Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (13-02-2024, 09:08)
Bacısına görə nazirlik əməkdaşını bıçaqlayan şəxslə bağlı QƏRAR

Bacısına görə nazirlik əməkdaşını bıçaqlayan şəxslə bağlı
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Orxan Məmmədovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, 23 mart 2023-cü il tarixdə Xətai rayonu ərazisində yerləşən 59 saylı tam orta məktəbin qarşısında qeydə alınıb.

Belə ki, Orxan Məmmədov bacısının əri, uşaqlıq dostu, zərərçəkmiş Samir Kərimovu (şərti) məktəbin qarşısında bıçaqlayıb. Buna səbəb isə zərərçəkmişin bacısına təzyiq və kobud davranış etməsi olub. Hadisədən əvvəl Orxanın bacısı küsüb atası evinə gəlib. Təqsirləndirilən şəxs də Samiri 59 saylı tam orta məktəbin qarşısına dəvət edib. Nəticədə o, yeznəsinə bir bıçaq zərbəsi endirib.

Hadisədən sonra Orxan Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Orxan Məmmədov ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib, əməlindən peşman olduğunu deyib. Samir Kərimov isə məhkəmədə dindirilərkən qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyində mühafizəçi işləyir, hadisədən əvvəl həyat yoldaşını döyməyib, sadəcə hər ailədə olduğu kimi aralarında mübahisə olub. O, təqsirləndirilən şəxsi bağışladığını, onunla barışdığını, heç bir şikayəti və tələbinin olmadığını söyləyib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024