Təhsil (Bu gün, 08:20)
Bu Agentlik vətəndaş müraciətlərini cavabsız qoyur - NARAZILIQ VAR..
"Peşə Təhsili üzrə Dövlət Agentliyinin vətəndaş müraciətlərini cavablandırmır". Bizimesr.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, baş redaktor Ədil Hüseynli açıqlama verib.Jurnalistin sözlərinə görə, Agentliyə edilən rəsmi müraciətlər cavabsız qalır, 146 (7) çağrı xidmətinə edilən zənglər isə nəticəsiz: “Peşə Təhsili üzrə Dövlət Agentliyinə edilən rəsmi müraciətlərə heç bir cavab ala bilmirsən. Bütün proseslər formal olaraq elektron qaydada ‘avtomatlaşdırılıb’. Çağrı xidmətinin əməkdaşları isə vətəndaşları yola verməklə məşğuldur. Köhnə direktor Ceyhun Kərəmovun dövründən qalan rəhbərlik və işçilər sadəcə günü başa vururlar, yüksək əmək haqqı alırlar”.
Ədil Hüseynli bildirib ki, müraciətin cavabını almaq üçün vətəndaş həftələrlə qurumun arxasınca düşməli olur: “Əvvəlcə səni hüquqşünasa yönləndirirlər, o da cavab verə bilmir. Daha sonra başqa şöbəyə göndərirlər, günlərlə gözləyirsən, cavab gəlmir. Yenidən zəng edəndə bu dəfə səni aldadaraq ‘bu gün mütləq cavab veriləcək’ deyirlər. Sonra isə bunu inkar edirlər, 30 gün gözləməli olduğunu bildirirlər. Beləcə vətəndaşı sözün əsl mənasında yola verib vaxt qazanmağa çalışırlar. Hesab edirlər ki, vətəndaş bezəcək və əl çəkəcək. Bunlara da lazımdır ki, vətəndaş bezib, yorulub çəkilsin”.
Jurnalist Peşə Təhsili üzrə Dövlət Agentliyini Azərbaycan təhsil sistemində ən dağınıq və sistemsiz işləyən qurumlardan biri adlandırıb: “Bu barədə dəfələrlə yazmışam. Agentliyin tabeliyində olan peşə məktəblərində açıq-aşkar qanunsuzluqlar hökm sürür. Direktorlar imtahandan keçməyən, istədikləri şəxsləri müqavilə əsasında işə qəbul edir, imtahana girən namizədləri isə saymırlar”.
Ədil Hüseynli bildirib ki, vəziyyətin dəyişməsi üçün ilk addımlar Agentliyin öz daxilindən atılmalıdır. Onun sözlərinə görə, qurumun yeni direktoru İlqar Bayramlı mövcud acınacaqlı durumu sürətli şəkildə aradan qaldırmağa çalışmalıdır:“Hesab edirəm ki, yeni direktor İlqar Bayramlı bu vəziyyəti düzəltmək istəyirsə, təmizliyə ilk növbədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin öz içindən başlamalıdır. İslahatların effektiv olması üçün araşdırmalar yalnız peşə məktəbləri ilə məhdudlaşmamalıdır. İlqar Bayramlı ilk növbədə sürətli şəkildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin daxilindəki şöbə müdirlərinin direktorlarla olan əlaqələrini araşdırmalıdır. Hansı şöbə müdirinin, müavinin hansı direktorla necə əlaqədə olduğunu, kimlərə hansı formada dəstək verdiklərini bilməlidir. Bu əlaqələr aydınlaşdırılmadan real dəyişiklik mümkün deyil".
Jurnalist bildirib ki, peşə məktəblərində müqavilə əsasında işə götürülən şəxslərin peşəkarlığı da ciddi şəkildə yoxlanılmalıdır:“Peşə məktəblərinin rəhbərlərinin müqavilə ilə işə götürdükləri şəxslərin təcrübəsi varmı, dərs demək bacarığı varmı, ümumiyyətlə bu sahəyə yaxından və ya uzaqdan aidiyyatları varmı? Bir gün belə təcrübəsi olmayan şəxslərə necə olur ki, iki qrup və yüksək dərs saatları verilir? Uzun illərin təcrübəsinə malik müəllimlər hansı səbəbdən bu imkanlardan kənarda qalır?”.
Jurnalist hesab edir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində köklü dəyişikliklər yalnız ciddi və sürətli araşdırmalarla mümkündür: “Əgər İlqar Bayramlı doğrudan da ölkənin peşə təhsili sistemini düzəltmək istəyirsə, ciddi və sürətli araşdırmalar aparmalı, real islahatlara imza atmalıdır. Əks halda, onunla əvvəlki direktor Ceyhun Kərəmov arasında heç bir fərq olmayacaq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025

























