Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (11-03-2015, 13:15)
Hafiz Məmmədov Mübariz Mənsimova təyyarə üçün beh veribmiş

İki iş adamının borc məsələsinə dair yeni təfərrüatlar

 

Nəqliyyat naziri Ziya Məmmədovun keçmiş biznes ortağı, “Baglan group” şirkətinin prezidenti, “Hafka” kimi tanınan Hafiz Məmmədovun Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovdan borcunu istəməsi ortalığı əməllicə qarışdırıb.
 Xatırladaq ki, uzun müddətdir media ilə təmasdan qaçan H.Məmmədov ötən həftəsonu AFFA-nın İcraiyyə Komitəsinin iclasında görünüb və sensasion sayıla biləcək açıqlamalar verib. 
O, jurnalistlərə deyib ki, Mübariz Mənsimovun  “Palmali” şirkəti onun rəhbəri olduğu “Baghlan group”a olan borcunu qaytarmır. “Biz ”Lans" klubuna pul ödəməliyik. Bu olmasa, sabah klubun oyunçuları, azarkeşləri arasında ciddi narazılıq yarana bilər. Onlar təcili olaraq bizə olan borcunu qaytarmalıdır. Əks halda, bunun yaxşı nəticələri olmaya bilər" deyə, müflisləşmiş iş adamı bildirib. 
H. Məmmədov Türkiyənin ən varlı iş adamlarından olan Mübariz Mənsimovun şirkətinin ona necə borclandığının təfərrüatlarını açıqlamayıb. Məhz bu borc məsələsi də müxtəlif iddialara səbəb olub. 
Əvvəl güman edilirdi ki, söhbət “Baghlan group”un da məşğul olduğu neft daşımalarından yığılan borcdan gedir. Məlumdur ki, Mübariz Mənsimovun biznesinin əsasını neft daşımaçılığı təşkil edir. “Palmali” Şirkətlər Qrupuna aid  dənizçilik şirkəti təxminən 1,5 milyard dollarlıq varidata malikdir. Belə bir vəziyyətdə M.Mənsimovun “Hafka”ya borclanması həqiqətən də maraqlı görünürdü. Ehtimallara görə, “Hafka” M. Mənsimovdan bir neçə milyon borcunu istəyir. Maraqlıdır ki, Türkiyədə yaşayan iş adamı hələ də bu məsələyə aydınlıq gətirməyib.
Belə təsəvvür yaranır ki, nəinki H.Məmmədov, artıq Mübariz Mənsimov da ciddi maliyyə çətinlikləri ilə üzləşib. Çünki bir neçə həftə əvvəl xarici KİV-lər M.Mənsimova məxsus gəmilərə həbs qoyulması haqda xəbərlər yaymışdılar. Daha bir iddia isə ondan ibarətdir ki, “Hafka”  8 milyon dollarlıq borcdan danışır. Bir sıra mənbələrin iddiasına görə, bu borc “Hafka” özəl təyyarəsini - “Falcon” tipli reaktiv biznes-jetini M.Mənsomova satdığı üçün yaranıb.  
Bağlanmış müqaviləyə əsasən, M.Mənsimov H.Məmmədovun 5 milyon dollarlıq kreditini, üstəgəl bu kreditə olan 4 milyon dollar faiz borcunu bağlamalı imiş.
Ancaq “Palmali” prezidenti “Hafka”nın kredit borcunu hələ də bağlamadığından iş adamı da bu məsələni ictimailəşdirməyə məcbur olub. 
Qeyd edək ki, “Hafka”nı təyyarəsini satması barədə xəbərlər hələ ötən ilin yayında yayılmışdı. Məlumatlarda bildirilirdi ki, “Hafka”borclarını ödəmək üçün mülklərindən sonra təyyarəsini də satmaq qərarına gəlib. 
Amma M.Mənsimova yaxın olan bir sayt bu iddialar başqa cür aydınlıq gətirib. Komanda.az saytı H.Məmmədovun məlum açıqlamasına diqqət çəkərək bunları yazıb: “”Hafka" AFFA-nın  hesabat konfransından sonra verdiyi müsahibəsində adına yaraşmayan ifadələr işlədib. Məsələn, “Palmali” Şirkətlər Qrupunun ona uzun müddəti böyük məbləğdə borcu olduğunu, həmin pulla “Bakı” və “Lans”ın problemlərini yoluna qoya biləcəyini söyləyib. “Onlar bizdən böyük məbləğdə pul götürüblər, indi də qaytarılmasını istəyirik” deyir Məmmədov. Əslində beh olub, amma borc kimi qələmə verdiyiniz məsələni ictimailəşdirmək nə qədər düzgündü? İki iş adamı aralarındakı münasibəti, alış-verişi bu şəkildə gündəmə daşımamalıdır. Mübariz Mənsimovdan alacağını aləmə bəyan etmək Hafiz Məmmədova yaraşmır. Özünüz də tacir adamsız, behin nə demək olduğunu gözəl bilirsiniz. Borc - ağız açılaraq alınan, beh - nəyisə almaq üçün öncədən ödənilən puldu. Yəni sizin işlətdiyiniz “pul götürüblər” kəlməsi mövcud məsələ üçün uyğun ifadə deyil. Behini verib, gerisini ödəyə bilmədiyiniz təyyarə sizi gözləyir..." deyə, sayt ironiya ilə yazır. Belə anlaşılır ki, əslində M.Mənsimov yox, “Hafka” ondan təyyarə almaq istəyirmiş və bu məqsədlə də Türkiyədə yaşayan biznesmenə beh verib. İndi isə borcunu yox, behini geri istəyir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024