Kriminal (22-01-2024, 11:58)
İş adamının övladını oğurlayan avtoritet Ruslan tutuldu

Mediatv.az Mətbuat.com-a istinadən xəbər verir ki, R.Hacısəlimov uzun müddət Rusiyada cinayətkar dəstənin başçısı olub. Onun başçılıq etdiyi dəstə Rusiyanın müxtəlif vilayətlərində adam oğurluğu və digər ağır cinayətlər törədib.
R.Hacısəlimovun dəstəsinin hay-küylü cinayətlərindən biri də 2013-cü ildə törədilib. Həmin vaxt dəstə, Moskvada tanınmış azərbaycanlı iş adamlarından birinin övladını oğurlayaraq ailə üzvlərindən girovun qaytarılması üçün 700 min ABŞ dolları istəyib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının Moskva vilayətinin Naro-Fominsk rayonunun Aprelevka kəndində keçirdiyi əməliyyat zamanı cinayətkar dəstənin 3 rəhbərindən biri - Rafiq Mirzəyev polisə silahlı müqavimət göstərdiyi üçün öldürülüb, dəstənin digər başçıları - Ruslan Hacısəlimov və Samir Abdullayev həbs edilib. 10 il həbs cəzası çəkən R.Hacısəlimov bu yaxınlarda Azərbaycana gəlib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025