Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (10-08-2024, 08:22)
Naxçıvanda məmur hərisliyi... BAŞ YARIR!

 


Yayın qızmar istisində Naxçıvan şəhərinə gələn qonaqlar və yerli sakinlər küçələrdə içməli su krantlarının olamasından şikayət edirlər. Əvvəllər isə, şəhərin müxtəlif yerlərində bir neçə bu cür krantlara rast gəlmək mümkün idi. Qonaqlar və şəhər sakinləri yuyunub sərinləyə, susuzluq ehtiyaclarını ödəyə bilirdilər. İndi isə, bu ehtiyaclarını ödəmək üçün marketlərə üz tutmağa məcbur olurlar.
Elə, sakinlər də hesab edirlər ki, su krantlarını bilərəkdən yığışdırıblar ki, camaat suyu marketləedən almağa məcbur olsun. Məqsəd isə, yerli məmurların monopoliyasında olan qablaşdırılmış suların satışını artırmaqdır.
Naxçıvan şəhər sakini Nazilə Məmmədova „Gündəlik Naxçıvan“ deyir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticə olmayıb:
“Şəhərə çıxırsan heç bir yerdə sakinlərin və qonaqların istifadə etməsi üçün su yoxdur. Əhalinin kasıb təbəqəsi var. Elə adam var ki, cibində pulu olmur, su içmək istəyir və yaxuda başına bir iş gəldi, burnu qanadı, üst-başı batdı, əl-üzünü yumaq zərurəti oldu bu, zaman nə etməlidir? Bu yaxınlarda küçədə yaşlı bir xanımın qızının ürəyi getdi. Yoldan keçənlər köməyə qaçdılar. Market də bir az aralı idi. Qaçıb su alıb gətirdik. Yardım etdik, özünə gəldi. Sonradan bəlli oldu ki, qız susuzluqdan özündən gedib. Su almaq üçünsə, onların üzərində pul yox imiş”.
Digər şəhər sakini Nizam Vəliyev biuldirir ki, ailə ilə gəzintiyə çıxdıqda, yolboyu 2-3 manat suya xərcləməli olurlar:
“Şəhərin küçələrində vətəndaşların zəruri ehtiyaclarını ödəmək üçün bir dənədə olsun su xətti qoyulmayıb. Əlini yumağa, su içməyə ehtiyac yaranarsa dükandan pul verib almalısan. Ən ucuz suyun qiyməti 40 qəpikdir. Naxçıvanda çörəyin də qiyməti 40 qəpikdir. Bəzən ailə ilə birlikdə şəhərə çıxırsan suya zərurət yaranır, geri qayıdana kimi 2-3 manat suya pul verməli olursan. Bu isə kasıblar üçün böyük puldur. Həmin pula 5-6 çörək almaq olar. Bunu aidiyyatı qurumlar mütləq nəzərə almalıdır. Hava bir az isinən kimi öz hovuzlarına, yaşıllıqlarına axşama qədər su buraxırlar, sakinlərin istifadə etməsini isə, rəva görmürlər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024