Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (30-09-2024, 16:46)
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram”

Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram”
Naxçıvan MR-da fəaliyyət göstərən bütün tibb müsəssisələrinin işçilərindən müddətli əmək müqaviləsi bağlamaları tələb olunur.

Ovqat.com-a bu barədə Naxçıvan MR Respublika Xəstəxanasının əməkdaşları məlumat verib.

Bildiridiyinə görə, xəstəxana rəhbərliyi onların “vatçap” nömrəsinə yazacaqları ərizənin surətini göndərib və mütləq eyni tərzdə ərizə yazmağı tələb edib. Tibb işçiləri soruşurlar: “Naxçıvan MR xəstəxanasında hər kəsə zorla ərizə yazdırılır, müddətsiz əmək müqaviləmizdən imtina edib müddətli əmək müqaviləsinə keçməyinizi tələb edirlər. Sizcə bunu tələb etməyə huquqları çatırmı? Yəni, həmin ərizəni yazmasaq, bizi işdən çıxara bilərlərmi? Ən əsası, bizdən niyə bunu tələb edirlər, məqsəd və məramları nədir?”.

Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram”

Şəkildə: Naxçıvan həkimlərinə göndərilən nümunə

Vətəndaşların şikayətini Naxçıvan MT Tibb Müəssisələri İctimai Birliyinin (TMİB) sədri Vüsal Məmmədova göndərib tibb işçilərinin sualına onun cavab verməsini istədik. Nə yazıq ki, Vüsal Məmmədov artıq 2 gündür təkrarlanan sualımıza cavab vermədi. Biz də şikayətçilərin sualını bir neçə hüquqşünasa ünvanladıq. Aldığımız cavab isə heyrətamiz idi.

Adının açıqlanmasını istəməyən hüquqşünaslardan biri işçilərdən müddətsiz əmək müqaviləsindən müddətli əmək müqaviləsinə keçməyi tələb etməyin qanunsuz olduğunu bildirdi. Onun sözlərinə görə, bu barədə Əmək Məcəlləsində konkret müddəalar var: “Əmək Məcəlləsinin 45-ci maddəsində deyilir:

Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”.

Həmsöhbətimizin fikrincə, Əmək Məcəlləsinin bu müddəaları Naxçıvan xəstəxanalarının rəhbərliyinin öz işçilərindən müddətli əmək müqaviləsi bağlamasını tələb etməyə icazə vermir: “Üstəlik, həmin işçilər 5 ildən artıqdır ki, həmin xəstəxanada işləyirlərsə, avtomatik olaraq müddətli əmək müqaviləsi bağlamış sayılırlar. Müddətli əmək müqaviləsi yalnız yeni işə qəbul olunanlara və ya istisnai hallara şamil edilə bilər. Həmin hallar isə Məcəllənin 47-ci Maddəsində belə göstərilir:

a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zərurəti olduqda;
b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işləri aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;
d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;
e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;
h) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Göründüyü kimi, müddətli əmək müqaviləsinin bağlanması işin daimi xarakter daşımadığı hallarda tərəflərin qarşlıqlı razılığı əsasında mümkündür. Əgər işin daimi xarakter daşıyır və bu, əvvəlcədən bilinirsə, müqavilə müddətsiz bağlanmalıdır. Təcrübədə bəzən müəssisələrin işçilərlə bir, üç ay müddətinə müqavilə bağlanılması hallarına rast gəlinir. Belə işçilərin yerinə yetirdikləri işlər əksər vaxtlarda müddətli əmək müqaviləsinin bağlanmasına zəmin yaratmır. Müstəsna hallar xaricində işçi ilə bir aylıq, bir illik və.s. kimi qısa müddətə müddətli əmək müqaviləsinin bağlanması işçinin bir çox hüquqlarının pozulmasıdır. Səlahiyyətli şəxslər adətən öz qanunsuz əməllərini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini əsas gətirərək tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslandırır, onların qarşılıqlı razılığı ilə qısa müddətə əmək müqaviləsinin bağlandığını bildirirlər. Əlbəttə ki, heç bir işçi bir aylıq əmək müqaviləsi bağlanılmasına razı olmur. Çünki hər kəs karyera sabitliyi və maliyyə dayanıqlığı arzusundadır. Odur ki, belə arqumentlər haqlı görünmür. Konkret halda Naxçıvan tibb işçilərinin vəziyyətinə gəlincə, dediyiniz kimi, əgər onlar sizə şikayət ediblərsə, deməli, müddətli işləməklə razılaşmayıblar və uzun müddətdir ki, həmin idarədə işləyirlər. Belə olan halda heç kim onları zorla müddətli əmək müqaviləsi bağlamağa məcbur edə bilməz”.

Bəs, niyə o zaman həmin şəxslərdən müddətli əmək müqaviləsi tələb olunur?

Hüquqşünasın bildirdiyinə görə, burda çox məqsəd ola bilər: “Əvvəla, belə görünür ki, iş sahibi işçilərini işdən çıxarmaqla hədələmək və beləcə özündən asılı vəziyyətə gətirmək üçün bu qanunsuz tələbi irəli sürür. İkinci bir amil də daha bədniyyətli ola bilər. Təcrübələrdə bəzən idarə müdirləri işçilərinin yerini daha rahat hərraca çıxarmaq üçün bu ədalətsizliyə əl atırlar. Naxçıvandakı vəziyyətlə tanış olmadığımdan səlahiyətlilərin əsl mətləbi barədə hər hansı fikir söyləməyə çətinlik çəkirəm. Bütün hallarda mən qanunsuz tələblərlə qarşılaşan işçilərə bu ərizəni yazmamağı məsləhət görərdim”.

Sonda onu da bildirək ki, Naxçıvanda son zamanlar təkcə xəstəxanalarda yox, digər müəssisələrdə də eyni qaydalar hökm sürür. Görünür, yerli hökumət qurumları işçilərinə müddətli əmək müqaviləsi bağlatdırmaqla iş yerlərini həqiqətən də hərraca çıxarmaq niyyətindədir. Fikrimizcə, uzun müddət öz vəzifəsində saç-saqqal ağartmış işçiləri bu cür qanunsuz yollarla çək-çevirə salmağın başqa izahı yoxdur.

Söhbət Naxçıvanda qurulan “yeni hərrac bazarı”ndan düşmüşkən rəhmətlik Mirzə Ələkbər Sabiri yad etməmək mümkün deyil:

“Ay alan, vəzifeyi-tibb satıram,
Ağ xələtli həkimə yepyekə bir cib satıram”

P.S. Naxçıvan TBİM-dən bu şikayətlə bağlı rəsmi açıqlama gözləyirik.

Ovqat.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024