Sosial (Bu gün, 09:44)
Həmkar İttifaqında Əsədov qalmaqalı və Emin Əmrullayevlə Sahib Məmmədov arasında gərginlik.
Təhsil eksperti Kamran Əsədovun Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gətirilməsi Sahib Məmmədovla Elm və Təhsil naziri Emin Əmrullayev arasında olan gərgin münasibətləri daha da dərinləşdirib...Qəbul imtahanlarına qanunsuz müdaxilə ittihamı ilə həbs edilən təhsil eksperti Kamran Əsədovun ötən ilin 27 noyabrında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gözlənilməz "seçkisi"ndən iki ay ötsə də, o prosesin "yanğısı" hələ də davam edir.
"Poliqon" bildirir ki, həmin vaxtı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədri Sahib Məmmədovun şifahi razılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevin isə birbaşa iştiarkı ilə həbs təhlükəsiylə üz-üzə olan Kamran Əsədovun birdən-birə mötəbər bir quruma sədr gətirilməsi bir çox dairələrdə, o cümədən Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən çox sərt qarşılanıb.
Hazırda 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifad) maddələri ilə ittiham oluanaraq məhkəmə qərarı ilə saxlanılan Kamran Əsədovun ETİHİ-nin Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gətirilməsi ETN-nin sürətli hərəkətlənməsinə səbəb olub.
"Həmin xəbər ilk olaraq modern.az saytında yayıldı. Kamran Əsədov hətta o sayta təyinatını təsdiqlədi. Lakin qısa zaman sonra ETN-nin müdaxiləsiylə həmin xəbərlər saytlardan silinməyə başladı. Lakin Kamran Əsədov və Araz Paşayev geri çəkilmək niyyətində deyildilər. Hətta onlar AHİK səri Sahib Məmmədovun arxalarında sonədək dayanacağın düşünürdülər. Təsadüfi deyil ki, xəbərlər silinməklə təyinat qeyri-rəsmi təkzib olundu. Lakin belə bir anda Kamran Əsədov feysbuk profilində yeni iş yerini yenilədi, hətta AHİK və ona yaxın çevrələrdə bu xəbər rəsmən təkzib olunmadı.
Üstəlik, Kamran Əsədov yeni iş yerindəki kabinetinə belə ayaq açdı. Məhz bundan sonra qeyzlənən qarşı yuxarı təşkilatlar Sahib Məmmədov-Araz Paşayev cütlüyünü Kamran Əsədovla bağlı qərarı geri oxutmağa məcbur edildi", deyə mənbə Poliqon-a bildirib.
Məlumata görə, həmin vaxtı sahib Məmmədovun qarşısına qanunun tələbləri qoyulub. "Həmin tələblərdə isə bildirildi ki, ilk həmkarlar ittifaqı komitələrinin, həmkarlar ittifaqı rayon, şəhər hüquqlu komitələrinin rəhbərləri (sədr və müavinlər) həmin komitələrin tərkibindən bilavasitə yığıncaq iştirakçıları, konfrans nümayəndələri tərəfindən və ya komitələrin iclaslarında seçilir, müvafiq olaraq yuxarı həmkarlar ittifaqı orqanının Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli sayılır.
Yığıncaq, konfrans, həmkarlar ittifaqı komitəsi rəhbərliyinə və müavinliyinə namizədlər barədə yığıncaqda, konfransda ayrı-ayrılıqda bülletenlərə daxil edilməklə seçki aparılır və bu qərarın təsdiqi üçün yuxarı həmkarlar ittifaqı orqanına, yəni AHİK sədri Sahib Məmmədova müraciət edilir. Məhz onun təsdiqindən sonra "təyinat" qüvvəyə minməliydi. Lakin qeyd etdiyimiz kimi, məsələnin olduqca şişməsi Sahib Mımmədov-Araz Paşayev tandeminin geri çəkilməsinə səbəb oldu", deyə mənbə qeyd edib.
Mənəbə bildirib ki, təyinatdan qısa müddət sonra Kamran Əsədov haqqında Baş Prokurorluğun məlumat yayması və bunun ardınca onun məhkəmə zalında həbs olunması Araz Paşayevlə yanaşı, AHİK sədrinin özünü də "dalan"a dirəyib.
Bəs "Həmkar"ların rəhbərliyinin Kamran Əsədova bu jestinə səbəb nəydi? Birdə-birə niyə belə bir oyuna əl atıldı? Onlar doğrudan da bu prosesin "partlayacağı"nı bilmirdi, yoxsa, yoxsa Emin Əmrullayevə hansısa sətiraltı gizli mesaaj ötürüllürdü?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
28 01 2026
























