Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (4-12-2015, 12:52)
Hafiz Məmmədov: “Belə pulları varsa, 14 milyonumuzu ödəsinlər də”

8db6aa93-0c1e-4ad1-9d4c-3c6532193280

Mediatv.az xəbər verir ki, dünən 51 yaşını qeyd edən “Bakı”nın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, “Lans”ın sahibi Hafiz Məmmədovun futbolxeber.az saytına verdiyi müsahibəni ixtisarla təqdim edirik.

- Son 2 il ərzində həm “Bakı”, həm də Hafiz Məmmədovla bağlı çox yazıldı. Baş verənlərə özünüz necə aydınlıq gətirərdiniz?

Müəyyən problemlər oldu. Bunu danmaq olmaz. Amma biz 20 ay dözdük. Zaman göstərdi ki, baş verən problemlər bizlik deyil. Camaatın duası bizə çox kömək oldu. Bəziləri bizim haqqımızda “yaxşı adamdılar, amma həyatdı da, biznesdə səhv ediblər” deyirdilər. Halbuki biz biznesdə heç bir səhvə yol verməmişdik. Burada söhbət məndən getmir. Olmasın Hafiz Məmmədov, olsun bir başqası. Əgər hansısa azərbaycanlı xarici layihə həyata keçirirsə, ona dəstək olmaq lazımdı. Amma bəzi insanlar mənə problem yaratdı.

- Bütün çətinliklər nədən irəli gəlirdi?

– Azərbaycanda Premyer Liqada yarışan 3 klubun bizə 300 milyona yaxın borcu var. Onların adlarını çəkmirəm. Onsuz da çoxları söhbətin kimlərdən getdiyini bilir. Bu borc futbola görə yox, biznesə görədi. Əvvəl bu haqda danışmaq istəmirdim, susurdum. Sonra dedim qoy, bu haqsızlıqları insanlar görsünlər.

- Bu 2 il ərzində “Bakı”dan əl çəkmək fikrinə düşmüsüz?

– Hafiz Məmmədov heç bir işdən əlini çəkməyib. Belə klubdan əl çəkmək olar? Futbolu inkişaf etdirmək lazımdır. Axıra qədər nə lazımdırsa, edəcəyik. Sadəcə, son 20 ay ərzində mənə çox pis təsir edən müəyyən hadisələr baş verdi.

- Nəyi nəzərdə tutursuz?

– Namiq Ələsgərovun getməsi mənə çox pis təsir etdi. O klubun öz yetirməsi, çox bacarıqlı futbolçu idi. 5 minə görə komandadan oyunçu gedər? Defolt ola-ola, 12 biznesim fəaliyyətini davam etdirirdi. Ordan gələn gündəlik pulla Namiqin problemini həll etmək olardı. Bir nəfər qayıtdı ki, “Bakı” heç su pulunu ödəyə bilmir. Bu, artıq təxribat idi. Yaxın adamlarımdan bəziləri belə düşünürdü ki, Hafiz Məmmədovun nəsə problemi var. Ürəyim partlayırdı. Ancaq baş verənlər bizim üçün məktəb idi. Yaşananlar insanı dəyişir. 20 ay pulsuz oturduq. Bu müddətdə nə xaricilər bizdən üz döndərdi, nə də yaxın dostlarımız. Biznes strukturlarında da dəstəkləyənlər oldu. Biz sadəcə alacaqlarımızın arxasınca düşmüşdük. Heç kimdən borc almadıq. Bu mənim xarakterimdə yoxdu. Söhbət tək klubda deyil. Ətrafımızda 4 mindən artıq adam işləyir.

- Tək Namiq yox, 10-dan çox futbolçu “Bakı”dan getdi…

– Klubdan bir adam gəlib mənə desəydi ki, Namiq Ələsgərov gedir, 5 min ver. Verməyəcəkdim? Digər klublardan da oyunçularımıza qarmaq atırdılar. Ayıbdı. Hamısını geri qaytaracağam. Kim halallıqla gedibsə, mütləq “Bakı”ya qayıdacaq. Özü də elə-belə yox. Ən yaxşı şəraiti yaradacağıq və özləri də geri dönməkdə maraqlı olacaqlar.

- “Lans”a olan borc tam ödənilibmi və siz bu gün də klubun rəhbəri olaraq qalırsız?

– “Lans”ın rəhbəri bizik. Keçən dəfə fransızlar mənə deyir ki, danışmalısan, çünki burada insanlar narahatdı. Məsələ belə idi ki, 3 dəfə “Lans”a pul verilməliydi. 2 ödəniş oldu. Lakin sonuncu ödəmə gecikdi. “Lans”la bağlı da planlarımız çoxdu. Bu klub gələcəkdə maddi baxımdan heç bir sıxıntı yaşamayacaq. Belə bir planım da var ki, klub səhmlərinin 1-2 faizini havayı olaraq azarkeşlərə verək. Bunu qubernator da mənə məsələhət görüb. “Lans”dakılar Azərbaycana hörmətlə yanaşırlar. Çünki biz gələnə kimi heç kim kluba yaxın durmurdu. Hazırda “Lans”ın büdcəsində 5 milyon çatışmır. Həmin məbləğin yarısını yanvarın sonuna qədər ödəməliyik.

“Lans”ın stadionunda yenidənqurma işləri artıq başa çatıb. Qubertanor kluba 72 milyon avro vəsait xərclədi. “Lans” tarixi olan, azarkeşlərin nəfəs aldığı klubdur. Bu klubla bağlı layihələrimiz Azərbaycan futbolunun inkişafına xidmət edəcək.

- Çətin gündə “Bakı”nı atıb gedənlər də oldu, komandaya sadiqlik nümayiş etdirənlər də. Klubun icraçı direktoru Yaşar Seyidov da klubdadır. Halbuki bir ara Seyidovun da istefası ilə bağlı xəbərlər çıxmışdı. Həqiqətənmi Yaşar bəy komandadan gedə bilərdi?

– “Bakı”nı istəyənlər bu gün də klubdadılar. Yaşar Seyidov həqiqətən də bir ara klubdan getmək istəyirdi. Amma Seyidovu heç yana buraxan deyildim. Sadəcə tapşırmışdım ki, heç kimlə danışmasınlar. Bu 20 ay ərzində çox şey gördük. Futbolçu ilə bağlı bir problem çıxanda Yaşar Seyidov mənə telefonda bir mesaj göstərdi. Adını çəkmək istəmədiyim bir klub rəsmisi yazıb ki, 10 min də sənə verərik. Belə çıxır ki, bu pulu al, sus. Bu təkcə Seyidova yox, birbaşa “Bakı”ya da hörmətsizlikdi. Bizə 10 min verirlər. Halbuki özlərinin borcu 14 milyondu. Belə pulları varsa, 14 milyonumuzu ödəsinlər də.

- Bir ara mətbuatda İcraiyyə Komitəsindən gedəcəyinizlə də bağlı xəbər çıxmışdı…

– Niyə ki? Kimsə məni komitədən çıxarmaq istəyir? Əmin olun, Hafiz Məmmədov heç yana getmir, futboldadı. Bəli, müəyyən çətinliklər var idi. Amma baş verən siyasi hadisələr də göstərdi ki, əslində biz heç bir sıxıntı yaşamamalıydıq. Nə “Bakı”nın, nə “Baghlan Group”un, nə də Hafiz Məmmədovun heç bir problemi olmayıb, indi də yoxdu. Bu gün “Bakı”nın vəziyyəti Premyer Liqada yarışan klubların əksərindən yaxşıdı. “Bakı” elə-belə qala bilməz. Komanda sadəcə tətilə çıxmışdı.

- Sonuncu dəfə mətbuata martda, 9 ay əvvəl müsahibə vermişdiniz. Həmin vaxt “Palmali” şirkəti ilə aranızdakı pul məsələsini qeyd etmişdiz. Geridə qalan müddətdə həmin məsələ həll olunub?

– Mətbuatda yazılır ki, Mübariz Mənsimovun problemi var. Mən bu xəbərə çox pis oluram. Mübariz kimi oğullar ölkəmizə lazımdır. Onun şirkətində çoxlu sayda azərbaycanlı çalışır. Nə qədər adam ailəsini bu şirkətdən qazandığı pulla saxlayır. Heç vaxt istəmərəm ki, bu insanın problemi olsun. Təəssüf ki, “Xəzər Lənkəran”a sponsorluq edən “Palmali” şirkəti ilə məsələmiz açıq qalıb. Əlimizlə pul vermişik. Amma 9 ayda bir dəfə də zəng vurmadılar. Otellərinə qədər gedib çıxdıq. Lakin yenə də reaksiya verilməlidi. Siz yol göstərin, mən nə edim? Konkret olaraq, öhdəliklərini yerinə yetirmək istəmirlər. Axırda məcbur olub, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Bu gün Premyer Liqada yarışan 3 klubun sponsorlarının “Bakı”ya ümumilikdə 300 milyon borcu var. “Xəzər Lənkəran”ı dedik. Digər bizə borclu olan klub “Inter”di. Üçüncü klubun adını isə hələlik açıqlamaq istəmirəm.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024