Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (6-02-2015, 16:22)
Aparıcı Vüsalə: “Gecə həyatı, gecə klubları və s. mənlik deyil“

PİA.AZ teleaparıcı Vüsalə Yüksəl Tağıyevanın milli.az-a müsahibəsini təqdim edir

 

- Vüsalə xanım, bir ara efirdən uzaq düşdünüz. Amma sonra yenidən qayıtdınız. Maraqlıdır ki, yenə də qadınlarla bağlı verilişlə...
- Bəli, efirdən uzaq düşməyim bir az fiziki görünüşümlə bağlı idi. Kökəlmişdim. Bu da məni narahat edirdi. Məndə bir az kompleks yaradırdı. Ona görə də əvvələki çəkimi bərpa edib yenidən efirə qayıtdım. Niyə məhz qadınlarla bağlı verilişlə qayıtdım?.. Çünki onlarla işləmək daha maraqlıdır. Müxtəlif qadınların həyat tərzi, görünüşü, fikirləri və digər maraqlarının dairəsində qalmağın özü də bir rəngarənlikdir.
- Sizi qısqananlar çoxdur?
- Dəqiq deyə bilmərəm, amma qadınamsa, yəqin ki, var (gülür).
 
- Bəs sizdə necə, “qadın qısqanclığı” özünü tez-tez biruzə verir?
- Qadın olaraq heç kimi qısqanmıram, heç kimə paxıllıq etmirəm. Gözəl bir xanıma baxıb sadəcə olaraq zövq alaram, ən uzağı.
- Efirə şəxsi “möhür”ünü vurmuş aparıcılardan hesab olunursunuz. Amma bu yaxınlarda özünüzü aktrisa kimi də sınadınız. Alındı?
- Bəli, düşünürəm ki, alındı. Bu serialda hal-hazırda ana obrazını oynayıram. Şükür ki, hələlik hər şey qaydasındadır. Bundan sonra nə olacağını bilmirəm (gülür).
- Özünüz ana olmadığınız halda ana obrazını canlandırmaq sizə çətin deyil?
- Elə bir çətinlik yaratmır. Amma təbii ki, o hissləri real həyatda yaşayıb, sonra ekrana gətirmək daha da yaxşı alınar.
- Bəs o hissləri real olaraq niyə hələ də yaşamırsınız? Ana olmaq fikriniz yoxdur? Onu da deyim ki, bu sualın cavabı sizin izləyicilərinizi də maraqlandırır.
- Mənim intim həyatım mənə məxsusdursa, başqaları üçün maraqlı olmamalıdır. Müəyyən şəxsi səbəblər var ki, onlara görə hələ uşaq istəmirəm. Amma zamanı gələndə o da olacaq, inşallah.
- Sizin də geyimə qarşı komplekssiz aparıcılardan olduğunuzu bilirəm... Ürəyi istəyən libasları geyinənlərdənsiniz?
- Açıq-saçıqlığa qarşı bir kompleksim yoxdur. Amma bu o demək deyil ki, nəzərəçarpacaq dərəcədə, həddindən artıq açıq geyinirəm. Belə isə, geyim tərzimə heç kim qarışmır.
- Qayınananız üçün necə gəlinsiniz?
- Dediyinə görə, yaxşı...
- Bəs o sizin üçün necədir? Yaxşı yola gedirsiniz, yoxsa arada sözünüz çəp gəlir?
- İndiyə qədər yaxşı gəlmişik (gülür). Həm də o məndən uzaqda yaşayır. Ya o buraya gələndə görüşürük, ya da mən Türkiyəyə gedəndə. Bəlkə də buna görə “dava-dalaş”a zəmin yaranmır (gülür).
- Ev işləri ilə aranız necədir?
- Sözün düzü, evdarlığı xoşlayan qadınam. Amma çəkilişlərin əlindən vaxt tapıb nəsə edə bilmirəm. Ən azından, vaxtaşırı xörək bişirməyə vaxt tapıramsa, bu, böyük şeydir (gülür). Vaxt olmayanda da ya yoldaşımla restoranda yeyirik, ya da sifariş edirik.
- Deyəsən, əyləncəyə çox vaxt ayırırsınız...
- Düzdür, zaman olduqca əyləncəyə kifayət qədər vaxt ayırıram. Amma gecə həyatı, gecə klubları və s. mənlik deyil.
 
- Bir az fikirli görünürsünüz... Nədənsə yorulmusunuz, bəlkə?
- Xeyr, hər şey yaxşıdır. Həyat davam edir. Heç nədən yorulmamışam. Hər bir şeydən zövq almağa və həmişə pozitiv olmağa çalışıram. 
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024