Sosial (Bu gün, 13:04)
Azərbaycanlı deputat ermənipərəst senatora niyə sponsorluq edib? – Məşhur Məmmədov-David Storobin DOSTLUĞUNUN PƏRDƏARXASI
ABŞ-dakı erməni diasporuna açıq siyasi və informasiya dəstəyi verən fiqurlar arasında Nyu-York ştatının sabiq senatoru və vəkil David Storobinin adı xüsusi ön plana çıxır. Rusiya əsilli yəhudi olsa da, o, illərdir erməni icmasının tədbirlərini demək olar ki, qaçırmır, hətta qondarma “Artsax”ın və ümumən erməni diasporunun fəal müdafiəçisi kimi çıxış edir.
Sabiq senator kimi Storobin həm ictimai tribuna, həm də hüquqşünas statusundan istifadə edərək “Artsax”da yaşayan ermənilərin “öz müqəddəratını təyinetmə hüququ” tezisini daim önə çəkib, bu mövzunu ABŞ ictimai rəyində legitimləşdirməyə çalışır. Bununla bərabər, “Global Politician” platformasında qələmə aldığı yazılarda əsasən ermənilərin bölgə ilə bağlı “tarixi və hüquqi iddialarını” qabardıb. O, müxtəlif konfrans, ictimai müzakirə və tədbirlərdə də məhz erməni diasporunun mövqeyinə uyğun çıxışlar etməklə tanınır.Belə ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli iddia edir ki:
Nyu-Yorkdakı erməni icması ilə əlaqələri təkcə nəzəri və ya yazılı müdafiə ilə bitmir; Storobin tez-tez Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik və “ermənilərin hüquqları” mövzulu toplantılarda qonaq, çıxışçı və ya fəal iştirakçı qismində yer alır. Bu mənzərə onu ABŞ-da ermənipərəst siyasi fiqurlar arasında xüsusi mövqedə göstərir.
Məhz bu nöqtədə diqqətçəkən məqam odur ki, bu qədər açıq şəkildə erməni maraqlarını müdafiə edən, Azərbaycana zidd mövqeləri ilə tanınan David Storobinlə Azərbaycan Milli Məclisinin deputatı Məşhur Məmmədov arasında əlaqələrin mövcudluğu haqda məlumatlar dolaşır.
“Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İş adamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlüdür, ixtisasca vəkildir”.Deputatın ermənipərəst senatora maddi dəstək göstərməsi fonunda xüsusilə bir fakt sual doğurur:
Məşhur Məmmədovun övladlarının məhz Nyu-Yorkda yaşamaları və fəaliyyət göstərmələri, yəni eyni şəhər mühitində kök salmaları. Nəticə etibarilə, bir tərəfdə erməni diasporunun açıq havadarı olan sabiq senator, digər tərəfdə isə həmin şəhərdə ailəsini yerləşdirmiş, ona maliyyə kanalı yaratmaqda ittiham olunan azərbaycanlı deputat obrazı ortaya çıxır. Bu ziddiyyətli mənzərə həm siyasi, həm ictimai, həm də mənəvi baxımdan ciddi suallar doğurur və Məşhur Məmmədovun həm şəxsi, həm də ictimai mövqeyi ilə bağlı çoxlu sual işarələri yaradır.Yenicag.az
Qeyd edək ki, Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı Mədinə Şahbazova da Amerikaya köçüb. Hər ikisi Nyu-Yorkda yaşayır. Məmməd Şahbazovun ABŞ-da yaratdığı “Masalli Enterprise LLC” adlı şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025

























