Problem (4-04-2015, 17:40)
Kayahan dəfn edildi – Foto
Uzun müddət müalicə olunduğu xərçəng xəstəliyindən dünyasını dəyişən əfsanəvi türkiyəli müğənni Kayahan bu gün son mənzilinə yola salınıb
'Mediatv.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Təşvikiyə Məscidində cənazə namazı qılındıqdan sonra sənətçi İstanbulun Kanlıca məzarlığında torpağa tapşırılıb. Cənazə namazında Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğon da iştirak edib.
Türkiyə mətbuatı xəbər verir ki, sənətçinin sözügedən məzarlıqda dəfni onun vəsiyyəti ilə bağlıdır. Kayahan vəziyyətində dənizə yaxın bir yerdə dəfn olunmaq istədiyini yazıb. Sənətçinin ailəsi cənazəyə çələng göndərmək istəyənlərin bunun əvəzində Mehmetcik Vəqfinə ianə vermələrini istəyib.
Qeyd edək ki, müğənni ilk dəfə 1990-cı ildə ayağındakı yağ kistasını müayinə etdirmək üçün xəstəxanaya gedib və ona xərçəng diaqnozu qoyulub. Onun altı ay ömrü qaldığı deyilib. Lakin Kayahan heç zaman xəstəliyə tabe olmayıb və mübarizə aparıb. Uzun müddət müalicədən sonra o sağlamlığına qovuşub. 11 il sonra xəstəlik yenidən baş qaldırıb. Dörd əməliyyat və radioterapiya müalicəsi sayəsində sağlamlığına qovuşan müğənni üçüncü dəfə eyni xəstəliyin cənginə keçib. Lakin bu dəfə edilən müalicələr heç bir nəticə verməyib.
Kayahan 29 Mart 1949-cu ildə İzmirdə doğulub. Türk pop müğənnisi və bəstəkar uşaqlıq və gənclik illərini Ankarada keçirib. Daha sonra İstanbula gəlib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024