Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Dünən, 20:30)
Qanunsuz 6 mərtəbəli tikilən "OBYEKTİN ARXASINDA" kim dayanır?

 

Sabunçu rayonunda növbəti qanunsuz tikinti faktı ictimai narazılıq doğurur. Redaksiyamıza daxil olan məlumata görə,Sabunçu rayon Bəşir Bünyadzadə küçəsi 5 ünvanında tikilən obyektin müvafiq icazə sənədlərində cəmi 2 mərtəbəli olması nəzərdə tutulsa da, faktiki vəziyyətdə qanunsuz olaraq 6 mərtəbəli tikinti aparılıb və artıq yekunlaşmaq üzrədir.Bu artıq sadə pozuntu deyil, açıq-aşkar cinayət xarakterli özbaşınalıqdır.
Sual sadədir, cavabı isə hələ də gizlədilir: Bu tikinti kimin icazəsi ilə 2 mərtəbədən 6 mərtəbəyə “şişib”? Sabunçu Rayon İcra Hakimiyyəti,FHN-yi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu prosesə niyə susur?
Onlarla yaşayış evi olan ərazidə bu cür qanunsuz tikinti aparılırsa və heç bir qurum müdaxilə etmirsə, deməli ya qanunlar kağız üzərində qalıb, ya da kimlərsə bu qanunsuzluqdan maraqlıdır.
Qanunvericilik çox açıq deyir: layihədən kənar mərtəbə artırılması dərhal dayandırılmalı, obyekt sökülməlidir. Amma Sabunçuda bu norma 
qəsdən kənar edilir. Sanki kimsə tikinti sahibinə “narahat olma, davam et” deyib.
Ən təhlükəlisi isə budur ki, bu 6 mərtəbəli obyekt nə seysmik norma, nə də yanğın təhlükəsizliyi baxımından yoxlanılıb. Sabah faciə baş verərsə, məsuliyyəti kim daşıyacaq? Yenə də “araşdırma aparılır” deyib məsələ bağlanacaq?
Mediatv.az bildirir ki,by fakt bir daha sübut edir ki, Sabunçu rayonunda qanunsuz tikintilərə qarşı mübarizə yox səviyyəsindədir.
Bu susqunluq korrupsiya şübhələrini daha da gücləndirir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq

Ardı var..
   Mediatv.az

   


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
25 12 2025
25 12 2025
25 12 2025