Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-06-2014, 19:56)
Boyat xörəyə görə arvadını döyüb öldürdü

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Əbülfəz Hilal oğlu Məmmədovun məhkəmə prosesi başlayıb. Proses hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçir

 

Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki Çiçək yaşayış massivində yaşayan 28 yaşlı Əbülfəz Məmmədov həyat yoldaşı Günel Məmmədovanı ailə münaqişəsi zəminində qətlə yetirib.
İstintaq araşdırması zamanı müəyyən olunub ki, ər-arvad arasında mübahisə yemək üstündə yaranıb. G.Məmmədovanın ərinə boyat xörək verməsi ailədaxili münaqişəyə səbəb olub. Həyat yoldaşının ona boyat xörək verməsindən hirslənən ər həyat yoldaşını döyüb. Bədən xəsarətləri almış qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin dindirmə zamanı Ə.Məmmədov hadisə günü spirtli içki qəbul edərək evə gəldiyini və içkinin təsiri altında belə iş tutduğunu bildirib. Onların birgə nikahlarından bir azyaşlı övladları var.
Məhkəmə prosesi iyulun 1-də davam edəcək.(virtualaz.org)

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024