Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (20-09-2014, 16:41)
“Həyatımın mətbuatda olmasının əleyhinəyəm”


Xoşqədəm Hidayətqızı Azərbaycanda sosial jurnalistikanı canlandıran, necə deyərlər, xırda insanların böyük problemini cəmiyyətin içindən efirə daşıyaraq teleməkana yeni ab-hava gətirən isimdir

 

Əməkdaşımız Nərmin Muradova ilə söhbətində Xoşqədəm Hidayətqızı həm şəxsi həyatı, həm də telejurnalist kimi peşəkar fəaliyyəti ilə bağlı ilginc məqamlar açıqlayıb. Müsahibənin ikinci hissəsini təqdim edirik:
- Yeni mövsümdə “Səni axtarıram”da nələr olacaq?
-Yeni mövsümdə uzun illər apardığımız axtarışların nəticələri açıqlanacaq. Məsələn, “Sən tək deyilsən”ə məktub yazan bir bacının 1966-cı ildən üzünü görmədiyi qardaşının, 1970-ci ildə evini tərk edən, Rusiyanın meşələrində həyatını keçirən bir şəxsin axtarışını yekunlaşdırdıq. İndi çox anons verməyim. Sadəcə, onu deyirəm ki, inanılmaz, maraqlı, tükürpədici çox axtarışlarımız yekunlaşıb. Bütün yayı işlədik, çox az istirahət etdik. Bu qədər ağırlıq, yorğunluqdan sonra nələr olacaq, bilmirəm, hər halda əziyyətimizə dəyəcək, insanlar sevinəcək.
 
- Bir də ağlayacaqlar...
- Bəzən mənə deyirlər ki, verilişdə çox ağlayırlar. Mən sizə və o insanlara sual verirəm, 30 il qardaşını görməyən biri onunla görüşəndə qol götürüb oynamalıdır? Mən oğlumu bir ay görməyəndə dəhşətə gəlirəm. Xaricdə yaşayır, “skayp”la danışanda göz yaşlarımı saxlaya bilmirəm. 
- İndi sizə bir sual verəcəm, bunu az qala redaksiyamızın bütün jurnalistləri soruşurdu. 
- (Gülür) Şəxsi sualdır, bilirəm. Soruşacaqsınız, nə vaxt ərə gedəcəm? Mənə elə gəlir ki, insanların şəxsi həyatları yalnız və yalnız özləri üçün maraqlı olmalıdır. Mənim tamaşaçımın Xoşqədəmin nə geyinməyi, necə həyat keçirməsi, kiminlə ailə qurması, kiminlə yol getməsi maraqlı olmamalıdır. 
 
- Amma siz də yaxşı bilirsiniz ki, tanınmışların həyatı hər zaman maraqlıdır.
- Şəxsən mən həyatımın mətbuatda olmasının əleyhinəyəm. Görmüsünüz, ailəmlə şəkil paylaşam? 
- Paparazzilərin hədəfində olsanız, fotonuz çəkilsə və saytlarda yerləşdirilsə, necə reaksiya verərsiniz?
- Bu, çətin sualdır. 
 
- Məsələn, zəng edib tənqid, təhqir edərsiniz?
- İnsan bəzən xoşbəxt anlarını paylaşmaq istəyir. Evdə idman edirdim, bacımın oğlu fotomu çəkdi. Baxdım, foto çox xoşuma gəldi və paylaşdım, status da yazdım: “xoşbəxtliyimin açarı -sport”. Bir neçə saatdan sonra fotonu saytda gördüm, çox pis oldum. Deməli, o şəkildən sonra İnstaqramda 1970-ci ildə evi tərk edən bir şəxsin axtarışları ilə bağlı xəbər və fotolar paylaşmışam, amma sayt buna əhəmiyyət verməyib idman etdiyim yerdə çəkilən fotonu xəbər edib. Halbuki, ikinci paylaşdığım fakt daha dəyərlidir. Ondan sonra qərar verdim ki, bir də belə fotolar paylaşmayacam. Əslində, jurnalist öz işini görmüşdü, tanınmış adamam və mənim bir hərəkətim, sözüm onlar üçün xəbərdir. Onları qınamıram. Amma hər zaman deyirəm, axı mən sizin həmkarınızam, mənə bir az başqa cür yanaşın. Buna görə küsürəm. 
 
- Tanınmaq insanı həm də çərçivələrə salır.
- Bəzən istəyirəm ki, fərqli müsahibə verim, yaxud efirdən fərqli fikir səsləndirim, amma etmirəm. Demədiklərimi yazıram. İnanın, əgər bilsəydim ki, televiziya mənim azadlığımı bu qədər çərçivəyə salacaq, bunu uşaqlıqda arzu etməzdim. 
- Gələk Suriya məsələsinə. Orada başınıza gələnlərin burdakı əks -sədası sizə necə təsir etdi? Hər zaman kimlərisə axtaran Xoşqədəm Hidayətqızını bu dəfə bütün Azərbaycan axtarırdı. Sizin təbirinizcə desək, bu axtarış sizi qane etdimi?
- Suriyadakı məsələlərə keçmədən öncə icazə verin, sizin saytın rəhbərliyinə öz dərin təşəkkürümü bildirim. Xüsusilə mənim dəyərli dostum, Faina Hənifəyevaya təşəkkür edim. Onun yazdığı yazı məni çox gücləndirdi. Çox adam çox söz deyə bilər, amma mən haqqımda söz deyən adamın keçmişinə, qələminə, peşəsinə, uğuruna, yazılarına diqqət edirəm. Sizə təşəkkür edirəm ki, mənim yanımda oldunuz, yanlış məlumat verməyib, mənim cavabımı gözlədiniz.  
Bəli, Azərbaycan məni axtarırdı. Telefonuma zəng gəlirdi, götürürdüm, səs-səda yox idi. Zənglərin ardı-arası kəsilmirdi. Deyirdim, aman Allah, nə baş verir? Mən o günü xatırlamaq istəmirəm. Burda xoşagəlməz xəbərlərin yayılması mənim oradakı işimə çox ciddi mane oldu, Suriyaya bir həftəlik səfərimi iki günə bitirməyə məcbur oldum. Müəyyən səbəblərdən bunları açıqlamaq istəmirəm. Bəzən o xəbərin altından şərh yazanlar vaxtilə mənimlə bərabər işləyən, yardım etdiyim insanlar idi. Axı nə baş verir , mən neyləmişəm? 
Ailəm çox gərgin anlar yaşadı. Suriyadan gələndə Məqsəd Nur mənə dedi ki, birbaşa ekrana çıxmalısan. Mən də hava limanından birbaşa studiyaya gəldim. Gəldiyimi heç kimə - nə valideynlərimə, nə də işçilərimə demişdim. Efirə çıxdım, danışdım, sonra mənə dedilər ki, valideynlərim yoldadır, ATV-yə çatırlar. İstəmirdim gəlsinlər, tez onları geri qaytarmağa çalışdım. Bilirsiniz, ailə məsələsində çox həssasam. Efirdən çıxıb qardaşımgilə getdim, bilirdim ki, bütün ailə ordadır. Evdən yüz metr irəlidə atam yolda məni qarşıladı. Şok oldum, atamın göz yaşlarını bir oğlunun, qızının tabutunu qaldıranda görmüşdüm, bir də onda gördüm. Atam qarşımda diz çökdü. Çox təsirli anlar idi və mən uzun müddət özümə gələ bilmədim. Üç gündə mənim ailəmin yaşadıqlarına, keçirdiyi yuxusuz gecələrə görə çox pis oldum. Nə istəyirsiniz edin, lap Xoşqədəmi tənqid edin, amma valideynlərə təsir edəcək, “Xoşqədəm ölüb, güllələnib” başlıqlı xəbərlər yaymayın.
Doğrudur, öz peşəmi çox sevirəm, qaynar nöqtələrdə olmaq, oradan birinci və ən gözəl xəbər gətirmək ən böyük arzumdur və şükürlər olsun ki, Allah bunu mənə nəsib etdi. Bundan sonrakı arzum qaynar nöqtələrin birində təmsilçi olmaq, xəbər kanalında çalışmaqdır: canlı bağlantılar, qaynar nöqtələr, bombaların altında xəbər çatdırmaq...  Amma Suriyada baş verənlərdən və o gərginlikdən sonra deyirdim ki, kaş ora getməyəydim. 
- İşə bu cür bağlılığı, ən qaynar nöqtələrə gedən bir qadını yalnız bir qüvvə geri çevirə bilər - kişi.
- Universitetin ikinci kursunda oxuyurdum, gələcək ailəm barədə düşünürdüm: dörd övladım, böyük evim olacaq. 30 yaşına çatanda bir anlıq bu xəyallarıma geri qayıtdım, baxdım ki, mən təkəm, o arzuladığım ailə, dörd uşaq yoxdur. İstədiyim o böyük ev var, amma orda bir oğlumdur, yaxınlarımdır və mənəm. Bunları düşünəndə çox pis oldum. Əlbəttə, hər bir qadın xoşbəxt olmağı istəyir. Qız övladımın olmasını, onu istədiyim kimi böyütmək istəmişəm. Mənim qız övladım yoxdur. Qısacası, deyim ki, qadın xoşbəxtliyə, qadın ailəyə layiqdir. Karyera da, iş də, bu gərgin həyat da bir gün bitəcək. Bu dünyada əbədi heç nə yoxdur. Amma sağlam, sevgi üzərində qurulan ailə bir ömür boyu səninlə qala bilər. 
- Demək ailədə sevginin gücünə inanırsız?
- Doğrudur, indi sevgi çox adiləşib. Bu gün karyera, reytinq, müxtəlif məqsədlər üçün evlənənlər var. Amma gəlin etiraf edək ki, o cür insanların arasında həqiqi sevən, sevgi hissini ürəyində yaşadan insanlar da var. Mən şəxsən sevmədiyim insanla ailə qurmaram. Çünki sevgi çox önəmlidir. Mən işimi sevməsəm, bu qədər gərginliyə dözə bilmərəm. Ailə də belədir. Əgər sevgi üzərində ailə qurulmursa, o, yarımçıq bitir. Ona görə, məncə, qızlarımız, qadınlarımız, elə kişilərimiz də sevmədən ailə qurmamalıdırlar. 
- İnsan hər yaşda sevgiyə fərqli yanaşır. 
- Mən elə bütün yaşlarda sevgiyə eyni cür yanaşmışam. Mən sevginin nə olduğunu biləndən, onu anlayandan indiyə kimi eyni fikirdəyəm. 
- Və həyatda hər şey baş verə bilər...
- Dost sənə üz çevirə bilər, düşmən səninlə dost olar, inandığın insan sənə xəyanət edə bilər, sevdiyin insan sənə nifrət edə bilər. Ona görə həyatda hər şeyə hazırlıqlı olmalıyıq. 
- Niyə ancaq qəmgin notlara yükləndiniz? Əslində, yaxşı fikirlərlə davam edəcəkdim...
- Bizim gözəl bir sözümüz var, şər deməsən, xeyir gəlməz. 
 
- Onda hər şey ola bilər - isti yuvanız, qız övladınız...
- Mən heç vaxt “heç vaxt demə” deyənlərdənəm. İnsanın həyatında baş verənlər insandan deyil, ulu yaradandan asılıdır. Allah bizə hansı taleni yazıbsa, bizim istəyib-istəməməyimizdən asılı olmayaraq baş verəcək. (teleqraf.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024