Region (19-10-2015, 12:39)
Hacı Şahin: “Məhərrəmlikdə şadlıq mərasimlərinin qeyd olunması qadağan edilmir”
Oktyabrın 15-dən etibarən Məhərrəmlik ayı başlayıb. Oktyabrın 24-də isə Aşura mərasimləri olacaq.Aşurada zəncir vuraraq qan çıxartmaq, baş yarmaq bu kimi görüntülərlə qarşılaşırıq.
Bəs bu, savabdı yoxsa gunah?
Mediatv.az-ın məlumatına görə, Modern.az bu və digər suallara cavab tapmaq üçün “Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənliyə müraciət edib.
- Aşura mərasiminin bu gün də qalması hansı zərurətdən doğur?
- Məhərrəmllik ayında Kərbəlada peyğəmbərin nəvəsi İmam Hüseyni və onun dəstəsini qətlə yetiriblər və bu hadisə tarixin gedişatını deyişən hadisədir. Kərbəlada Aşura günü ilahi dəyərlərlə şeytani dəyərlər qarşılaşır, kiçik bir dəstə böyük bir orduya mənəvi baxımdan qalib gəlir. Bu kiçik orduda döyüşənlər haqq üçün vuruşurlar və tarixdə silinməz iz qoyurlar. Bu hadisə bunun üçün öz aktuallığını illərlə saxlayır və hər il də sanki yeni olmuş kimi qeyd edilir.
- Nə üçün Məhərrəmllik ayında toy etməkdən çəkinirlər?
- Bu ayda heç kəsə toy ve digər şadlıq mərasiminin qeyd olunması qadağan edilmir. İnsanlar imam Hüseynə, Kərbəla şəhidlərinə və şəhidlərə hörmət əlaməti olaraq ona yas saxlayır. Və özlərinə borc bilirlər ki, bu ayda şadlıq mərasimləri keçirməsinlər. Onu da qeyd edim ki, Kərbəla hadisəsi zamanla məhdudlaşan hadisə deyil. Kərbəla şəhidləri bu hərakatı şəxsi mənafeyi üçün etmədilər. Allah rizası üçün etdilər.
- Aşura mərasimində nə üçün zəncir vurma və bu kimi halların qarşısı alınmır?
- Əzadarların zəncir vurmaması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə xəbardarlıq edib və insanları bundan yavaş-yavaş çəkindiririk. Amma bu o qədər də effektiv nəticə vermir. Çünki bu zamanla həll olan bir məsələdir və bu mövzuda xalqı marifləndirmək, radikal şəkildə əzadarlıq edənləri bu hərəkətlərindən çəkindirmək lazımdır.
Bizdə artıq klassik əzadarlıq ənənələri mövcuddur. Əvvəllər baş yarmaq, zəncir vurmaq kimi hallar olurdusa artıq yeni -sinə vurmaq və mərsiyə deyərək əzadarlıq edilir. Baş yarmaq, qan çıxartmaq