Region (28-01-2025, 13:20)
Lənkəranda insident iştirakçıları olan qazilərin iddialarına qarşı tərəfdən cavab
Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən “Ceyranbulaq” restoranında 6 nəfər Qarabağ qazisi ilə restoran işçiləri arasında yaranmış insident hazırda məhkəmədə araşdırılır. Xatırladaq ki, hadisə barədə “Mediatv.az” saytına məlumat verən Vətən müharibəsi əlilləri Murad Rəhimov və Nurlan Nəcəfli döyüldüklərini, müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirildiklərini, bunları sübut edən sənədlər (həkim ekspert rəyi) çıxardıqlarını cəhd etdiyini bildirmişdilər.
Sonradan qazi Murad Rəhimov redaksiyamıza təkrar müraciət edərək bildirmişdi ki, Lənkaran rayon Polis şöbəsi tərəfindən ədalətli araşdırması başlanılmış işə prokurorlıuq obyektiv yanaşaraq, irəli sürdyü ittihamda restoran administratorunun 1 il 6 ay müddətinə həbs olunmasını və zərərçəkənlərə vurulmuş ziyanın qarşılığının ödənilməsini tələb edib.
Bu günlərdə isə restoran müdiriyyətində təmsil olunan Günay Hümbətova redaksiyamızla telefon əlaqəsi saxlayaraq, qarşı tərəf kimi mövqeyini bildirmək hüququnu xatırlatdı. Biz də redaksiya olaraq ona tribuna təklif etməyə hazır olduğumuzu bildirdik.
G.Hümbətovanın sözlərinə görə,tanımadığımız həmin 6 nəfər restorana gəlib otaqlardan birində əyləşiblər.Otaqların birində əyləşəndən sonra kabab sifariş ediblər. Kabab gələndən sonra isə çiy olduğundan şikayətləniblər. Restoranı mənimlə şərik işlədən Rəşad Həsənovu çağırtdırıblar. İddiaları əsassız olsa da, Rəşad onlara yenidən kabab hazırlaya biləcəyini təklif edib. Rəşad söhbət zamanı tək olduğundan, otaqdan çıxıb. Onun 6 nəfəri döyə biləcək gücü hardandır? Daha bir neçə dəqiqə sonra isə səs-küy qopub, stolu və üstündəki qab-qacağı aşıraraq söyüş söyə-söyə çıxıb gediblər.Ertəsi gün onlar da, biz də polisə getmişik. Narkoloji testdən keçirilmə təşəbbüsü polisdən gəlib. Özü də tək onlar deyil, biz də yoxlanılmışıq.
Günay Hümbətova vəkillərinin məhkəmədə qaldırdığı vəsatətin təmin olunmamasından narazıdır: “Vəsatət qaldırmışdıq ki, zərərçəkmiş kimi tanınan şəxslərin telefonlarının anten göstəriciləri əldə olunsun və açıqlansın. O zaman hər bir şey bəlli olacaqdır
P.S Biz hər iki tərəfin mövqeyini dərc etdik və kimin döğru,kiminin yalan olduğunu deyə bilmərik.İş Lənkaran rayon məhkəməsində araşdırılır.Məhkəmə işi yekunlaşmaq mərhələsindədir.İşə hüquqi qiyməti ədalət məhməməsi verəcək
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025