Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 20:34)
Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?

 
Dövlət tibb müəssisələrində vətəndaşlardan götürülən tibbi analizlərin “mərkəz” deyilən ünvana aparılması ilə bağlı Mediatv.az-ın redaksiyasına daxil olan məlumatlar ciddi suallar doğurur. Aparılan araşdırmalar göstərir ki, sözügedən “mərkəz” əslində Referans Klinik Laboratoriya Mərkəzidir.
Məlumatlı mənbələrin bildirdiyinə görə, bir sıra dövlət tibb müəssisələrində laborator analizlər yerində yox, kənar özəl laboratoriyaya yönləndirilir. Maraqlıdır ki, vətəndaşlara bu proseslə bağlı nə yazılı məlumat verilir, nə də onların razılığı alınır. Analizlərin niyə dövlət laboratoriyalarında deyil, konkret bir özəl laboratoriyada icra olunması isə qaranlıq qalır.Vətəndaş bilməlidir: onun bioloji nümunəsi harada, hansı şəraitdə və hansı nəzarət mexanizmi ilə yoxlanılır?
Niyə yalnız Referans?

 
Mediatv.az-a verilən məlumata görə TƏBİB yarandığı ilk illərdə dövlət tibb müəssisələrində  vətəndaşlardan götürülən laborator analizlərin yalnız bir ünvana – Referans Klinik Laboratoriya Mərkəzinə göndərilirdi.Rəsmi izah verilməsə də, bu vəziyyət bir neçə il dəyişməz qaldı və suallar cavabsız saxlanıldı:
Sonradan isə vəziyyət formal olaraq “dəyişdirildi”. Məlumata görə, tender yolu ilə daha 3 özəl laboratoriya bu prosesə cəlb olundu. Lakin bu addım problemin mahiyyətini aradan qaldırmadı, əksinə yeni suallar doğurdu. Çünki söhbət yenə də dövlət tibb müəssisələrində gördüyü işin özəl strukturlara ötürülməsindən gedir.Tender yolu ilə daha 3 özəl laboratoriya əlavə olunması isə şəffaflıq görüntüsü yaratsa da, prosesin detalları ictimaiyyətə açıqlanmır. Tender şərtləri, qalib özəl laboratoriyanın seçilmə səbəbləri, maliyyə axını və dövlət büdcəsindən bu işə ayrılan vəsaitlər barədə açıq məlumat yoxdur.
Ortada ciddi bir sual qalır: bu sistem vətəndaşın sağlamlığına xidmət edir, yoxsa  məmura məxsus  klinikaların davamlı gəlir əldə etməsinə?
Aidiyyəti qurumlar bu məsələyə aydınlıq gətirməli, dövlət tibb müəssisələrində analizlərin niyə yerində aparılmadığını, özəl  laboratoriyalara üstünlük verilməsinin səbəblərini və tender mexanizminin nə dərəcədə şəffaf olduğunu ictimaiyyətə izah etməlidir. Əks halda, “islahat” adı altında eyni sxemin sadəcə iştirakçılarının artırıldığı təəssüratı yaranır.Suallar isə açıq qalır:
– Dövlət  tibb müəssisələrində laborator avadanlıqlar mövcud olduğu halda analizlər niyə kənara daşınır?
– Bu istiqamətləndirməni kim və hansı əsasla verir?
– Bu prosesdən dövlət büdcəsi zərər görürmü?
 Seçim hansı meyarlarla aparılıb? Dövlət tibb müəssisələrinin laborator imkanları niyə kənarda qoyulub?
Söhbət minlərlə vətəndaşın sağlamlığı və dövlət səhiyyə sistemində şəffaflıqdan gedir.
Suallar cavabsız qaldıqca, “mərkəz” adı altında həyata keçirilən bu proses ictimai şübhələri daha da artırır. Dövlət tibb müəssisələrində kimə və nəyə xidmət edir – vətəndaşa, yoxsa gizli maraqlara?
Bu isə artıq səhiyyə yox, biznes maraqlarının müzakirə mövzusudur.

Daha diqqətçəkən məqam ondan ibarətdir ki, Referans Klinikasının tanınmış məmur Cavid Qurbanova məxsus olduğu bildirilir. Bu iddia rəsmi şəkildə təsdiqlənməsə də, məsələ potensial maraqlar toqquşması ehtimalını gündəmə gətirir. Əgər dövlət tibb müəssisələrinin fəaliyyəti faktiki olaraq müəyyən bir özəl laboratoriyanın maraqlarına xidmət edirsə, bu artıq təkcə tibbi deyil, həm də hüquqi və korrupsiya əməllərinə istiqamətlənmiş bir problemdir.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

     Mediatv.az
шаблоны для dle 11.2

Xəbər lenti
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
23 12 2025
23 12 2025
23 12 2025
23 12 2025