Abşeron rayonunda kişi həyat yoldaşını və onun bacısı qızını qətlə yetirib.
Mediatv.az: "Report"un xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərində baş verib.
Belə ki, Heydər Əliyev küçəsində yerləşən evlərdən birində Abşeron sakini (hələlik adı açıqlanmır) 1964-cü il təvəllüdlü həyat yoldaşı Hüseynova Faraiz Zakir qızının başına küt alətlə vuraraq onu qətlə yetirib. Həmin şəxs daha sonra F.Hüseynovanın bacısı qızı, 1999-cu il təvəllüdlü Anur-Təbrizi Rahilə Əsgər qızının başına küt alətlə vurmaqla onu da öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb. Qətli törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
R.Anur-Təbrizinin valideynləri vəfat etdiyindən o, xalası F.Hüseynovanın himayəsində yaşayırmış. Qız hadisədən iki gün əvvəl nişanlanıbmış.