Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (25-01-2023, 08:12)
Qayınata gəlinini buna görə öldürübmüş...

Qayınata gəlinini buna görə öldürübmüş...


“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Mustafayev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustun 22-də baş verib.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, gəlini mütəmadi olaraq müxtəlif bəhanələrlə anasının evinə getdiyi üçün aralarında narazılıq olub. Növbəti dəfə Nəzakət anasının xəstə olması adıyla İmişliyə gedib. Lakin M.Mustafayev oğlu Samirə zəng edərək, Nəzakətin yalan danışdığını, anasının sağlam olduğunu, gəlinini evə gətirməyi deyib.

Samir İmişliyə yoldaşını gətirməyə getsə də, Nəzakətin anası və bacısı buna razı olmayıb. Samir daha sonra Bakıya gedib, iki ay sonra isə Nəzakət də paytaxta yoldaşının yanına yollanıb.

2022-ci ilin avqust 19-da isə cütlük uşaqlarının sənədlərini düzəltmək üçün kəndə qayıdıb. Hadisənin baş verdiyi gün Məhəmmədəli Mustafayev gəlinini evin həyətyanı sahəsindən evə çağırıb. Nəzakət evə daxil olandan sonra o, gəlininə “sonuncu dəfə də ananla bacın bizi aldadaraq səni evlərinə apardı, ya birdəfəlik boşan, ya da ananın evinə getməyinə son qoy” deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Qayınata mübahisənin davamında mətbəxtdən götürdüyü bıçaqla gəlininə bir neçə zərbə yetirərək onu öldürüb.

Cinayəti törədən şəxs hadisədən sonra DİN-nin 102 xidmətinə zəng edərək gəlinini öldürdüyünü deyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024