Sosial (Bu gün, 16:37)
Elşən Məmmədovun ölkədən çıxışına "stop" qoyuldu
Azərbaycan Estetik Təbabət Assosiasiyasının sədri Elşən Məmmədovun ölkədən çıxışına məhdudiyyət qoyulub.Qaynarinfo-nun məlumatına görə, Elşən Məmmədovun direktoru olduğu "Proline İnnovation Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və sədri olduğu Azərbaycan Estetik Təbabət Assosiasiyasına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə külli miqdarda vergi borcu yaranıb.
İdarə tərəfindən 1974-cü il tarixində Göyçay rayonunda anadan olmuş Elşən Məmmədova Yasamal rayonunda qeydiyyatda olduğu ünvanına borcun ödənilməsi üçün məktub göndərilib. Lakin borc ödənilməyib və idarə tərəfindən məhkəməyə müraciət olunub.
Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməyib və bunun səbəbləri barədə məlumat verməyib.
Məhkəmənin hökmü ilə Məmmədov Elşən Şahmar oğlunun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Əldə etiyimiz məlumata görə, Elşən Məmmədovun ümumilikdə 30 min manatdan çox vergi borcu var.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025

























