Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (24-03-2014, 20:29)
“Yalnız bununla qadın kişini yanında saxlaya bilər”- Xalq artisti

“Yalnız bununla qadın kişini yanında saxlaya bilər”- Xalq artisti

 

“Bacılarım şişmandırlar, qorxurdum ki, 16 yaşdan sonra onlara oxşayaram” 

Xalq artisti, rəqqasə Təranə Muradova publika.az-a müsahibə verib.

"Mediatv.az" həmin müsahibəni təqdim edir:

- Həmişə formadasınız, buna necə nail olursunuz?

- Bacılarım çox şişmandırlar. Amma mən həmişə deyirdim ki, sənətə gəlmişəmsə, özümə fikir verməliyəm. Həm də insanın qəlbi, içərisi  gözəl olanda, o gözəllik nur kimi üzdə əks olunur. Elə qadın var şişmandır, amma üzündə elə bir nur var ki, insanı cəzb edir.

- Deməli, bacılarınızın şişman olması sizi qabaqlayıcı tədbirlər görməyə vadar etdi?

- Bəli, qorxurdum ki, 16 yaşdan sonra birdən kökələrəm. Başladım pəhriz saxlamağa və eyni zamanda, formada qalmaq üçün hazırda idman və baletlə məşğul oluram. Rəqs də öz yerində.

 - Çəkiniz nə qədərdir ki?

- Hazırda 51 kiloyam. Ən çox kilolu olduğum hamilə olduğum vaxta təsadüf edir. Onda 60 kilo idim və bu məni çox qorxudurdu. Sonradan çəki atdım.

 “Həyat yoldaşımla biz bir-birimizi ilk baxışdan sevmişik”

 - Kompleksləriniz varmı?

- Orta məktəbi rus dilində bitirdiyim üçün azərbaycanca zəif danışıram və bu mənim ən böyük kompleksimdir. Hazırda ingilis dilində öyrənirəm, alman dilini bilirəm. Mən həm rəqqasəyəm, həm hüquqşünas. Əslində anamın arzusunu həyata keçirmək üçün mən Universitetin hüqüq fakültəsini də bitirməli oldum.

 - Sizcə, qadının ən böyük sirri nədir?

- Qadın oxunmamış  kitab olmalıdır. Həmişə maraq doğurmalıdır. O eyni zamanda çox ağıllı, səmimi, zərif olmalıdır.  

 - Çoxları deyir ki, bugün sevgi adiləşib, uzun illik ailə həyatı yaşamış Təranə xanım da belə düşünürmü?

- Yox, qətiyyən. Sevgi böyük anlamdır. Həyat yoldaşımla biz bir-birimizi ilk baxışdan sevmişik və aradan 28 il keçməsinə baxmayaraq o ilk həyəcan bu gün də qalıb.

“Kişiylə soyuq davransan, sənin yanına qaçacaq”

 - Bir neçə il bundan öncə gəlinlik paltarında fotolarınız yayıldı, dedilər ki, ikinci dəfə ailə həyatı qurmusunuz...

 - Yox, evliliyimizin 25 illiyini qeyd edirdik, həmin fotolar yayılmışdı. Amma həyat yoldaşımla biz müəyyən vaxtlarda aralı yaşamışıq, bəlkə də bu bəzi şayiələrə rəvac verdi. Əslində biz boşanmamışdıq. Mən evdə elə tərbiyə almışam ki, bizdə boşanmağa yaxşı baxmırlar. Anam deyirdi ki, bir dəfə ailə qurdunsa, onu qorumalısan, ərə getdinsə, geri dönüş yoxdur. Mən ərə getdiyim adamı da seçdim və bildim ki, bu sevgi ömürlük olacaq.

 - Nəçidir?

- Hüquqşünasdır. Onu da deyim ki, uzun müddət o Rusiyada işlədiyi üçün ayrı yaşamışdıq.

 “Qadının qısqanclığı onun evini dağıda bilər”

 - Bu ayrılıq sevginizə gölgə salmadı?

- Yox, əslində qadından çox şey asılıdır. Qadın ağıllı olarsa, ailəsini də qoruyub saxlaya biləcək. Ərlə arvad arasında pərdə heç vaxt götürülməməlidir. Qadın güzəştə getməyi bacarmalıdır. Xırda səbəblər üzündən qısqanclığa imkan verməməlidir.

 - Siz yəni heç qısqanmamısınız ərinizi?

- Qısqanmışam əlbəttə. Hətta ona dəfələrlə bunu deyirdim də. Amma sonradan səhvimi anladım, başa düşdüm ki, qısqanclığı biruzə vermək olmaz. O halda, kişinin qadına hörməti daha da artır. Qadın qısqanclığı onun evini dağıda bilər. Əslində qadının soyuqluğu, qısqanclığı bildirməməsi kişidə həyəcanı daha da artırır. Kişilər düşünürlər ki, xanımım niyə görəsən mənə biganədir, qısqanmır. Qadın bununla kişini daim yanında saxlaya bilir. Mən də bunu cavan vaxtı bilmirdim, zaman keçdikcə anladım. Anamın bu məsləhətini indi mən övladlarıma edirəm. Nə qədər kişiylə soyuq davransan, bir o qədər o sənin yanına qaçacaq. Bir də onu deyim ki, qadınla kişi bir-birinə ruhən bağlı olmalıdır.

 “Hələ uduzduğum vaxt olmayıb”

- Güclü qadınsınız?

- Bəli, güclü qadınam. Allahla tez-tez danışıram. Ondan nə istəmişəmsə, verib. Mən gücü Allahdan alıram. Hələ uduzduğum vaxt olmayıb. Təbii ki, çətin yollardan keçməyim də məni güclü edib. Həyatımda enişlər-yoxuşlar çox olub.

 - Özünüzə kumir saydığınız xanımlar varmı?

- Çox güclü qadın olan Koko Şanel, Maya Plisetskaya. Bu iki qadına hər zaman pərəstiş etmişəm. 

 “Hər qadın qocalmaqdan qorxur”

- Qadınların yaşla bağlı kompleksləri olur. Bu komplekslərdən xilas yolu kimi plastik əməliyyatlar etdirirlər. Siz necə, qocalmaqdan qorxmursunuz?

- Hər qadın qocalmaqdan qorxur. Buna görə də qadın baxımlı olmalıdır. Tanınmış olanda ikiqat baxmalıdır. Bəzən elə yaşlı qadınlar görürsən, bir dəfə də olsun plastik əməliyyat  belə etdirməyib, amma özünü elə təqdim edir, üzündə elə nur var,  heç yaşlı olmasını hiss edə bilmirsən. Son vaxtlar bizim qadınların çoxu bir-birinə oxşayır. Bu xəstəlik kimidir. Demirəm mən nə vaxtsa plastik əməliyyat etdirməyəcəyəm, yox. Bəlkə də. Amma hazırda kosmetoloq yanına gedirəm, maskalardan istifadə edirəm. Mən hər gün üzümə qaymaq çəkirəm. Bəzən içinə limon sıxıram. banan qatıram. Bir də tez ya gec qocalmaq genetika ilə bağlıdır. Gözəlliyi təqdim etməkdən də çox şey asılıdır.

 “Özümü sifətdən gözəl hesab etmirəm”

 Məsələn, mən özümü sifətdən gözəl hesab etmirəm. Amma düşünürəm ki, əsas şarmın olmasıdır. Hollivud aktrisalarını götürək, çoxu gözə deyil. Məsələn Cüliya Roberts, cizgiləri gözəl deyil, amma şarmlıdır. İnsan var gözəldir, amma bu gözəlliyi təqdim edə bilmir. Qadın da var gözəlliyi yoxdur, amma özünü elə təqdim edir, hamının gözü onda qalır. Əslində dünyada kifir qadın yoxdur. Məncə, ən gözəl qadın sevilən qadındır. Gözləri parıldayır, hətta qırışları belə gözə dəymir. Elə özümü götürüm, sevirəm və ailəmdə hər şey gözəldir, təbii olaraq gözüm parıldayır.

 “Şopoqolikəm”

 - Geyimlər həyatınızda nə dərəcədə rol oynayır?

- Çox sevirəm gözəl geyinməyi. Şopoqolikəm. Əhvalım pis olanda təzə geyim alıram və dərhal keyfim yaxşılaşır. 

- Sevdiyiniz rənglər hansıdır?

- Sevimli rəngim qara və ağdır. Hər insana bu rənglər yaraşır.

 - Qarderobdakı geyim və aksesuarlarınıza sadiqsiniz?


 - Yox, lazım olmayanları qohumlara verirəm.

 - Ən ucuz və ən bahalı paltarlarınızın qiymətini bəlkə bizə də deyəsiniz?

- Ucuz geyimlərim var ki,  50,70,100, 200 manata almışam. Bahalı geyimlərim 3, 5 min manatlıqdır.  Bu zövqlə bağlıdır. Əsas odur ki, geyimlərim ürəyimə yatsın.

 - Zinnət əşyalarını sevirsiniz?


- İncə zinnət əşyalarını xoşlayıram, sevdiyim qaş isə zümrüddür. Brend bəzək əşyalarını da xoşlayıram.

 “Hər şeyi bağışlayıram”

 - Çoxdurmu?

- Hədiyyələrim də çox olur. Məndə qaynanam və anamdan qalma zinnət əşyaları da var, onları uşaqlarıma verəcəyəm. Düzdür, indi heç kim istifadə etmir belə şeylərdən, amma mən qoruyub saxlayıram. Çünki qədimdir, gözəldir.

 - Ən zəif nöqtəniz?

- Yumşaqlığım.  İnsanlara pisliyi tez bağışlayıram. Yoldaşım, balalarım da mənə bunu irad tutur ki, çox yumşaqsan. İnsanı danlayıram, beş dəqiqə sonra peşman oluram. Hansı ki, o danlanmağa layiq insandır.

 - Nəyi bağışlamazdınız insanlara?


- Hər şeyi bağışlayıram. Amma Allaha tapşırıram hər şeyi. Cəza verə bilmərəm mən.

 “Fəxr edirəm ki, belə yaraşıqlı kişinin arvadıyam”

 - Həyat yoldaşınıza bəs, nəyi bağışlamazdınız?

- İndi hər şeyi bağışlayaram.

 - Xəyanəti də?

- Bəli, xəyanəti də. Yaşa dolduqca qadın müdrik olur. Həm də ərimi sevirəm, o məndən yaşca böyk olduğu üçün hörmət edirəm.

 - Yəqin yanında çox cavan görünürsünüz?

- Belədir, amma ərim o qədər yaraşıqlıdır ki… Çox ağıllıdır, qəşəng geyinir. Mən fəxr edirəm ki, belə yaraşıqlı kişinin arvadıyam. Mən valideynlərimdən sonra həyatda necə yaşamağı ondan öyrənmişəm. O  qədər ağıllı bir insandır ki, heç vaxt qısqanclığını da mənə göstərmir.

 - İstəyirsiniz göstərsin?

 - On il qabaq bəlkə də istərdim göstərsin, amma indi yox. Mən hər işimi onunla məsləhətləşirəm. Bilirsinizmi, ər-arvad  25-30 ildən sonra bir-biri ilə əsil dost olur.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024