Hadisə (9-03-2020, 12:37)
Biləsuvarda akkumulyator oğurlayan dəstə ələ keçdi

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayonun Xırmandalı kənd sakini Y.Teymurov polisə müraciət edərək ona məxsus “Kamaz” markalı avtomaşından ümumi dəyəri 560 manat olan iki ədəd akkumulyatorun oğurlandığını bildirib.
Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samit Abdullayev və qardaşı Samir Rəhimov, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduqları məlum olub. Bundan başqa onların Cəlilabad və Salyan rayonlarında daha üç yük avtomobilindən və bir traktordan ümumilikdə dəyəri 3320 manat olan akkumulyator oğurladıqları da müəyyən edilib.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər Bakı şəhərində kirayə götürdükləri avtomobillə adıçəkilən rayonlara gedərək gecə saatlarında avtomaşınlardan akkumulyatorları götürərək paytaxt ərazisində satıblar.
Hazırda onların digər bu kimi oğurluqlarda iştirakının olub-olmadığı araşdırılır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 05 2025
10 05 2025
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025