Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (21-10-2016, 14:47)
“Qızıl Məryəm”in qətlində təqsirləndirən qızı: “Anamı sevgilim öldürtdürüb”

 

 

"Qızıl Məryəm" ləqəbli anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova və onunla birlikdə həbs edilən xalası oğlu və dostunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mediatv.az:  Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə şahid qismində Günel Hüseynovanın sevgilisi Asim Məmmədov ifadə verib. 
O, ifadəsində Günel Hüseynova ilə münasibətlərinin olduğunu, mərhumu da bu vasitə ilə tanıdığını söyləyib: "Öyrəndim ki, Günelin anası "Moskva" univermağında qızıl satır. Mən də ondan qızıl götürmüşəm. Pulunu ödəmişəm".
O, qətl hafisəsindən xəbərinin olmadığını da qeyd edib. Məhkəmədə çıxış edən Günel Hüseynova anasının qətlində sevgilisini günahlandırıb. 
 
O, Asimin qətli qisas məqsədi ilə törətdiyini bildirib: "Asimlə olan münasibətimdən anamın xəbəri olub və mənim vasitəmlə anam onunla tanış olub. Asim də anamın "Moskva" univermağında qızıl alveri ilə məşğul olduğunu bilib".
Günel Hüseynova deyib ki, Asim qızılların pulunu ödəməmək üçün anasını öldürüb: "O, anamdan xeyli miqdarda qızıl götürüb. Amma qızılların pulunu ödəməyib. Buna görə də tez-tez mübahisə edirdilər. Asim qızılların pulunu ödəməkdən yayınmaq üçün anamı qətlə yetirib".
Asim Məmmədov isə sevgilisi olmuş Günel Hüseynovanın yalan danışdığını və qətldən xəbərinin olmadığını söyləyib.
Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək. 
Xatırladaq ki, hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib.
Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Hadisənin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024