Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (11-09-2017, 18:20)
Azərbaycanlı müğənni atasının məhkəməsində: Anam və xalam qızı qan içində idi

Azərbaycanlı müğənni atasının məhkəməsində: Anam və xalam qızı qan içində idi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və qohumunu öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mediatv.az Report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Q.Hüseynov özünü tam olaraq təqsirli bildiyini deyib. O, sərbəst ifadəsində qeyd edib ki, qətli törədən zaman özündə olmayıb: “Hadisə günü işdən evə gəldim, yemək istədim. O, yatmışdı. Bundan sonra evdə mübahisə yarandı. Məni söydü, təhqir etdi və mənə dedi ki, “Sən kişi deyilsən, dur burdan çıx”. Mən də çölə çıxdım, sonrasını isə xatırlamıram”.

Q.Hüseynov əməlindən peşman olduğunu söyləyib: “Ailəmi məhv etmişəm. Onu öz uşaqlarımdan da çox istəyirdim. Mübahisəmiz tez-tez yaranırdı. Səbəb də onu göstərirdi ki, cavanlıqda ona çox zülm etmişəm. Münasibətimiz əvvəllər çox yaxşı olub. Həm də biz qohum olmuşuq. Hətta kənardan bizə qibtə də edirdilər. İndi çox peşmanam. Hadisə vaxtı, sanki, özümdə deyildim. Heç istəməzdim ki, belə olsun. Ailəm dağıldı”.

O, dindirilən zaman ayda 1300 manat əmək haqqı aldığını, kredit borcunun olduğunu söyləyib: “Avtomobilimin kreditini ödəyirdim, qalanını da evə verirdim. Sürücü işləyirdim. O vaxtdan əsəblərim pozulmuşdu. Hər il müalicə olunurdum”.

Daha sonra təqsirləndirilən şəxsin oğlu, zərərçəkmişin hüquqi varisi, müğənni İsmayıl Hüseynov ifadə verib. O, hadisə baş verəndən yarım saat sonra təsadüfən evə gəldiyini bildirib: “Evdə anam və xalam qızı qan içində yerdə idi. Heç nə soruşmadım. İndi nə şikayətim var, nə də tələbim. Onlar valideynimdir. Gərək belə olmazdı”.

Prokurorun suallarına cavab verən müğənni bildirib ki, ailədaxili münasibətlər normal olub: “Sadəcə, son vaxtlar, mən evlənəndən sonra münasibətləri pisləşdi. Heç nədən dalaşırdılar, bir-birlərini təhqir edirdilər. Aradan pərdə götürülmüşdü. Həmin gün hadisə yemək üstündə olmayıb. Atama yeməyi anam yox, Rəhilə veriridi. Məhz son illər bunlar heç yola getmirdi. Atamın əsəbləri yerində deyildi. İşdən əsəbi gəlib, yersiz yerə anamla dalaşırdı. Məncə, anamı öldürəndən sonra o, Rəhiləni affekt vəziyyətdə öldürüb. Atamın qətli törətməsinə inanmazdım”.

Qeyd edək ki, hadisə bu il mart ayının 24-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb.

İlkin məlumata görə, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.

Hadisədən sonra meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.

Qətli törədən Q.Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, qətli törədən Q.Hüseynov “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024