Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-01-2023, 16:56)
TƏBİB-in müqavilə qanunsuzluğu - HƏKİMLƏR ETİRAZ EDİR

 TƏBİB-in tərkibində fəaliyyət göstərən tibb müəssisələrində, xəstəxana və poliklinikalarda çalışan həkimlər və digər tibb personalı ilə müqavilələr əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə 3 aylıq bağlanılır.

Mediatv.az bildirir ki, bu barədə Gununsesi.info-ya müraciət edən bir qrup tibb işçiləri bildirib.

Onların sözlərinə görə, onlarla müqavilə 3 aylıq müddətə bağlanılır və vaxt bitdikcə artırılır.

“İlk baxışdan bunun həkimlərin gündəlik fəaliyyətinə təsiri hiss olunmasa da, bu vəziyyət həkimlər üçün hər an işini itirmək riski yaradır” deyən həkimlər Nazirlər Kabinetinin problemə müdaxiə etməsini xahiş edir.

Doğrudan da əmək müqaviləsi 3 aylıq bağlandığına görə, onun müddəti başa çatanda və məsələn, TƏBİB istəməsə, həkimlə müqavilə uzadılmaya və həkim işsiz qala bilər.

Qeyd edək ki, yerli qanunvericilik həkimlərlə 3 aylıq müqavilənin bağanmasını qadağan edir. Daha dəqiqi, Əmək Məcəlləsinə görə, əmək müqaviləsi müddətsiz (yni daimi) və ya müddətli (hansısa müddət göstərilməklə) bağlana bilər.

Amma əmək müqaviləsi yalnız o zaman müddətli bağlana bilər ki, bu işin müvəqqəti olması əvvəlcədən məlum olsun. Əmək müqaviləsinin müddətli bağlanmasına səbəb olan hallar Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilib.

Həkimlərin fəaliyyəti isə müvəqqəti deyil və onlarla müqavilə müddətsiz bağlanmalıdır.шаблоны для dle 11.2

Xəbər lenti
28 01 2023
28 01 2023
28 01 2023
28 01 2023
28 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023
27 01 2023