Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (18-02-2014, 16:56)
“Ona görə aparıcı efirdə ətini, budunu göstərir”

 

 

"Efirin nə olduğunu dərk edən aparıcı sinəsini göstərməz. Aparıcı model deyil" 

 

Son zamanlar teleaparıcıların geyim tərzləri tez-tez gündəmə gəlir. "Siluet" verilişinin aparıcısı Leyla Aslanovanın sinə dekoltesinə görə “İTV”dən uzaqlaşdırılması, nəinki Azərbaycan, hətta Türkiyə mediasında belə xəbərə çevrildi. Bu dəfə isə məşhur teleaparıcı Zaur Baxşəliyev “Teleaparıcı çimərlik geyimində efirə çıxa bilər” sözləri ilə müzakirə obyektinə çevrilib. 

 “Qafqazinfo”  “Teleaparıcı necə geyinməlidir? Hansı geyimlə efirə çıxmaq olmaz?” sualı ilə teleaparıcılara müraciət edib. 

“Səhər-səhər” verilişinin aparıcısı Ramal Hüseynov: “Televiziyalarda geyim problemindən əlavə aparıcı problemi var. Kim nə istəyir danışa bilər, geyinə bilməz? Birincisi hamıya aparıcı deyiləcəksə, o zaman kim nə istəyir geyinə bilər. Kim istəyir efirə çıxıb aparıcılıq edir və bu heç kimə təsir etmir, amma  sinəsi dekolte geyinəndə xoşa gəlmir? Aparıcılıq nə üçündür, məqsəd nədir bilməyən adam qonşusuna, qayınanasına acıq vermək üçün efirə çıxanda göstərməyə heç nəyi olmur. Ona görə ətini, budunu göstərir.  Siz onlardan başqa nəsə gözləyirsiz ki? İnanmıram ki,  Zaur Baxşəliyev “Teleaparıcı çimərlik geyimində efirə çıxa bilər” sözlərini həqiqət hesab etdiyi üçün deyib. Yəqin, bu sözləri istehza ilə deyib. Axı o heç vaxt efirə belə çıxmayıb, yəqin, nəyəsə görə belə düşünür. Zaur indi sosial xarakterli veriliş aparır. Ona sosial məsələlərdə söz demək haqqı verilibsə, bu sözü demək haqqı avtomatik yaranıb. İndi onun digər məsələlərdə dediklərini qəbul edənlər bunu niyə qəbul etməsin ki? Tamaşaçılar və Zaurun sözlərimi hay-küylə qarşılayan məmurlar süni oynamağı bir kənara qoysunlar, eşitmək və görmək istədikləri şeylərə zəmin yaratmasınlar. Bizim sadəcə teleaparıcılarımız pisdi, digər peşə sahiblərimiz idealdır? Veriliş pisdir, aparıcı pisdir, hər şey pisdir. Bəs nə yaxşıdır? O zaman bəzi adamlar o aparıcıları tərifləməsinlər, telekanallar bağlansın, aparıcılar da olmasın. Bəlkə o zaman hər şeyimiz düzəldi. Yaxşı ki, şou-biznes var, yoxsa bütün günahlar kimdə olacaqdı? Cəmiyyət necədirsə, telekanallar da odur. Telekanal  cəmiyyətin güzgüsüdür, Zaur düz deyir, xeyirli olsun”.

“Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova: “Mənim fikrimcə, aparıcının geyimi verilişin mahiyyətinə uyğun tənzimlənməlidir. Əlbəttə, bir xəbər aparıcısı açıq-saçıq və ya  çimərlik paltarında efirə çıxa bilməz. Amma müəyyən qaydalar qorunmalıdır. Yəni konkret olaraq bir aparıcının  efirdə sinəsi dərin dekolteli paltar geyinməsinə qarşıyam. Efir bir göstəricidir, bir nümunədir, örnəkdir və aparıcı efirdə sinəsini göstərincə küçədə soyunub lüt gəzsin, heç bir fərqi yoxdur. Çünki efiri milyonlar izləyir. Nümayiş olunan bədən üzvünü 50- 60 adam görəndə nə dəyişir? Onu da deyim ki, televiziyanın, efirin nə olduğunu dərk edən aparıcı sinəsini göstərməz. Aparıcı model deyil. Sinə nümayiş etdirmək üçün podiumlar var. Buyursunlar podiuma, onsuz da telekanallar çəkib göstərəcək”. 

“Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər:“Geyim tərzinə görə insanların  tənqid olunması, təhqir olunması  insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Lakin düşünürəm ki, qadın aparıcılar geyimlərinə fikir versələr, daha yaxşı olar. Hər bir verilişin formatına görə, geyim seçilir. İdman proqramını aparan şəxs klassik geyinib efirə çıxmayacaq, təbii ki, idman üslubunda geyinəcək. O hətta topla da efirə çıxa bilər. Siyasi veriliş aparan aparıcılar isə kostyumda efirə çıxmalıdır, onun idman üslubunda geyinməsi düzgün deyil. Mən isə efirə klassik geyimdə çıxıram, bu artıq mənim imicimdir, özüm necəyəmsə, efirdə də elə geyinirəm”.

“Şou+” verilişinin aparıcısı Tural Ozan: ““Aparıcı geyimi” deyə bir məfhum yoxdur, veriliş, verilişin formatı, dekorasiya var. Geyim də ona uyğun olmalıdır. Əgər bunlardan hər hansı biri uyğun gəlmirsə, veriliş baxımsız alınır. Bəzən bizim bəzi aparıcılar elə geyimlər seçirlər ki, insanın gözü yorulur. Teleaparıcının açıq-saçıq geyinməyi isə strategiyasından asılıdır. Əsasən odur geyim yaraşsın. Məni efirdə kəpənəklə də görə bilərsiniz, çünki verilişimin formatı və dekoru bunu tələb edir”.

Liderin aparıcısı Zemfira Adıgözəlova deyib ki, teleaparıcının geyimi apardığı verilişdən asılıdır və onun obrazına uyğun olmalıdır: “Baxır aparıcı efirə səhər ya gecə çıxır. Gecənin öz geyimləri, gündüzün öz geyimləri və verilişləri var. Aparıcının apardığı obraz verilişə, danışdığı mətnə uyğun olmalıdır. Əfsuslar olsun ki, indi bunu çoxları anlamır”.

Teleaparıcı Zaur Baxşəliyevin fikrincə, hər kəsin öz daxili dünyası necədirsə, elə də geyinməlidir: O, “aparıcının lazım gələrsə ekrana çimərlik geyimində çıxmalıdır” fikrinə də münasibət bildirib: “Veriliş, format onu tələb edirsə, aparıcı niyə də çimərlik paltarında ekrana çıxmasın? Əgər hər hansı bir verilişin formatında ekrana çimərlik geyimində çıxmaq lazımdırsa, buna normal baxıram. Aparıcı çimərlikdə, çimərliklə bağlı veriliş hazırlayırsa, onun o geyimdə olması normaldır. Bu saat kim necə istəyir elə də geyinir. Ona qarışmaq düzgün deyil. Təbii ki, bəzən geyimlərdə bəzi mental dəyərləri qorumaq lazım olur. Düşünürəm ki, bizim efirlərdə elə də vulqar geyinən aparıcılar yoxdur. Mən elə şey görməmişəm”. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024