Region (Bu gün, 11:55)
“Kəlbəcər Rayonunda Bərpa, Təmir və İdarəetmə Xidməti” fəaliyyətinin ilk ilini ZƏRƏRLƏ BAŞA VURUB - HESABAT
"Kəlbəcər Rayonunda Bərpa, Təmir və İdarəetmə Xidməti" PHŞ 2024-cü ilin 31 dekabr tarixinə olan maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb."DİA-AZ" xəbər verir ki, hesabat dövrü üzrə şirkətin əməliyyat zərəri 455,5 min manat təşkil edib.
Hesabat ilində qurumun sair əməliyyat gəlirləri 384,5 min manat olub.
Qeyd edək ki, "Kəlbəcər Rayonunda Bərpa, Təmir və İdarəetmə Xidməti" 19 iyul 2024-cü ildə 500 min manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Emil Şolan Fərhad oğludur. Hüquqi ünvanı Kəlbəcər rayonudur.
İstifadə edilmiş material ehtiyatları 9,5 min manat təşkil edib.
İşçi heyəti üzrə xərclər 645,3 min manat, amortizasiya xərcləri 90,5 min manat, digər əməliyyat xərcləri 94,6 min manat təşkil edib.
Vergiqoymadan əvvəl zərər 455,5 min manat təşkil edib.
Hesabat ilində şirkət 133 manat mənfəət vergisi ödəyib.
Nəticədə, qurum 2024-cü ili 455,7 min manat xalis zərərılə bitirib.
2024-cü ilin sonu üzrə PHŞ-nin cəmi aktivləri 1 milyon 389,8 min manat təşkil edib.
Cəmi uzunmüddətli aktivlər 513,7 min manat olub. Bu məbləğ Qeyri-maddi aktivlər üzrə 458 manat, torpaq, tikili və avadanlıqlar üzrə 513,2 min manat təşkil edib.
Cəmi qısamüddətli aktivlər isə 876,1 min manat təşkil edib. Bu aktivlərə Ehtiyatlar üzrə 83,9 min manat, Qqsamüddətli debitor borcları üzrə 786 manat, Pul vəsaitləri və onların ekvivalentləri üzrə 429 min manat və Sair qısamüddətli aktivlər üzrə 362,4 min manat daxildir.
Cəmi kapital mənfi 62,4 min manat təşkil edib. Bu kapital Ödənilmiş nominal (nizamnamə) kapital üzrə 500 min manat, Kapital ehtiyatları üzrə 18 min manat və Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) üzrə mənfi 455,7 min manatdan ibarətdir.
Hesabat dövründə 1 milyon 327,3 min manat cəmi öhdəlikərə malik olub.
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 147 manat olub.
Qısamüddətli kreditor borcları 812 manat təşkil edib.
Sair qısamüddətli öhdəliklər 1 milyon 326,4 min manat olub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
























