Siyasət (Bu gün, 16:02)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycançılıq ideyasının təntənəsidir - Afət Həsənova
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin, ortaq kimliyimizin və həmrəylik ruhumuzun bariz ifadəsidir. Bu əlamətdar tarix dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid ideya və məqsədlər ətrafında birləşdirən mühüm ictimai-siyasi məna daşıyır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat qeyd edib ki, dünya azərbaycanlılarının birliyinin formalaşdırılması istiqamətində tarixi addım 1991-ci ilin 16 dekabrında atılıb:
“Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub. Bu qərar azərbaycanlıların milli-mənəvi birliyinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edib”.
A.Həsənovanın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis etməsi Azərbaycanın ən yeni tarixində mühüm siyasi və ideoloji hadisələrdən biri olub:
“Bu həmrəyliyin ideoloji əsasını isə azərbaycançılıq məfkurəsi təşkil edir. Məhz bu ideya dünyanın 70-dən artıq ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlını bir amal ətrafında birləşdirərək onların Vətənlə əlaqələrinin möhkəmlənməsinə xidmət edir”.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dünya azərbaycanlılarının həmrəyliyi və diaspor quruculuğu məsələlərini daim diqqət mərkəzində saxlayıb:
“O, həmrəyliyin yalnız rəmzi xarakter daşımadığını, eyni zamanda praktik fəaliyyətdə öz əksini tapmalı olduğunu vurğulayaraq, xarici səfərləri zamanı mütəmadi olaraq həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşüb, onlara diaspor fəaliyyətinin əhəmiyyəti və əsas istiqamətləri barədə tövsiyələr verib. Bu yanaşma dünya azərbaycanlılarının təşkilatlanmasına və vahid mövqedən çıxış etməsinə güclü təkan verib”.
A.Həsənova qeyd edib ki, dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğu sahəsində mühüm mərhələlərdən biri də Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsidir:
“Bu təşəbbüs də məhz Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabrın 9–10-da Bakıda keçirilib və bundan sonra qurultayların təşkili ənənəvi xarakter alıb”.
Deputat vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
“2006-cı il martın 16-da II, 2011-ci il iyulun 5–6-da III, 2016-cı il iyunun 3–4-də isə IV Dünya Azərbaycanlılarının Qurultayları keçirilib. Bu tədbirlər dünya azərbaycanlıları arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə və soydaşlarımızın daha sıx birləşməsinə şərait yaradıb”.
A.Həsənova həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin dünya azərbaycanlıları üçün böyük qürur mənbəyinə çevrildiyini bildirib.
Onun sözlərinə görə, məhz bu Zəfərdən sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi xüsusi tarixi və rəmzi məna daşıyıb:
“Azad edilmiş Şuşada keçirilən qurultay qalib xalqın nümayəndələrinin bir araya gəlməsi baxımından əlamətdar hadisə idi.
Bu qurultay Azərbaycan dövlətinin gücünün, dünya azərbaycanlılarının sarsılmaz birliyinin və həmrəyliyinin parlaq nümayişi idi. Eyni zamanda, diaspor fəaliyyətinin yeni mərhələyə keçidinə təkan verdi. Dünya azərbaycanlılarının daha sıx birləşməsi və təşkilatlanması üçün mühüm imkanlar yaratdı”.
A.Həsənova əlavə edib ki, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir və diaspor siyasəti Azərbaycan dövlətinin vahid və strateji dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
28 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025























