Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (19-12-2015, 18:53)
"Məni görəndə güldü, vurub öldürdüm" - MƏHKƏMƏ ZALINDAN

Bakı Ağır Cinayətlər Məhkəməsində 1984-cü il təvəllüdlü Samir Eynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, Samir Eynalov keçən il avqust 31-də Binəqədi rayonu P.Allahverdiyev küçəsində yaşayan Nizami Nuriyevi münaqişə zəminində  öldürüb.  O, ilkin ifadəsində hadisəyə səbəbin mərhumun Samiri görərkən gülməsini göstərib. Aralarında əvvəllər də ədavət olduğundan Samir Eynalov ondan qisas almaq qərarına gəlib. O, köhnə qonşusu N.Nuriyevə bıçaqla zərbələr endirib. Ona Cinayət Məcəlləsinin 120.2.2( xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Samir Eynalov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində mərhumla 2013-cü ildən bəri aralarında problemlərinin olduğunu deyib: “ "Sədərək” ticarət mərkəzində fəhləliklə məşğulam. 3 ildir Sulutəpə qəsəbəsində kirayədə yaşayıram. Kirayə qaldığım mənzil Nizami Nuriyevin bacanağı Eldənizə məxsus olub. Nizaminin evi ilə Eldənizin evi yanbayan idi”.

Təqsirləndirilən şəxs qətlə yetirdiyi şəxslə əvvəllərdə ədavətlərinin olduğunu bildirib: “Nizami ilə qonşu kimi əvvəllər münasibətim yaxşı olub. O, bir dəfə ailəm daxilində yaranan problemə  müdaxilə elədi.  Sərxoş vəziyyətdə həyat yoldaşım Ülviyyə ilə mübahisə eləyirdim. Nizami qəflətən içəri girdi və səs-küy salmağıma görə, iradını bildirdi. Nizami məni döydü, üz-gözümü qaraltdı. Hadisənin 1 gün sora Nizami evə gəldi, mənzildən çıxmağımı istədi. Bu hadisədən üç gün sonra qəsəbədə başqa mənzil tapıb ora köçdüm. Düz bir il Nizamini görmədim. Mən ailəmlə o evdən çıxsam da, qaynım Elnur və qayınanam o həyətdə qalırdılar. Hadisə baş verən gün Elnura köməyə getmişdim. Köçürdü. İşimiz qutardı. Yaxınlıqda olan kafedə yemək yeyib araq içirdik. Həyətə çıxdım. Nizaminin küçədə olmadığını görüb marketə getdim. Amma geri qayıdanda qəflətən üz-üzə gəldik. Məni görüb güldü. Bu məndə acıq yaratdı. Əsəbiləşdim. Ona gəl söhbət edək dedim, söyüş söydü, yerdən daş götürüb məni vurdu. Bıçağı çıxarıb Nizamini vurdum. Neçə zərbə vurmağımı xatırlamıram. Onu vurandan sonra taksiyə oturub birbaşa Binəqədi Rayon Polis İdarəsi 40-cı polis bölməsinə getdim”.

 

Prosesdə  zərərçəkmiş şəxsin hüquqi varisi olan Aytəkin Nuriyeva Samir Eynalov ailəsi ilə münasibətlərinin yaxşı olduğunu, evlərinə gedib gəldiklərini bildirib: “Hadisədən bir il əvvəl Samir yenə sərxoş halda arvadını döyəndə Ülviyyə onun əlindən qaçıb anasıgilə köçdü. Həmin vaxt Samir arvadı ilə birgə qayınanasını da döymüşdü. Onların evində hər gün dava olduğundan ailə işlərinə heç vaxt qarışmırdıq. Amma həmin gün Ülviyyənin anası Rəhimə gəlib Nizamini köməyə çağırdı. Samiri birtəhər sakitləşdirdilər. Bacıma zəng vurub xahiş etdim ki, Samirgilə evdən çıxarsınlar. Bu hadisədən sonra Samir ailəsini də götürüb başqa yerə köçdü. Hadisə baş verən gün Ulviyyənin anası ilə qardaşı evdən köçüb getməyə hazırlaşırdılar. Nizami ilə oturub həyətdə çay içirdik. Kimsə Nizamiyə zəng vurdu, işlə bağlı söhbət etdilər, sonra Nizami harasa getdi. Bir qədər sonra bacım Tamella bizə gəlib Nizaminin bıçaqlandığını dedi. Küçəyə çıxanda həyat yoldaşımın yolun ortasında yıxılıb qaldığını gördüm”.

 

Məhkəmə iclasında şahid qismində dindirilən Məmmədov Rüstəm Sürəddin oğlu ifadəsində göstərdi ki, o, mərhum Nuriyev Nizamini 2014-cü ilin mart ayından tanıyır. Həmin vaxt Abşeron rayonunda tikintidə işləmiş, qaynaqçıya ehtiyac olduğundan, Ramin adlı işçiləri Nizami adlı qaynaqçını tanıdığını və gəlib işləyə biləcəyini bildirib. “Bundan sonra Nizami tikintiyə gələrək orada 3 gün işlədi. 3 gün işlədiyi müddət ərzində ona 105 manat pul ödədim. Nizaminin pulunu Raminə verdim ki, həmin pulu ona çatdırsın.  Nizami zəng elədi, Raminin  pulu ona vermədiyini dedi. Telefonla danışdıq, razılaşdıq ki, gedək Ramingilin evindən pulu alaq. “Şamaxinkada” görüşməliydik. 2 saat yarım onu orda gözlədim. Gəlmədi. Sora bildim ki, Nizamini öldürüblər”.

Rüstəm Məmmədovdan sonra şahid qismində Şüşəxanım Eyvazova,  Elsevər Eyvazov, Vüsalə Alqayeva, Elman Alqayev şahid qismində ifadə veriblər. Onlar Samir Eynalovla qohum olduqlarını və eləcə də, qonşuluqda yaşadıqları deyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən  Samir Eynalovun cinayət əməli xuliqanlıq niyyəti ilə deyil qisas məqsədi olduğu qənaetinə gəlib. Buna görə də onun  barəsində olan Cinayət Məcəlləsinin 120.2.2 ( xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi 120.1 (qəsdən adam öldürmə) maddəsi tövsif edilib. Məhkəmənin hökmü ilə Samir Eynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024