Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (Bu gün, 11:10)
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –Qohumbazlıq, layihə maxinasiyaları, imtahan saxtakarlığı...

 İmtahanlara tam nəzarət məhz Vasif Həsənovun əlindədir və tələbələr tərəfindən verilən məlumatlara görə, müəyyən ödəniş qarşılığında nəticələr dəyişdirilə bilir. Bu, nəinki universitetin nüfuzunu məhv edir, həm də Gəncə Dövlət Universitetinin diplomunun etibarlılığına ölümcül zərbə vurur
Gəncə Dövlət Universitetində baş verənlər araşdırılmalı, məsul şəxslər barəsində ölçü götürülməli, universitet yenidən şəffaf və ədalətli idarəçiliyə qovuşmalıdır.         
Bu iddialar Gəncə Dövlət Universiteti ilə bağlı Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır. Biz bu və digər iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, müəyyən ixtisar və düzəlişlərlə müraciəti dərc edirik:  
Biz, Gəncə Dövlət Universitetinin çoxsaylı əməkdaşları olaraq, illərdir ki, bu ali təhsil ocağında dərinləşən özbaşınalıqlar, qeyri-şəffaf idarəçilik, qohumbazlıq, layihə maxinasiyaları, imtahan saxtakarlıqları və universitetin nüfuzunu yerlə bir edən şəxsi maraq şəbəkəsi barədə səsimizi qaldırırıq. Ancaq nədənsə heç bir tədbir görülmür. Bu gün universitet elə bir vəziyyətə düşüb ki, artıq susmaq həm mənəvi cinayətdir, həm də universitetin gələcəyinə xəyanətdir.
Kollektivin sarsıdıcı narazılığı bir məsələ üzərində cəmləşir: Universitet rəhbərliyi faktiki olaraq öz iradəsini itirib, idarəçilik isə uzun müddətdir ki, qeyri-rəsmi şəkildə bir nəfərin - Vasif  Həsənov adlı şəxsin əlinə keçib. Bu şəxs  universitetdə özünə qruplaşma belə düzəltməyə nail olub. Rektoru isə əlində bir növ oyuncağa çevirib. Vasif Həsənov rektorun ən zəif nöqtələrini bildiyi üçün artıq bütün qərarları özü verir, rektor isə bunun qarşısında tam aciz qalıb. Gəncə Dövlət Universitetində kimin maaşı artırılacaq, kim hansı vəzifəyə gətiriləcək, hansı müəllim imtahanda sualları yoxlayacaq, hansı müəllim kənara atılacaq - hamısı Vasif Həsənovun diktəsi ilə həll olunur.
Bu şəxsin keçmişi, mənşəyi və etnik kimliyi ətrafında dolaşan qalmaqallar isə kollektivdə daha da böyük narazılıq və təlatüm yaradıb. Cəmiyyətin həssas olduğu məsələlərə toxunan belə məlumatların ortaya çıxması onsuz da mənəvi olaraq çökmüş mühiti daha da ağırlaşdırır. Akademik mühitdə baş verən problemlərin etnik mövzularla gündəmə gəlməsi qəbulolunmazdır və bu faktın özü belə universitet rəhbərliyinin nə dərəcədə məsuliyyətsiz şəkildə kadr seçdiyini göstərən acı nümunədir.
Vasif  Həsənov isə … əsillidir, onun … əsilli olması universitet daxilində ciddi narahatlıq doğurur. Gəncəyə raket zərbələri zamanı dağıntılar altından  çıxarılıb xəstəxanaya aparılan Karina Qriqoryan Vasif  Həsənovun yaxın qohumudur. Lingə baxın.
https://www.youtube.com/watch?v=HNBawiG_rUo
Hətta bunula bağlı  Gəncədə bir lətifə yaranmışdı. Deyirdilər ki, bu qadın bu soyadla Gəncədə  bu qədər yaşaya bilməzdi. Yəqin ermənilər Gəncəyə raket atanda bu qadını elə raketə bağlayıb Gəncəyə atıblar. Vasif  Həsənovun … qohumluğu və vaxtaşırı olaraq Fransada … dayıları ilə vaxtaşırı görüşməsi universitet daxilində idarəçilik və təhlükəsizlik baxımından potensial risk yaradır.
Araşdırmalar göstərir ki, Vasif  Həsənovun qardaşı Asif Həsənov, bacısı və digər ailə üzvləri də universitetdə müxtəlif yüksək vəzifələrdə çalışır. Bu, açıq nepotizm nümunəsidir və akademik idarəçilikdə ciddi qüsurların olduğunu göstərir. Digər tərəfdən Vasif Həsənov bir vaxtlar öz müsahibəsində Məmməd Əmin Rəsulzadəni təhqir edən Gəncədən olan deputat Naqif Həmzəyevin qayınıdır. 
 

                      Vasif Həsənov
Vasif Həsənovun qohumlarının universitetdə müxtəlif vəzifələrə yerləşdirilməsi artıq danılmaz bir sistemə çevrilib. Qardaşı, bacısı, digər yaxınları və ailə çevrəsi universitetin müxtəlif sahələrinə doldurulub. Hətta elə vəziyyət yaranıb ki, bir vaxtlar rektorun onun atasının dəfnində dediyi “kaş qızınızın əmri bir gün tez verilsəydi”, “yazıq kişi ölməmiş əmri görsəydi” cümlələri universitetdə gülüş doğuran lətifəyə çevrilib - çünki hər kəs yaxşı bilir ki, Gəncə Dövlət Universitetində təyinatların meyarı bacarıq və bilik yox, Vasif  Həsənova yaxınlığıdır.
İnnovasiyalar Departamenti adı altında yaradılan və içi boş şöbələr isə universitetin büdcəsini parazit qurdlar kimi soran başqa bir kanala çevrilib. Bu departamentin tərkibində fəaliyyət göstərən şöbələrin nə iş gördüyünü heç universitetin özü belə bilmir. Həmin əməkdaşlar kafedralara, dekanlıqlara öz işlərini gördürür, özləri isə günün çoxunu kabinetlərdə video izləməklə, boş vaxt keçirməklə məşğul olurlar. Amma məhz bu “boş şöbələr” professor-müəllim heyətindən iki-üç dəfə çox maaş alır. Kollektiv buna haqlı olaraq sual verir: Universitetin inkişafı üçün çalışan professor, yoxsa kabinetdə kofe içib YouTube izləyənlər yüksək maaş almalıdır?
Layihələr adı ilə həyata keçirilən fəaliyyətdə isə vəziyyət daha biabırçıdır. Layihələrə ayrılan milyonlarla manat vəsaitin taleyi tam qaranlıqdır. Bu layihələrdən universitetin bir qəpik belə fayda görməməsi, amma “layihə qrupu” adı ilə eyni şəxslərin ilboyu xarici ölkələrdə turist kimi dolaşması hamını hiddətləndirir. Türkiyə, Yunanıstan, İspaniya, Fransa - bu ölkələr artıq həmin qrup üçün “işgüzar səfərlər” yox, əyləncə marşrutuna çevrilib.
İmtahan prosesi isə ayrıca bir faciədir. Test imtahanlarına tam nəzarət məhz Vasif Həsənovun əlindədir və tələbələr tərəfindən verilən məlumatlara görə, müəyyən ödəniş qarşılığında nəticələr dəyişdirilə bilir. Bu, nəinki universitetin nüfuzunu məhv edir, həm də Gəncə Dövlət Universitetinin diplomunun etibarlılığına ölümcül zərbə vurur.
Akkreditasiya zamanı baş verənlər isə artıq universiteti rəsmi şəkildə risk altına atır. Komissiya gələndə ən güclü, nüfuzlu müəllimlər kənara çəkilir, əvəzində ən zəif, ən hazırlıqsız kadrlar müsahibəyə təqdim olunur. Bu siyahıları da hazırlayan,  elə Vasif Həsənovun özü və onun əlaltısı - bir vaxtlar Gəncənin icra başçısı Elmar Vəliyevə universitetdən donos ötürən İsmayıl İsmayılovdur.  
Onlar, bu zəif, təcrübəsiz müəllimlərin siyahısını komissiyaya verir. Sonra isə rektora deyir ki, görəsən bu siyahını komissiyaya kim verib??? Bu işdə bəzi müəllimləri, kafedra müdirlərini, dekanları günahlandırır. Daha sonra isə bu proses rektora qarşı təzyiq alətinə çevrilir: “Görürsünüz, universitet zəifdir? Mən nə qədər işləyirəm, əlimdən gələni edirəm, amma alınmır, çünki kafedra müdirləri və dekanlar işləmirlər. Problem müəllimlərdədir” Bu, açıq şəkildə manipulyasiyadır.
Daha acınacaqlısı odur ki, Vasif Həsənov müəllim kimi öz vəzifəsini belə yerinə yetirmir. O, İnformatika və cəbr kafedrasının müəllimi olsa da,  ömründə bir saat belə dərs keçməyib, dərsləri ya boş qalıb, ya da kafedra müdiri İlqar Cabbarov tərəfindən başqa müəllimlərə əvəz etdirilib. Amma bütün bunlara baxmayaraq, rektor onu tədris işləri üzrə prorektor postuna təyin etdirmək istəyir. Bu, universitet tarixində görünməmiş məsuliyyətsizlikdir.
Bu şəxsin tədris sistemindən ümumiyyətlə  anlayışı yoxdur. Maraqlıdır, Yusif Yusibovun … əsilli, kollektivin Vaska deyə çağırdığı bir şəxsi tədris işləri üzrə prorektor təyin etdirməyə çalışması nə deməkdir??? Maraqlıdır, nənəsi … olan şəxslər nə vaxta qədər bizi idarə edəcək? 75 yaşlı rektor Yusif Yusibovda bu sevgi hardan yaranıb?
Çıxışlarında dövlətçilikdən, millilikdən danışan rektor … əsilli bir şəxsi niyə prorektor qoymalıdır??? Bu dəstə prorektorluq uğrunda neçə adamları ləkələdi. Vasif  Həsənovun tədrisdən ümumiyyətlə anlayışı yoxdur. Elmi şuralarda rektor ona söz verib danışdırır, bu adam hıqqıldaya-hıqqıldaya saatlarla danışır. Danışığının nə əvvəli var, nə axırı. Nə danışdığını özündən başqa heç kim başa düşə bilmir. Rektor bu adamın əlində oyuncağa çevrilib. Universitetdə hamının nifrət bəslədiyi, … əsilli bir şəxs necə prorektor ola bilər???  Bu məqsəd kollektiv tərəfindən tamamilə anlaşılmaz və təhlükəli hesab olunur.
Universitetdə  professor-müəllim heyəti 400–800 manat, Laborant heyəti 350 manat, Vasif Həsənova  bağlı dəstə üzvləri  2000 manatdan yuxarı maaş alırlar. Universitetdə kimə nə qədər maaş verilməsi kimi məsələlər bu … əsilli şəxsin təklifi ilə həll olunur, professor-müəllim heyətinin maaşları qaldırılmır.
Bu vəziyyət əməkdaşlar arasında ədalətsizliyi artırır və universitetdə sosial gərginlik yaradır.
Biz - Gəncə Dövlət Universitetinin kollektivi – bildiririk ki, universitetimiz bu qaranlıq idarəçilikdən, qeyri-rəsmi təsir qruplarından, qohumbazlıqdan, layihə maxinasiyalarından, imtahan saxtakarlığından və şəxsi maraqlar naminə universiteti girov kimi istifadə edən şəxslərdən təmizlənməlidir.
Bu ali məktəb nə bir şəxsin şəxsi mülküdür, nə də bir qrupun rahat şəkildə maaş alıb, gəzmək yeri. Bu universitet Azərbaycan təhsilinə xidmət etmək üçün yaradılıb - amma bu gün onun içi boşaldılıb, nüfuzu yerlə bir edilib, kollektivi isə əsəb və ümidsizlik içində qalıb.
Biz buradan rəsmi qurumlara, dövlət orqanlarına, təhsil strukturuna və bütün ictimaiyyətə səslənirik: Gəncə Dövlət Universitetində baş verənlər araşdırılmalı, məsul şəxslər barəsində ölçü götürülməli, universitet yenidən şəffaf və ədalətli idarəçiliyə qovuşmalıdır.
Bu həm universitetimizin, həm Gəncənin, həm də Azərbaycan təhsilinin gələcəyi üçün vacibdir.
Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025