Sosial / Redaktor seçimi (Bu gün, 20:38)
Bakıda tikinti xaosu: Binəqədi rayonu niyə nəzarətsiz qalıb?
Bakıda son illər sürətlə artan qanunsuz tikintilərin mərkəzində daha çox Binəqədi rayonu dayanır. Küçələr, səkilər, həyətlər, hətta yaşıllıq zolaqları belə özbaşına tikililərin “qurbanına” çevrilib. Sakinlər deyir ki, bu rayonda tikinti artıq qanunla yox, “kim bacardı, tikdi” prinsipi ilə aparılır.
Rayonun müxtəlif ərazilərində heç bir rəsmi icazə olmadan obyektlər inşa edilir, yaşayış binalarına qanunsuz artırmalar edilir, ağacların dibi betonlanır, kommunikasiyalar təhlükə altına düşür. Ən acınacaqlısı isə odur ki, bu özbaşınalıqlar göz önündə baş verir.Mediatv.az-ın redaksiyasına daxil olan məlumata görə, hal hazırda Binəqədi–Novxanı yolunda SOCAR-la üzbəüz ərazıdə və Binəqədi rayon Biləcəri qəsəbəsi Rəşid İsmayılov 8 ünvanında qanunsuz tikinti işləri davam edir.
Binəqədi–Novxanı yolunda SOCAR-la üzbəüz ərazı


Binəqədi rayon Biləcəri qəsəbəsi Rəşid İsmayılov 8 ünvanı


Sual yaranır: Binəqədi Rayon İcra Hakimiyyəti hara baxır?
Əgər icra strukturları xəbərsizdirsə, bu, idarəetmədə ciddi boşluqdur. Yox, əgər xəbərləri olduğu halda susurlarsa, deməli, məsələ daha dərindir, ictimai və dövlət maraqları açıq-aşkar tapdanır.
Qanunsuz tikinti təkcə şəhər estetikasını pozmur,fövqəladə hallarda təhlükə yaradır,sakinlərin rahatlığını əlindən alır,dövlətin şəhətsalma və planlaşdırma siyasətini iflasa uğradır və.s
Paytaxtın mərkəzinə bu qədər yaxın bir rayonda bu miqyasda özbaşınalığın hökm sürməsi icra başçısının məsuliyyətini birbaşa gündəmə gətirir.Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən icra hakimiyyətləri rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı, qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
22 12 2025
21 12 2025
21 12 2025
21 12 2025
21 12 2025
21 12 2025
21 12 2025
21 12 2025
























