Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 11:59)
Məhkəmə müğənni bacısını öldürən qardaşla bağlı qərar çıxardı

 Gəncə Apellyasiya Məhkəməsində Gəncədə Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanı amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən ögey qardaşı Hüseyn Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 
Qeyd: Hüseyn Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 və 12.2.4-cü (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
 
Məlumata görə, Hüseyn hadisədən 15 il əvvəl doğma anasını qətlə yetirib. O, həbsdən çıxandan sonra cinayətkar niyyətindən əl çəkməyib və bir neçə qohumunu hədələyib, eləcə də müğənnilik fəaliyyəti göstərən ögey bacısı Səbinəni öldürəcəyini deyib.
 
Hadisədən əvvəl Səbinə Abbasova qohumlarına ögey qardaşı tərəfindən izlənildiyini deyib.
 
Hadisə baş verən gün – 2023-cü il noyabrın 2-i saat 07 radələrində Hüseyn Səbinənin yaşadığı mənzilin qarşısına gələrək onun çölə çıxmasına nail olub və qəfil hücum edərək çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1984-cü il təvəllüdlü H.Abbasova 19 il həbs cəzası verilib.шаблоны для dle 11.2

Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025