictimai fəallar, onların həbsi ilə bağlı məlumatım var. Amma komissiyanın üzvü kimi bu məsələ ilə dərindən maraqlanmalıyam. Kənardan müşahidəçilərə çox şey fərqli görünə bilər. Amma işin içinə girəndən, konkret faktlar, sübutlarla tanış olandan sonra başqa şərait olduğu görünür. Ona görə də indi hər hansı bir şərh verə bilmərəm. 

- Rəylərdən biri də budur ki, bu günə qədər Rəşad Məcid heç öz məhbus həmkarlarının müdafiəsində görünmədiyi üçün onun Əfv Komissiyasında təmsilçiliyi də vizual xarakter daşıyacaq. 

- Vallah, siz mənə qınayanları deyirsiz. Amma mən elə qınayanları eşitməmişəm. Mən ancaq təbriklər, müsbət, xoş sözlər eşitmişəm. Ola bilər ki, kiminsə şəxsi incikliyi var, daha çox umub, gözləyib, amma olmayıb. Buna görə də məndən incikdir. Bunu da, təbii, başa düşürəm. Hamıya qarşı yaxşı olmaq, hamının sevgisini qazanmaq mümkün deyil. Bütün hallarda əks münasibətdə olanlar olacaq. 

- Misal olaraq, mən illərlə həbsdə olmuş baş redaktor Əvəz Zeynallını nəzərdə tuturdum...

- Elə mən də onu nəzərdə tuturdum. Əvəz uzun illər “525-ci qəzet”lə yanaşı ofisdə çalışıb, bəzi texniki məsələlərdə ona kömək də etmişəm. Amma Mətbuat Şurasına onunla bağlı şikayətlər, daha sonra onun həbsi məsələsi baş verib. Ola bilsin ki, o, bizim onu daha çox müdafiə etməyimizi gözləyirdi. Amma bizdən soyuqqanlı münasibət gördüyü üçün elə fikirdədir. Yenə də deyirəm ki, hamının razı qalması mümkün deyil. Hər halda, mən də, cəmiyyətin xeyli hissəsi də məni ədalətli adam hesab edir. 

- Hər halda, jurnalistləri müdafiə komitəsində olmamısız... Sizi orda görməmişik.

- Vaxtilə Azərbaycanda mətbuata qarşı təzyiqlər olanda, Redaktorlar Birliyində təbii ki, iştirak etmişik. 

- Bəs nə zamandan müdafiədə olmamısız? 

- Son zamanlar əlbəttə ki, Mətbuat Şurası, jurnalist qurumları var. Hansısa məsələyə münasibət bildirəndə bu xətlərlə bildirmişik. 

- Bəs fərdi münasibət? 

- Fərdi olanda da ölkə üçün hər hansı ciddi problem yaradan məqamları görəndə fikrimi bildirmişəm. 

- Mətbuat Şurası, Yazıçılar Birliyi, “525-ci qəzet”... İşlərinizin siyahısı bir qədər geniş idi, daha biri əlavə olundu. Bunların hamısının öhdəsindən gələ biləcəksiz? 

- Əlbəttə. Hesab edirəm ki, hamısının öhdəsindən yüksək səviyyədə, layiqincə gəlirəm. Mənim elə Yazıçılar Birliyinə, “525-ci qəzet”ə gəlməyimlə bağlı işlər elə qurulub ki, orda çox qısa müddət ərzində camaatın həftələrlə həll etmədiyi problemləri həll edirəm. Görünür ki, məhz bu fəaliyyəti də qiymətləndirib, belə bir komissiyaya salıblar. 

- Sizin gəlişiniz Əfv Komissiyasında nəyi dəyişə bilər? 

- Jurnalist və yazıçılardan Elmira Axundova və mən orda təmsil olunuruq. Əvvəlki Əfv Komissiyası üzvləri arasında Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, Ağamusa Axundov vardı. İndiki heyətdə də mənə və Elmira xanıma etimad göstəriblər. Hesab edirəm ki, bu, bizim jurnalistika və ədəbiyyat sahəsində göstərdiyimiz xidmətin, cəmiyyətdə qazandığımız etimadın göstəricisidir. Bu günə qədər ictimaiyyətdə öz sözümüzü necə demişiksə, Əfv Komissiyasında da münasibət bildirəcəyik. 

- Bu günə qədər sözügedən qurumun fəaliyyətində sizi qane etməyən hansı detallar vardı ki, öz fəaliyyətinizdə onu aradan qaldıracaqsız? 

- İctimaiyyət əfv məsələsinə olduqca həssas yanaşır. Hər dəfə sıravi vətəndaşlar, həm də ictimai fəal insanlar siyahıda konkret hansısa adların olmasını gözləyirlər. İndi mən deyə bilmərəm ki, biz orda konkret hansı addımları atacağıq. Hələlik ilk tanışlıq lazımdır, prosesləri öyrənmək, faktlarla tanış olmaq lazımdır. Bunlar zaman işidir. 

- Yəqin ki, Rəşad Məcidi orda sıradan bir fiqur olaraq görməyəcəyik... 

- Əgər siz məni elə fərqli görmək istəyirsizsə, güman edirəm ki, sizin bu arzularınızı yerinə yetirərəm. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024